Məhkəmə qərarları › İş №2(035)-612/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-612/2025

15.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-612/2025 15.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “törənən maneənin aradan qaldırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Maneənin aradan qaldırılması) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 15 sentyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Zərdab rayonu,Yeni yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ölçü və qeydiyyat işlərinin aparılmasına törənən maneənin aradan qaldırılmasına və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 07 saylı qərarına əsasən ona Zərdab şəhəri yeni yaşayış massivi adlanan ərazidən 0.06 ha hektar həyatyanı torpaq sahəsi verilmişdir.Torpaq sahəsi bir müddət onun istifadəsində olsada, lakin, sonradan müəyyən səbəblərdən torpaq sahəsi nəzarətsiz qalmışdır. Sonradan daşınmaz əmlak üzərində mülkiyyət hüququmun dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək sözü gedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Ərizəsi əsasında aparılmış araşdırma zamanı reyestr xidmətinin əməkdaşları həmin ünvana baxış keçirmiş və sonda ona “Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildiriş” verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü və qeydiyyat işlərinin aparılması üçün əraziyə baxış keçirən zaman cavabdeh X2 onların işlərinə maneələr törətmiş və onları ərazidən uzaqlaşdırmışdır. Cavabdehin bu hərəkəti nəticəsində mülkiyyətinə çıxarış əldə edə bilməmişdir. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaya etiraz: Cavabdeh X2 iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü və qeydiyyat işlərinin aparılması əsassız olduğu üçün iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh X1 məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə etiraz ərizəsinin göndərərək iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməsini və növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin və 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 07 saylı qərarına əsasən ona Zərdab şəhəri yeni yaşayış massivi adlanan ərazidən 0.06 ha hektar həyatyanı torpaq sahəsi verilmişdir.Torpaq sahəsi bir müddət onun istifadəsində olsada, sonradan müəyyən səbəblərdən torpaq sahəsini nəzarətsiz buraxmışdır. Sonradan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək sözü gedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Onun ərizəsi əsasında aparılmış araşdırma zamanı reyestr xidmətinin əməkdaşları həmin ünvana baxış keçirmiş və ona “Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildiriş” verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü və qeydiyyat işlərinin aparılması üçün əraziyə baxış keçirən zaman cavabdeh X2 onların işlərinə maneələr törətmiş və onları ərazidən uzaqlaşdırmışdır.. Nəticədə sözügedən torpaq sahəsinin ölçü və qeydiyyat işlərinin aparması mümkün olmamışdır. Cavabdehin bu hərəkəti nəticəsində mülkiyyətinə çıxarış əldə edə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 07 saylı protokolunun çıxarışından görünür ki, Zərdab şəhər sakini İddiaçı növbə əsasında yeni yaşayış massivində 600 kv.metr müddətsiz istifadə etməklə ev tikintisi üçün həyətyanı torpaq sahəsi ilə təmin edilməsi qərara alınmışdır. İşdə olan Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 07 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Zərdab Bələdiyyəsi tərəfindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayon Bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 186 saylı məktubundan görünür ki, Zərdab şəhər sakini İddiaçı Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 07 saylı qərarına əsasən satılmış 600 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2021-cü il tarixdə iddiaçıya göndərdiyi mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edilməsi barəsində №**********77 nömrəli məktubdan görünür ki, Zərdab şəhəri, yeni yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, araşdırma və müayinə zamanı torpaq sahəsində mübahisə olması müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrə baxılması üçün iddiaçıya məhkəməyə müraciət edilməsi tösiyyə edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 07 saylı qərarına əsasən ona Zərdab şəhəri yeni yaşayış massivi adlanan ərazidən 0.06 ha hektar həyatyanı torpaq sahəsi verilmişdir.Torpaq sahəsi bir müddət onun istifadəsində olsada, lakin, sonradan müəyyən səbəblərdən torpaq sahəsini nəzarətsiz qalmışdır. Sonradan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək sözü gedən torpaq sahəsini qeydiyyata alınmasını xahiş etmişdir. Ərizəsi əsasında aparılmış araşdırma zamanı reyestr xidmətinin əməkdaşları həmin ünvana baxış keçirmiş və sonda ona mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildiriş verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü və qeydiyyat işlərinin aparılması üçün əraziyə baxış keçirən zaman cavabdeh X2 onların işlərinə maneələr törətmiş və onları ərazidən uzaqlaşdırmışdır. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçının üçüncü şəxslərin hüquqlarını pozmadan və hüquqdan sui-istifadəyə yol vermədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət edərək ölçü işlərini aparmaq və mülkiyyət hüququna dair çıxarış almaq hüququ vardır. Cavabdehin sözügedən torpaqla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törətməsi qanunsuzdur və iddiaçının yuxarıda qeyd edilən hüququnun pozuntusudur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, iddiaçının ərizəsinə, məhkəmə iclasında verdiyi izahatına və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. İddiaçı məxsus Zərdab rayonu, Yeni yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ölçü və qeydiyyat işlərinin aparılmasına cavabdeh X2 tərəfindən törənən maneə aradan qaldırılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar