Məhkəmə qərarları › İş №2(035)-649/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-649/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-649/2024 05.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 05 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5400 manat pulun və ödənilmiş 74 manat dövlət rüsumunun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin noyabr ayında cavabdeh iddiaçıdan 2350 manat dəyərində bir baş iri buynuzlu heyvan almışdır. Cavabdeh aldığı heyvanın pulunu inəyi kəsib satdıqdan sonra verəcəyini vəd verdiyi üçün iddiaçı onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya zəng edərək ona borclu olduğu pulu bir-iki günə qaytarcağını bildirmişdir. Odur ki, cavabdeh iddiaçıya bildirmişdir ki, yenə kəsilməsi üçün iri buynuzlu inək lazımdır. İddiaçı isə cavabdehə bir baş inəyin olduğunu və həmin inəyi 700 manata satacığını bildirmişdir. Cavabdeh isə onunla razılaşaraq həmin heyvanı aparmışdır. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya üçüncü dəfə zəng edərək əlavə bir inək də, lazım olduğunu və üç inəyin pulunu birlikdə verəcəyinə söz vermişdir. Odur ki, iddiaçı cavabdehlə razılaşaraq üçüncü dəfə bir baş inəyi 2350 manata nisyə satmışdır. Lakin, cavabdeh 5400 manat pulu keçən müddət ərzində ödəmədiyindən iddiaçı belə nəticəyə gəlmişdir ki, cavabdeh onu aldatmışdır. Bundan sonra o, Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində ona bildirmişlər ki, Zərdab Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 1(035)-24/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ona görə də, ona mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə edilmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Lakin, məhkəmədə Cavabdeh barəsində Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən Cavabdeh İddiaçı 5400 manat məbləğində pul borclu olduğunu və həbs olunduğu üçün iddiaçıya olan borcunu bugünədək ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2023-cü ilin noyabr ayında cavabdeh ondan 2350 manat dəyərində bir baş iri buynuzlu inək almışdır. Cavabdeh aldığı inəyin pulunu inəyi kəsib satdıqdan sonra verəcəyini vəd verdiyi üçün onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh ona zəng edərək ona borclu olduğu pulu bir-iki günə verəcəyini və ona yenə inək lazım olduğunu bildirmişdir.O, cavabdehə bir baş inəyin olduğunu və həmin heyvanı 700 manata satacığını bildirmişdir. Cavabdeh isə onunla razılaşaraq həmin heyvanı aparmışdır. Lakin, cavabdeh xx.xx.2023cü il tarixdə ona üçüncü dəfə zəng edərək əlavə bir inək də, istədiyini və üç inək olmaqla ona olan 5400 manat borcunun hamısını birlikdə verəcəyinə söz vermişdir. Odur ki, o, cavabdehə üçüncü dəfə bir baş inəyi 2350 manata nisyə satmışdır. Cavabdeh 5400 manat pulu keçən müddət ərzində ödəmədiyindən o, cavabdehin yaşadığı Zərdab şəh., Məhəmməd Füzuli küçəsi, ev 12-yə gəlmiş və digər vətəndaşlarıda aldatdığı ona məlum olmuşdur. Cavabdeh 5400 manat borcunun keçən müddət ərzində ödəmədiyindən o, belə nəticəyə gəlmişdir ki, cavabdeh onuda aldatmışdır. Bundan sonra o, Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində ona bildirmişlər ki, Zərdab Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 1(035)-24/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ona görə də, ona mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini tövsiyyə edilmişdir. Ona görə də, o, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Zərdab Rayon Məhkəməsinin 1(035)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş matereallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2(035)-561/2024 saylı bildirişdən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə Zərdab Rayon Məhkəməsinin icraatında mülki iş olduğu üçün, 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddianı qəbul edib-etməməsi barədə yazılı mülahizənin alınıb Zərdab Rayon Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, 2023-cü ilin noyabr ayında cavabdeh iddiaçıdan 2350 manat dəyərində bir baş iri buynuzlu inək almışdır. Cavabdeh aldığı inəyin pulunu inəyi kəsib satdıqdan sonra verəcəyini vəd verdiyi üçün iddiaçı onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya zəng edərək ona borclu olduğu pulu bir-iki günə qaytaracağını bildirərək, yenə kəsilməsi üçün iri buynuzlu inək lazım olduğunu bildirmişdir. İddiaçı isə bir baş inəyin olduğunu və həmin inəyi 700 manata satacağını cavabdehə bildirmişdir. Cavabdeh isə onunla razılaşaraq həmin inəyi aparmışdır. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya üçüncü dəfə zəng edərək əlavə bir inək də, lazım olduğunu və üç inəyin pulunu birlikdə qaytaracağına söz vermişdir. Oduur ki, iddiaçı cavabdehə razılaşaraq üçüncü dəfə bir baş inəyi 2350 manata nisyə satmışdır. Lakin, cavabdeh 5400 manat pulu keçən müddət ərzində ödəmədiyindən iddiaçı belə nəticəyə gəlmişdir ki, cavabdeh onu aldatmışdır. Odur ki, iddiaçı ərizə ilə Zərdab Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində ona bildirmişlər ki, Zərdab Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 1(035)-24/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ona görə də, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş 2(035)-561/2024 saylı, xx.xx.2024cü il tarixli məhkəmə bildirişindən görünür ki, 2 saylı İstintaq Təcridxanasında cəza çəkən Cavabdeh iddianın qəbul edib-etməməsi barədə yazılı mülahizənin alınıb məhkəməyə göndərilməsini xahiş edilsədə, Cavabdeh iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Lakin, cinayət işinə baxılarkən Cavabdeh İddiaçı 5400 manat məbləğində pulun borclu olduğunu etiraf etmiş, həmçinin cavabdehin iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməməsi ona dəlalət edir ki, cavabdeh iddiaçıya borclu olduğunu qəbul etmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 5400 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 5400 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 74 manat, cəmi 5474 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar