Məhkəmə qərarları › İş №2(035)-650/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-650/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-650/2024 05.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 05 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 1030 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında fifahi razılaşmaya əsasən, cavabdeh iddiaçıya, dəmir konustruksiyadan olan navesi (mağar) 1000 manata satmışdır. İddiaçı cavabdehə şahidlərin iştirakı ilə iltizama imza etməklə 1000 manat məbləğində nağd şəkildə pul vermişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, Bakı şəhərində xəstəxanada olan xəstəsinə pul lazım olduğu üçün, pulu verib qayıtdıqdan sonra dəmir konustruksiyadan olan navesi (mağar) sökülüb aparalması mümkün olacaqdır. Lakin, bir müddət keçdikdən sonra cavabdehdən bir xəbər çıxmadığı üçün iddiaçı cavabdehin evinə getmiş və orada ona məlum olmuşdur ki, cavabdeh onu aldatmış, həyətində olan dəmir konustruksiyadan olan navesi (mağar) başqasına sataraq, sökülüb aparılmışdır. İddiaçı dəfələrlə cavabdehdən ona borclu olduğu 1000 manat pulu qaytarmasını xahiş və tələb etsədə, lakin, cavabdeh iddiaçıya borclu olduğu 1000 manat pulu etiraf etsədə, hərdəfə bir bəhanələr gətirməklə hazırki vaxta kimi qaytarmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh dəmir konustruksiyadan olan navesi (mağar) satmaq istədiyini bildirmişdir. O, cavabdehə iltizama imza etməklə və şahidlərin iştirakı ilə nəğd şəkildə 1000 manat pul vermişdir. Cavabdeh onu aldadaraq bildirmişdir ki, onun Bakı şəhərində xəstəxanada ağır xəstəsi var, pulda ona görə lazımdır. Cavabdehlə belə razılaşmışlar ki, o, Bakı şəhərinə xəstəxanaya gedib pulu verib qayıtdıqdan sonra ona məlumat verəcəkdir. Lakin, bir müddət keçdikdən sonra cavabdehdən bir xəbər çıxmadığı üçün, o, cavabdehin evinə getmiş və orada ona məlum olmuşdur ki, cavabdeh onu aldatmış və həyətində olan dəmir konustruksiyadan olan navesi (mağarı) başqasına satmışdır. O, dəfələrlə cavabdehdən ona borclu olduğu 1000 manat pulu qaytarmasını xahiş və tələb etsədə, lakin, cavabdeh borclu olduğu 1000 manat pulu hərdəfə bir bəhanələr gətirməklə ödəyəcəyini bildirsədə, hazırki vaxta kimi ona qaytarmamışdır. Cavabdehin borcunun olmasını etiraf etməsi, iş materiallarına əlavə edilmiş diskdəki səs yazısı ilə də, bir daha öz təstiqini tapmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən yazılmış, tərəflərin və şahidlərin imzası ilə təstiq edilmiş yazılı iltizamın surətindən görünür ki, Cavabdeh dəmir konustruksiyadan olan navesi (mağarı) Bıçaqçı kəndində yaşayan İddiaçı satmış və əvəzində 1000 manat pulu almışdır. İş matereallarına əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, tərəflər arasında olan səs yazısında cavabdehin iddiaçıya 1000 manat məbləğində pul borcu olması öz təstiqini tapmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 30 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, cavabdeh iddiaçıya dəmir konustruksiyadan olan navesi (mağarı) 1000 manata satmışdır. Cavabdeh şahidlərin imzası ilə təstiq edilmiş yazılı iltizam verdikdən sonra, iddiaçı cavabdehə 1000 manat nağd şəkildə pul vermişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, Bakı şəhərində xəstəxanada olan xəstəsinə pul lazım olduğu üçün, pulu verib qayıtdıqdan sonra dəmir konustruksiyadan olan navesi (mağar) sökülüb aparılması mümkün olacaqdır. Lakin, bir müddət keçdikdən sonra cavabdehdən bir xəbər çıxmadığı üçün iddiaçı cavabdehin evinə getmiş və orada ona məlum olmuşdur ki, cavabdeh onu aldatmış, həyətində olan dəmir konustruksiyadan olan navesi (mağar) başqasına satmışdır. İddiaçı dəfələrlə cavabdehdən ona borclu olduğu 1000 manat pulu qaytarmasını xahiş və tələb etsə də, lakin, cavabdeh iddiaçıya borclu olduğu 1000 manat pulu hərdəfə bir bəhanələr gətirməklə hazırki vaxta kimi qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcunun ödəyəcəyini bildirsədə,bu günədək borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdehin keçən müddət ərzində iddiaçıya borclu olduğı 1000 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 1000 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1030 manat pu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar