Məhkəmə qərarları › İş №2(035)-632/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-632/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-632/2024 21.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 21 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 5713.34 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 77 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi olaraq dövlət qeydiyyatından keçməklə fərdi sahibkarlıqla məşğul olur. Ona məxsus Zərdab şəhəri, Füzuli küçəsində yerləşən "Happy Mart Bazar" marketi vardır. Həmin marketdə təxminən 3 ildir ki, cavabdeh rəsmi əmək müqaviləsi ilə mağaza müdiri işləmişdir. 01 dekabr 2023-cü il tarixdə cavabdeh səhər saat 09 radələrində marketi açmış, daha sonra isə özbaşına iş yerini tərk edərək çıxıb getmişdir. Cavabdeh işlədiyi müddət ərzində ilk dəfə xx.xx.2023-cü il tarixdə cavabdehin iştirakı ilə xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən dövrdə malların sayımı aparılmış və cavabdehin 1072.90 manat yeyinti faktının olması müəyyən edilmişdir. Bu göstərilənlərlə bağlı akt tərtib edilmişdir. Təkrarən xx.xx.2023-cü il tarixdə cavabdehin iştirakı ilə xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən dövrdə malların sayımı aparılmış və cavabdehin 7249,90 manat yeyinti faktı müəyyən edilmişdir. Bu barədə də akt tərtib edilmişdir. Cavabdeh 01 dekabr 2023-cü il tarixdə iş yerini özbaşına tərk etdikdən sonra 09 dekabr 2023-cü il tarixdə mağazada mağazanın digər işçilərinin və cavabdehin bacısı oğlu Azad İsmayılovun iştirakı ilə xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və cavabdehin 51,35 manat yeyinti faktı aşkar edilmiş, bu barədə həmin şəxslərin iştirakı ilə akt tərtib edilmişdir. Bugünə qədər cavabdehin cəmi olaraq 10713.34 manat yeyinti faktı yuxarıda göstərdiyi aktlarla sübuta yetirilmişdir. Cavabdeh tərəfindən ümumi qalıq borcdan keçən dövr ərzində 5000 manat ödəniş edilmişdir. Hazırda cavabdehin qalıq borcu (vurulmuş zərərin qalıq məbləği) 5713.34 manat təşkil edir. Həmin məbləğin könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, ödəniş təmin edilməmişdir. Dəfələrlə cavabdehdən həmin məbləği geri ödəməsini tələb etsə də, bugünədək ona heç bir ödəniş etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı rəsmi olaraq dövlət qeydiyyatından keçməklə fərdi sahibkarlıqla məşğul olur. İddaçıya məxsus Zərdab şəhəri, Füzuli küçəsində yerləşən "Happy Mart Bazar" marketi vardır. Həmin marketdə təxminən 3 ildir ki, cavabdeh rəsmi əmək müqaviləsi ilə mağaza müdiri işləmişdir. Cavabdeh 01 dekabr 2023-cü il tarixdə səhər saat 09 radələrində marketi açmış, daha sonra isə özbaşına iş yerini tərk edərək çıxıb getmişdir. Cavabdeh işlədiyi müddət ərzində ilk dəfə xx.xx.2023-cü il tarixdə iddiaçının və cavabdehin iştirakı ilə xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və cavabdehin 1072.90 manat yeyinti faktının olması müəyyən edilmişdir. Bu göstərilənlərlə bağlı akt tərtib edilmişdir. Təkrarən xx.xx.2023-cü il tarixdə iddiaçının və cavabdehin iştirakı ilə xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və cavabdehin 7249,90 manat yeyinti faktı müəyyən edilmişdir. Bu barədə də akt tərtib edilmişdir. Cavabdeh 01 dekabr 2023-cü il tarixdə iş yerini özbaşına tərk etdikdən sonra 09 dekabr 2023-cü il tarixdə mağazada iddiaçının, Araz Əliyevin, Əli Təyyubovun, Ramil Məhərrəmovun, Fərid Hüseynovun və Cavabdeh bacısı oğlu Azad İsmayılovun iştirakı ilə xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və cavabdehin 51,35 manat yeyinti faktı aşkar edilmiş, bu barədə həmin şəxslərin iştirakı ilə akt tərtib edilmişdir. Bu günə qədər cavabdehin cəmi 10713.34 manat yeyinti faktı yuxarıda göstərdiyi aktlarla sübuta yetirilmişdir. Cavabdeh tərəfindən ümumi qalıq borcdan keçən dövr ərzində 5000 manat ödəniş edilmişdir. Hazırda cavabdehin qalıq borcu (vurulmuş zərərin qalıq məbləği) 5713.34 manat təşkil edir. Həmin məbləğin könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, ödəniş təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli Akta əsasən İddiaçı, Araz Əliyevin, Cavabdeh və Əli Təyyubovun iştirakı ilə xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və 1072.90 manat kəsir olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 02 nömrəli Akta əsasən İddiaçı, Araz Əliyevin, Cavabdeh, Əli Təyyubovun və Ramil Məhərrəmovun iştirakı ilə xx.xx.2023xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və 7249,90 manat əksik olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 09 dekabr 2023-cü il tarixli, 03 nömrəli Akta əsasən İddiaçı, Araz Əliyevin, Əli Təyyubovun, Ramil Məhərrəmovun, Fərid Hüseynovun və Cavabdeh bacısı oğlu Azad İsmayılovun iştirakı ilə xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və 51,35 manat əksik olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X3 bildirişinə əsasən, fərdi sahibkar İddiaçı məxsus mağazada Cavabdeh xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq satıcı kassir işinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 08-C1/24 saylı material üzrə Zərdab rayon prokurorluğunun müstəntiqi X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab rayonu, Gəlmə kənd sakini İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisənin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbizdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 77 manat ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci hissəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci hissəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 205-ci maddəsinin 2-ci hissəsinə görə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, iddiaçı rəsmi olaraq dövlət qeydiyyatından keçməklə fərdi sahibkarlıqla məşğul olur. İddiaçıya məxsus Zərdab şəhəri, Füzuli küçəsində yerləşən "Happy Mart Bazar" marketi vardır. Həmin marketdə təxminən 3 ildir ki, cavabdeh rəsmi əmək müqaviləsi ilə mağaza müdiri işləmişdir. 01 dekabr 2023-cü il tarixdə cavabdeh səhər saat 09 radələrində marketi açmış, daha sonra isə özbaşına iş yerini tərk edərək çıxıb getmişdir. Cavabdeh işlədiyi müddət ərzində ilk dəfə xx.xx.2023-cü il tarixdə cavabdehin iştirakı ilə xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və cavabdehin 1072.90 manat yeyinti faktının olması müəyyən edilmişdir. Bu göstərilənlərlə bağlı akt tərtib edilmişdir. Təkrarən xx.xx.2023-cü il tarixdə cavabdehin iştirakı ilə xx.xx.2023-xx.xx.2023-cü il illəri əhatə edən dövrdə sayım aparılmış və cavabdehin 7249,90 manat yeyinti faktı müəyyən edilmişdir. Bu barədə də akt tərtib edilmişdir. Cavabdeh 01 dekabr 2023-cü il tarixdə iş yerini özbaşına tərk etdikdən sonra 09 dekabr 2023-cü il tarixdə mağazada mağazanın digər işçilərinin və cavabdehin bacısı oğlu Azad İsmayılovun iştirakı ilə xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən dövrdə sayım aparılmış və cavabdehin 51,35 manat yeyinti faktı aşkar edilmiş, bu barədə həmin şəxslərin iştirakı ilə akt tərtib edilmişdir. Bu günə qədər cavabdehin cəmi olaraq 10713.34 manat yeyinti faktı yuxarıda göstərdiyi aktlarla sübuta yetirilmişdir. Cavabdeh tərəfindən ümumi qalıq borcdan keçən dövr ərzində 5000 manat ödəniş edilmişdir. Hazırda cavabdehin qalıq borcu (vurulmuş zərərin qalıq məbləği) 5713.34 manat təşkil edir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçının dövlət büdcəsinə ödədiyi 77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 5713.34 manat və ödənilmiş dövlət rüsumuna görə 77 manat, cəmi 5790.34 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar