Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-61/2024 27.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 avqust 2024cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 3740 manat pulun və 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində hər ikisinin idarə etdiyi avtomibillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və buna əsasən idarə etdiyi X2 markalı ** HY *** nömrə nişanlı avtomobilə 3740 manat məbləğində ziyan dəymişdir. İddiaçı dəymiş maddi ziyanı cavabdehdən tələb etsədə cavabdeh ödəniş etməkdən imtina etmişdir.Buna əsasən də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus avtomobilə dəymiş maddi ziyana görə 3740 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun ifadə verərək bildirmişdir ki xx.xx.2023-cü il tarixdə özünün və cavabdehin iştirakı ilə nəticələnən və maddi ziyanlıqla yekunlaşan yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə Zərdab RPŞ-nin DYPB tərəfində müvafiq protokol və qərar tərtib olunmuşdur.Toyota Bakı Mərkəzi MMC tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli Qiymətləndirmə aktına əsasən avtomobilinə ümumilikdə 3740 manat dəyərində maddi ziyan dəymişdir. Eyni zamanda qeyd etmişdir ki,yol nəqliyyat hadisəsi nəticəsində ona sığorta şirkəti tərəfindən 1225 manat sığorta pulu ödənilmişdir. Lakin bu avtomobilin təmiri üçün kifayət etməmiş və hazırda dəymiş ziyanın qarşılanması üçün 3740 manat pula ehtiyacı var. Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyana görə iddiaçıya sığorta şirkəti tərəfindən ödəniş olunub.Onun özünündə avtomobilinə maddi ziyan dəyib. Hazırda maddi vəziyyətinin çətin olması və iddiaçıya dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon PŞ-nin İQ-nun müstəntiqi,polis kapitanı Şahid Lətifovun 11 sentyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki,xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Zərdab-Mollakənd magistral yolunun 8-ci kilometrliyində iddiaçı və cavabdehin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh əməlində İXM-nin 327.1 və 328.4-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zərdab RPŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan Toyota Bakı Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qiymətləndirmə aktından məlum olur ki,X2 200 markalı ** HY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 3740 manat maddi ziyan dəymişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 2(035)-61/2024 nömrəli məhkəmə-əmtəşünaslıq ekspertizasının təyin olunmasına dair qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfində təqdim olunmuş 28 iyun 2024-cü il tarixli 9/1078 nömrəli ekspert rəyinə əsasən X2 200 markalı ** HY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə dəyişilməli hissələrin qiyməti 1770 manat,təmir-bərpa işlərinin qiyməti 1100 manat olmaqla ümumilikdə 2870 manat müəyyən olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki,məhkəmə-əmtəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən olunmuşdur. İşdə olan xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 60 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdı Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddia qismən təmin olunmalıdır. Belə ki,iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Zərdab-Mollakənd magistral yolunun 8-ci kilometrliyində İddiaçı idarə etdiyi X2 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi VAZ 21074 markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomolin toqquşması nəticəsində maddi ziyanlıqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir.Yol nəqliyyat hadisəsinə səbəb VAZ 21074 markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ara məsafəsini düzgün seçməməsi və nəticədə onunla eyni istiqamətdə hərəkət edən X2 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılması olmuşdur Buna əsasən Cavabdeh barəsində Zərdab RPŞ-nin DYPB bölməsi tərəfindən İXM-nin müvafiq maddələrinə əsasən protokol və qərar tərtib olunmuşdur.Baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçıya 1225 manat sığorta pulu ödənilmişdir.Buna əsasən məhkəmə hesab edir ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 28 iyun 2024-cü il tarixli 9/1078 nömrəli ekspert rəyinə əsasən X2 200 markalı ** HY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan ümumilikdə 2870 manat müəyyən olunduğundan iddiaçıya cavabdehin avtomobilin icbari sığotası tərəfindən verilmiş 1225 manat məbləğində pul ekspert rəyinə əsasən müəyyən olunmuş ümumi məbləğdən çıxılmalı və yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan X2 200 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 1645 manat (dəymiş 2870 manat zərərdən ödənilmiş 1225 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 1645 manat) pul cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissələrində əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 60 manat məbləğində pulun 36.45 manat məbləği cavabdehə aid edilməlidir İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə götə Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin olunsun. İddiaçıya məxsus olan X2 200 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 1645 manat pul və 36,45 manat dövlət rüsumu olmaqla, cəmi 1681,45 (bir min altı yüz səksən bir manat qırx beş qəpik) pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə rədd olunsun Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-61/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-61/2024
27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver