Məhkəmə qərarları › İş №2(035)-6/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-6/2025

04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-6/2025 04.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair, cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “Maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi zərər tələbi) X4 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi - vəkil Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşın “maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 04 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Çallı kəndinin ərazisindəki icarəyə götürdüyü 20 hektar torpaq sahəsinin 10 hektarında əkmiş olduğu qarğıdalı sahəsinə cavabdeh tərəfindən iri buynuzlu heyvanları salaraq otarmaqla sahədə olan məhsulun məhv olması nəticəsində iddiaçıya vurulmuş ziyana görə 26667 manatın, vurulmuş ziyanla bağlı qiymətləndirmə işlərinin aparılması üçün bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin hesabına ödənilmiş 450 manatın və dövlət rüsumu olaraq ödənilmiş 171 manat olmaqla, cəmi 27288 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı ona vurmuş olduğu maddi zərərə görə üç baş iribuynuzlu heyvanın və ya onların dəyəri olan 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və cavabdeh İddiaçı tərəfindən ona qarşı qaldırılmış ilkin iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab rayon Çallı kəndinin ərazisindəki icarəyə götürdüyü 20 hektar torpaq sahəsi üzərində əkdiyi qarğıdalı bitkisinə cavabdehə məxsus iri və xırda buynuzlu mal-qara maddi ziyanlıq vurmuşdur. xx.xx.2023cü il tarixdə iri buynuzlu mal-qaranın qarğıdalı sahəsinə ziyan vurması ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat vermiş, həmin müraciət əsasında Zərdab Rayon Polis Şöbəsindən araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış materiallar əsasında xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmçinin, araşdırma müddətində Zərdab X7 Mərkəzinə sorğu verilmişdir. Mərkəzin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçının icarəsində olan 20 hektar qarğıdalı sahəsinə dəymiş ziyanla bağlı Mərkəzin mütəxəssis aqronom qrupu təkrar biçilmiş qarğıdalı sahəsinə baxış keçirmiş və baxış zamanı 20 hektar qarğıdalı sahəsinin 10 hektarında normal qarğıdalı bitişinin alındığı, qalan 10 hektarda isə otarılma nəticəsində iri və xırda buynuzlu mal-qaranın ciddi ziyan vurduğu müəyyən olunmuşdur. Dəymiş ziyanın hesablanmasının X7 Mərkəzinin səlahiyyətləri daxilində olmadığı da qeyd olunmuşdur. İddiaçı dəymiş ziyanın miqdarının müəyyən edilməsi məqsədilə Beyləqan şəhərində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 03 №-li rəydə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən heyvanların sahəyə buraxılması nəticəsində ümumilikdə 26 667 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, iddiaçıya vurulmuş ziyan 26 667 manat, ziyanın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında ödənilmiş 450 manat və dövlət rüsumu olaraq ödənilmiş 171 manat olmaqla, cəmi 27 288 manat təşkil etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, Zərdab rayonunun Çallı kəndində yerləşən fermasından 23 baş iribuynuzlu mal-qarası tövlənin qapısının açıq qalması nəticəsində itmişdir. İddiaçı baş vermiş hadisə ilə əlaqədar Zərdab Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında öyrənmişdir ki, İlkin iş üzrə İddiaçı tərəfindən gecə saatlarında polis şöbəsinə mal-qranın onun icarəsində olan qağıdalı sahəsinə dəymiş ziyanla bağlı şikayət daxil olmuşdur. Belə ki, guya ona məxsus mal-qarası nəzarətsiz qaldığı üçün cavabdehin 20 hektar olan qarğıdalı sahəsinə girmiş və orda ziyanlıq törətmişdir. Cavabdeh də, iddiaçıya məxsus olan heyvanları öz tövləsinə salmışdır. Axşam saatlarında iddiaçı övladı ilə birlikdə cavabdehin tövləsinə gedərək, cavabdehlə birlikdə mal-qaranı saymış və heyvanları cavabdehin tövləsindən təhvil almışdır. Lakin, 23 baş heyvandan cəmi 20 baş heyvanları təhvil almışdır. Cavabdeh 23 baş heyvanı öz tövləsinə salmasına dair Polis İdarəsində izahat verməsinə baxmayaraq, iddiaçıya cəmi 20 baş heyvan gətirdiyini demişdir. Daha sonra “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Zərdab RPS-nin TQ-nın xx.xx.2023-cü il tarixli qərarı ilə tanış olmuş və bilmişdir ki, qərarda yazılanların əksəriyyəti həqiqəti əkiz etdirmir. Belə ki, iddiaçını polisə heç kim çağırmamış və iddiaçını dinləməmiş qərar qəbul etmişdilər. Qərarda cavabdeh DİN-nin “102” xidmətinə zəng vurub mal-qaranın sayının 23 baş olduğunu yalnışlıqla bildirdiyini demişdir. Lakin, iddiaçıya məxsus olan heyvanlar İsveç sortu olaraq boz-ağqulaq sayılırlar. Bunlardan ikisi boğaz düyə idi, 3 yaşında. Boğaz düyələrin çəkisi 600 kq idi. İri cöngənin isə 550 kq çəkisi var idi. Hər üç baş malın bir yerdə 10000 manat qiyməti var idi. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onun icarəsində Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 20 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsini xx.xx.2022ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 (üç) il müddətinə icarəyə götürmüş və bu barədə Çallı kənd sakini X2 ilə aralarında Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanaraq tərəflər arasında imzalanmışdır. Zərdab rayon Çallı kəndinin ərazisindəki icarəyə götürdüyü 20 hektar torpaq sahəsində əkmiş olduğu qarğıdalı sahəsinə, Kəlbəcər rayon sakini Adil adlı şəxsə məxsus iri və xırda buynuzlu mal-qara maddi ziyan vurmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə çoxlu sayda iri buynuzlu mal-qaranın qarğıdalı sahəsinə ziyan vurduğunu görüb, bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib məlumat vermiş və buna əsasən Zərdab rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma müddətində Zərdab X7 Mərkəzinə sorğu verilmiş və Zərdab X7 Mərkəzinin təqdim etdiyi 08 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, onun icarəsində olan 20 hektar qarğıdalı sahəsinə dəymiş ziyanla bağlı Mərkəzin mütəxəssis-aqronom qrupu təkrar biçilmiş qarğıdalı sahəsinə baxış keçirmişdir. Baxış zamanı 20 hektar qarğıdalı sahəsindən 10 hektarında normal qarğıdalı bitişinin alındığı, qalan 10 hektar sahədə isə bitiş alınmadığı, təbii otlaq sahəsi olduğu məlum olmuşdur. Həmin qarğıdalı sahəsinə otarılma nəticəsində iri və xırda buynuzlu mal-qara tərəfindən ciddi şəkildə ziyan dəyməsi müəyyən olunmuşdur. Dəymiş ziyanın hesablanması X7 Mərkəzinin səlahiyyətləri daxilində olmadığı qeyd olunmuşdur. Araşdırma zamanı toplanmış material üzrə xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh məxsus iri buynuzlu mal-qaranın qarğıdalı sahəsinə vurduğu maddi ziyanın ödənilməsi tələbi ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması ona izah olunmuşdur. Bundan sonra o, dəymiş ziyanın miqdarının müəyyən edilməsi məqsədi ilə Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən heyvandarlığın və kənd təsərrüfatının inkişafı təyinatlı 20 ha torpaq sahəsində 2023-cü ilin iyul ayında ikinci əkin kimi senaj əldə etmək məqsədilə əkdiyi qarğıdalı bitkisinin biçilmə ərəfəsində digər şəxsə məxsus mal-qara ilə otarılaraq məhv edilməsi səbəbindən əldə edə bilmədiyi senaj kütləsinin naturada həcmini müəyyən etmək üçün sahəyə vurulmuş ziyanın dəyərinin qiymətləndirilməsi və bu barədə müvafiq mütəxəssis rəyinin verilməsi üçün Beyləqan şəhərində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-si tərəfindən təqdim olunmuş sənədləri nəzərə alınaraq, iddia predmeti olan sahəyə "xxxx" MMC-si tərəfindən tərtib olunmuş 18 yanvar 2024-cü il tarixli, 03 №-li rəydə də, göründüyü kimi Cavabdeh tərəfindən heyvanların sahəyə buraxılması nəticəsində ümumilikdə 26667 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, Qiymətləndirmə fəaliyyəti haqqında qanuna uyğun olaraq kənd təsərrüfatı təyinatlı sahəyə dəymiş ziyanın müəyyən edilməsi üçün sahə mütəxəssisinin cəlb olunmasına dair müqavilə bağlanmış və işin icrasının dəyəri qarşılıqlı razılaşmaya əsasən 450 (dörd yüz əlli) manat təşkil etmiş, onun tərəfindən həmin məbləğ "xxxx" MMC-nin hesabına Kapital Bank vasitəsilə ödənilmiş və bununla bağlı müvafiq qəbz verilmişdir. Onun tərəfindən dəfələrlə cavabdehdən vurulmuş ziyanı ödəməsi, sahədə yenidən əkin işlərinin aparılması üçün vəsaitə ehtiyac olduğunu və bu səbəbdən də dəymiş ziyanı ödəməsini xahiş və tələb etməsinə baxmayaraq, bu günədək cavabdeh onun xahişlərinə məsuliyyətsiz yanaşmış və nəticədə ona vurulmuş ziyanın ödənilməsi təmin olunmamışdır. Odur ki, cavabdeh tərəfindən Zərdab rayonu Çallı kəndinin ərazisindəki icarəyə götürdüyü 20 hektar torpaq sahəsinin 10 hektarında əkmiş olduğu qarğıdalı sahəsinə şəxsi mülkiyyətində olan iri buynuzlu heyvanları sahəyə salaraq otarmaqla sahədə olan məhsulun məhv olması nəticəsində ona vurulmuş ziyana görə 26667 manatın, vurulmuş ziyanla bağlı qiymətləndirmə işlərinin aparılması üçün bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin hesabına ödənilmiş 450 manatın və dövlət rüsumu olaraq ödənilmiş 171 manatın, cəmi 27.288 manat məbləğində pul təşkil etmişdir. Odur ki, məhkəmədən ilkin iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi - vəkil Nümayəndə qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh məlum olmuşdur ki, Zərdab rayonunun Çallı kəndində yerləşən fermasından 23 baş iribuynuzlu mal-qarası tövlənin qapısının açıq qalması nəticəsində itmişdir. Cavabdeh baş vermiş hadisə ilə əlaqədar Zərdab Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında öyrənmişdir ki, ilkin iş üzrə İddiaçı tərəfindən gecə saatlarında polisə şöbəsinə mal-qranın onun icarəsində olan qarğıdalı sahəsinə ziyanlıq vurması ilə bağlı şikayət daxil olmuşdur. Belə ki, guya ona məxsus mal-qarası nəzarətsiz qaldığı üçün cavabdehin 20 hektar olan qarğıdalı sahəsinə girmiş və orda ziyanlıq törətmişdir. İddiaçı Cavabdeh məxsus olan heyvanları öz tövləsinə salmışdır. Axşam saatlarında Cavabdeh övladı ilə birlikdə İddiaçı tövləsinə gedərək, İddiaçı ilə birlikdə mal-qaranı saymış və heyvanları cavabdehin tövləsindən təhvil almışdır. Lakin, 23 baş heyvandan cəmi 20 baş heyvanları təhvil almışdır. Cavabdeh 23 baş heyvanı öz tövləsinə salmasına dair Polis İdarəsində izahat verməsinə baxmayaraq, iddiaçıya cəmi 20 baş heyvan gətirdiyini demişdir. Daha sonra “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Zərdab RPŞ-nin TQ-nın xx.xx.2023-cü il tarixli qərarı ilə tanış olmuş və bu zaman bilmişdir ki, qərarda yazılanların əksəriyyəti həqiqəti əkiz etdirmir. Belə ki, iddiaçını polisdə heç kim çağırmamış və cavabdehi dinləməmiş qərar qəbul etmişdilər. Qərarda cavabdeh DİN-nin “102” xidmətinə zəng vurub mal-qaranın sayının 23 baş olduğunu yalnışlıqla bildirdiyini demişdir. Lakin, iddiaçıya məxsus olan heyvanlar İsveç sortu olaraq boz-ağqulaq sayılırlar. Bunlardan ikisi boğaz düyə olmaqla 3 yaşında olmuşlar. Boğaz düyələrin çəkisi 600 kq olmaqla, iri cöngənin isə 550 kq çəkisi olmuşdur. Hər üç baş malın bir yerdə ümumilikdə 10000 manat qiyməti olmuşdur. Ona görə də məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərmişdir ki, Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 20 ha torpaq sahəsi vardır. Bildirir ki, İddiaçı ilə torpağın icarəyə verilməsi məsələsində razılaşsada lakin icarə müqaviləsi üçün notariat kontoru yüksək məbləğdə dövlət rüsumu tələb etdiyindən icarə müqaviləsi bağlamamışlar. Yalnız aralarında 1 illik şifahi icarə müqaviləsi bağlamışlar və buna əsasən bir il müddətinə 20 ha torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İddiaçı məhkəməyə təqdim etdiyi icarə müqaviləsindən xəbərsizdir və həmin müqavilə onun tərəfindən imzalanmamışdır. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2022-ci il tarixli, № 01 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, X1 rayonunun Çallı kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 20 hektar torpaq sahəsini xx.xx.2022-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək İddiaçı icarəyə vermişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin polis mayoru F.Orucov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Zərdab rayon Polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh əməli cinayət tərkibi yaratmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesabata əsasən dəymiş ziyanın yekun məbləği 26167 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli dəymiş ziyanın qiymətləndirilməsinə dair müqavilədən görünür ki, qiymətləndirmə xidmətinin dəyəri olaraq "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən 450 manat pul ödənmişdir. İşdə olan X8 X3 Rayon Polis Şöbəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, İddiaçı 20 ha qarğıdalı sahəsinə dəymiş ziyanla bağlı Zərdab X7 Mərkəzinin mütəxəssiz aqronom qrupu təkrar əkilmiş qarğıdalı sahəsinə baxış keçirilmiş baxış zamanı qarğıdalı sahəsinə xırda buynuzlu mal qara tərəfindən ziyanlığın dəyməsi müəyyən olunmuşdur. İşdə olan Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1284-9/6352 saylı rəyindən görünür ki, qarğıdalı silosunun 1 tonunun nəzəri qaydada orta bazar qiyməti təxminən 170,00 manat müəyyən edilir. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəməbioloji ekspertizasının dəyəri 130 manat təşkil edir. İşdə olan AR-İİİ № 512825 saylı etibarnamədən görünür ki,Cavabdeh onu məhkəmədə təmsil etmək üçün vəkillər kollegiyasının üzvü vəkil Nümayəndə etibarnamə vermişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 171 manat dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 192.1-ci maddəsinə görə Nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə, onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir. 1096.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə görə Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə tərəflərin verdiyi izahatlara və tədqiq edilən iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə ilk öncə ilkin iddia üzrə İddiaçı iddiasına münasibətdə bildirir ki, həmin iş üzrə Cavabdeh məxsus mal-qaranın qarğıdalı sahəsinə girməsi məsələnin mübahisəsiz hissəsidir. Bu hal həm işə əlavə olunmuş sübutlarla həmçinində cavabdehin məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi və eləcədə nümayəndəsinin məhkəmədə verdiyi izahatla öz təsdiqini tapır. Lakin məhkəmə qeyd edir ki, İddiaçı ona maddi ziyanlıq dəydiyini bildirsədə lakin dəymiş ziyanlığın məbləği ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının təqdim etdiyi və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə isə bildirir ki,həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tədbiqi məqsədilə, 2023-cü il 30 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Qiymətləndiricilər Palatası yaradılmış və fəaliyyətə başlamışdır. Müvafiq prosedur qaydalarından keçmiş qiymətləndiricilər Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytı olan aqp.az saytında yaradılmış reyestrə əlavə olunur. Hazır ki, işdə sübut kimi təqdim olunmuş və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı məhkəmə bildirilir ki, "xxxx" MMC barədə məlumatlar aqp.az saytında yaradılmış reyestrə əlavə olunmamışdır. Eyni zamanda "xxxx" MMC və ya iddiaçı tərəfindən palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədlər məhkəməyə təqdim olunmamışdır. Buna əsasən məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini etibarsız hesab edir. Məhkəmə dəymiş ziyanlıqla bağlı ekspertiza təyin etsədə lakin ekspert qarşısında qoyulmuş suallara cavab verməkdən imtina etmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ilkin iddia dəymiş maddi ziyanlığın məbləğinin sübuta yetirilməməsi səbəbi ilə təmin olunmamalıdır. Məhkəmə Cavabdeh tərəfindən təqdim olunmuş qarşılıqlı iddiaya münasibətdə isə bildirir ki, həmin iddiada əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Cavabdeh 3 baş heyvanının oğurlanmasını bildirsədə lakin bununla bağlı hüquq mühafizə orqanlarına müraciəti etməmiş və buna əsasəndə zərərçəkən şəxs qismində tanınmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, bu hissədədə iddia tələbində göstərilən maddi ziyanlığı müəyyən edən mütəxəssiz rəyi işə əlavə olunmamışdır. Qarşılıqlı iddia ərizəsində göstərilən maddi ziyanın məhs qarşılıqlı iddiaçının şəxsi mülahizələri əsasında müəyyən olunmuşdur. Buna əsasəndə məhkəmə qarşılıqlı iddianıda əsassız hesab edir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatına və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddialarını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmişlər, nədə ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Odur ki, məhkəmə hesab edir ki, hər iki iddialar əsassızdır, ona görə də, hər iki iddia təmin edilməməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” (maddi ziyan) dair iddiası təmin olunmasın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşın “maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiası təmin olunmasın. İşin məhkəmədə baxılması üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar