Məhkəmə qərarları › İş №2(035)-628/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-628/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-628/2023 21.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X3 sədrliyi x qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi üzrə mülki işə 21 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36383 olan Samsung Galaxy A12 markalı telefon üçün ödənilməmiş hissə üzrə 161,8 manat, cərimə borcuna görə 16,2 ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun cavabdeh X1 alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanov məhkəməyə ərizə göndərərək cavabdehin müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün, işi baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı həmçinin Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tam olaraq iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tam olaraq iddiaçı "xxxx" MMC qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqda ümumi qaydada ikinci dəfə ərizə ilə məhkəməyə yenidən müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar