Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-668/2025 15.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəmə icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi (kiçik mübahisələr üzrə iddia ərizəsi) ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 131 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 161 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını iddia ərizəsi ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən, bir neçə qüsura yol verilmişdir. Belə ki, iddia ərizəsi iddiaçı və onun nümayəndəsi kimi təqdim olunan şəxs tərəfindən imzalansa da, iddia ərizəsinin giriş hissəsində nümayəndə barəsində heç bir məlumat qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair məlumat müvafiq iddia ərizəsində öz əksini tapmamışdır. İddia ərizəsinə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair cavabdehə ünvanlanmış pretenziya məktubu və onun göndərilməsini təsdiq edən poçt qəbzi əlavə edilsə də, həmin məktubun cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə hansı məbləğdə borcun qalmasını təsdiq edən maliyyə arayışı da ərizəyə əlavə edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-3, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-668/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-668/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver