Məhkəmə qərarları › İş №2(035)-57/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-57/2025

10.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-57/2025 10.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 10 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş -xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tutlan alimentin miqdarı artırılaraq 235 manat müəyyən olunmasını və mediasiya xidmətinə görə ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh ilə xx.xx.2006-cı ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X2 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-670/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cacabdeh Cavabdeh ilə arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 № ilə qeydə alınmış nikahları pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağının saxlanılması və normal inkişafı üçün kifayət etmədiyi üçün, o, alimentin artırılması ilə əlaqədar müraciət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2006-cı ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə xasiyyətləri tutmamış, münasibətləri alınmamışdır. Zərdab Rayon Məhkəməsinin 2(035)- 670/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 № ilə qeydə alınmış nikahları pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X2 iddiaçının (ananın) himayəsində saxlanılmışdır.Ondan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü oğlu Hüseynin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı alımentin artırılmasını xahiş etsədə, lakin, oğlu Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment ödəməyə razıdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və 2(035)-57/2025 saylı mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarında izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə 2(035)-57/2025 saylı mülki işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261,0.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə 2(035)- 57/2025 saylı mülki işin icraatına xitam verilsin. İddiaçı tələbinin icra icraatı qaydasında həll edilməli olması izah edilsin. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar