Məhkəmə qərarları › İş №2(035)-571/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-571/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-571/2024 21.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi X10 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 2(035)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində alimentin və ilkin mediasiya xərci üçün ödədiyi 50 manatın cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2012-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-311/2020 saylı qətnaməsinə əsasən cavabdehlə nikahları ləğv edilmiş, uşaqlar özünün himayəsində saxlanılmışlar. Həmin Məhkəmənin 2(035)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Ayan və Raulun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində 150 manat alimentin tutulması qət edilmişdir. Dolanışıqda çox əziyyət çəkir, cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşaqların saxlanılması və normal inkişafı üçün kifayət etmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə etiraz: Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-311/2020 saylı qətnaməsinə əsasən hazırki iddiaçı ilə aralarında olan nikah pozulmuş, həmin Məhkəmənin xx.xx.2022ci il tarixli 2(035)-607/2022 saylı qətnaməsinə əsasən uşaqların saxlanılması üçün hər uşağa görə 150 manat, cəmi 300 manat aliment təyin olunmuşdur. Maddi vəziyyətinin çətin olduğundan, gələcəkdə həmin qətnamə üzrə yaranmış öhdəliyini vaxtında icra edə bilməyəcəyinə görə ona 300 manat aliment təyin olunan zamanda buna etirazını bildirmişdir. Aliment təyin olunan zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalı və uşaqların əvvəlki həyat tərzi saxlanılmalıdır. İddiaçı ilə nikahda olan zaman və hazırda da rəsmi və qeyri rəsmi olaraq heç bir yerdə çalışmır. İddiaçı ilə nikahda olan zaman ailəsinin gündəlik xərclərini valideynlərinin köməkliyi ilə təmin etmişdir. Ona 300 manat aliment təyin olunduğundan hazırda iddiaçıya aliment borcu var. Öhdəliyini vaxtlı-vaxtında icra edə bilmir. Heç bir yerdə işləmədiyindən təyin olunmuş alimenti hər ay kəsir şəkildə yaxın qohumlarının köməkliyi ilə ödəyir. Aliment artırılacağı halda aliment öhdəliyini icra etməkdə ciddi çətinlikləri yaranacaq. Buda təbii ki, övladlarına əvvəlki həyat səviyyəsinə ciddi təsir göstərəcək. İddiaçının maddi vəziyyəti daha yaxşıdır. Valideyin olaraq iddiaçınında övladlarının saxlanılmasında köməklik göstərmək öhdəliyi var. Hesab edir ki, bir uşaq üçün 150 manat aliment Zərdab kimi yaşayış minimumu kifayət qədər aşağı olan rayon üçün çox yaxşıdır. Həmin məbləğ tam şəkildə övladlarına xərclənərsə başqa məbləğə ehtiyac olmaz...Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları-xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-311/2020 saylı qətnaməsinə əsasən tərəflərin arasında olan nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları Ayan və Raulun hazırki iddiaçının (ananın) himayəsində saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Ayan və Raulun saxlanılması üçün hazırki cavabdehdən hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması qət edilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(035)-607/2022 saylı qətnaməsinə əsasən isə cavabdehdən 2(035)- 403/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutulması qət edilmişdir. İddiaçı hazırda uşaqların ehtiyacını tam ödəyə bilmir, maddi cəhətdən əziyyət çəkir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət edilsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 284 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-cİ il tarixli, 2(035)- 607/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmin Məhkəmənin 2(0-35)-403/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay sabit pul məbləğində 150 manat, cəmi 300 manat aliment tutulması qət edilmişdir. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № MŞŞ/MT018/2024-01003 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi X6 məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları-xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-311/2020 saylı qətnaməsinə əsasən tərəflərin arasında olan nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları Ayan və Raulun hazırki iddiaçının (ananın) himayəsində saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(035)-403/2020 saylı qətnaməsinə əsasən tərəflərin uşaqları Ayan və Raulun saxlanılması üçün hazırki cavabdehdən hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması qət edilmiş, həmin Məhkəmənin 2(035)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən isə cavabdehdən xx.xx.2020-ci il tarixli,2(035)-403/2020 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutulması qət edilmişdir. İddiaçı hazırda uşaqların ehtiyacını tam ödəyə bilmir, maddi cəhətdən əziyyət çəkir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət edilsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına, iddia ərizəsinə, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən artıq 2 il, 1 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların yüksək maraqları üstün tutulmalı və onların hüquq və mənafeyinin təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman həm də iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini nəzərə alır. Məhkəmə hesab edir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə qeyd etməyi lazım bilir ki, öz növbəsində İddiaçı Cavabdeh hər uşağa görə hər ay 235 manat, cəmi 470 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh məhkəməyə etriaz ərizəsini göndərərək iddianın təmin edilməməsini xahiş etsə də, iddianın təmin edilməməsinə əsas verə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşaqların normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)- 607/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 175 manat (hazırda tutulan məbləğ)-150 manat (əvvəl tutulan məbləğ) =25 manat; 25 manat x 2 = 50 x12 ay = 600 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat aliment tutularaq İddiaçı verilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar