Məhkəmə qərarları › İş №2(035)-675/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-675/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-675/2024 16.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 16 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1170 manat məbləğində pulun alınıb ona verilməsinə və ödənilmiş 32 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu uzun müddət allergiyadan əziyyət çəkdiyi üçün ona əlillik dərəcəsi müəyyən edilərək, əlillik pensiyası məsələlərini həll etmək üçün müraciət etsədə onun oğlunun adına imtina gəlmişdir. Oğlu Ramin üçün əlilliyə görə müraciətinə imtina gəldikdən sonra, o, cavabdehin bu işdən başı çıxdığı üçün ona köməklik etməsini xahiş etmişdir. Cavabdeh onu inandırmışdır ki, tanışı var, o, sənin pensiya məsələsini 1170 manat pulun müqabilində həll edə bilər. O, 2021-ci ilin noyabrdekabr aylarında, yəni növbəti komissiya vaxtı yaxın bir dostundan borc olaraq 1170 manat pulu alaraq cacvabdehə vermişdir. Yenidən övladının əlillik pensiyasına imtina gəldiyi üçün, o, Cavabdeh verdiyi 1170 manat pulu geri istəmişdir. Cavabdeh isə heç-bir narahatçılıq yoxdur deyə tezliklə qaytaracağına söz vermişdir. lakin, həmin vaxtdan iki il keçməsinə baxmayaraq cavbadeh bu günədək ona borclu olduğu 1170 manat pulu qaytarmamışdır. Cavabdeh keçən müddət ərzində iddiaçıya 1170 manat pulu ödəmədiyindən iddiaçı belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun oğlu uzun müddət allergiyadan əziyyət çəkdiyi üçün o, əlillik dərəcəsi müəyyən edilərək, əlillik pensiyası məsələlərini həll etmək üçün müraciət etsədə onun oğlunun adına imtina gəlmişdir. Oğlu Ramin üçün əlilliyə görə müraciətinə imtina gəldikdən sonra, o, cavabdehin bu işdən başı çıxdığı üçün ona köməklik etməsini xahiş etmişdir. Cavabdeh isə onu inandırmışdır ki, pensiya düzələn yerdə onun tanışı var, o, sənin pensiya məsələsini 1170 manat pulun müqabilində həll edə bilər. O, 2021-ci ilin noyabr-dekabr aylarında, yəni növbəti komissiya vaxtı yaxın bir dostu Eyvaz Rəsulovdan borc olaraq 1170 manat pul alaraq cavabdehə vermişdir. Yenidən oğlunun əlillik pensiyasına imtina gəldiyi üçün, o, Cavabdeh verdiyi 1170 manat pulu geri istəmişdir. Cavabdeh isə heç-bir narahatçılıq yoxdur deyə tezliklə qaytaracağına söz vermişdir. lakin, həmin vaxtdan iki il keçməsinə baxmayaraq cavbadeh bu günədək ona borclu olduğu 1170 manat pulu qaytarmamışdır. Cavabdeh keçən müddət ərzində ona 1170 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçını tanıyır. Belə ki, iddiaçı ona bildirmişdir ki, oğlu uzun müddət allergiyadan əziyyət çəkdiyi üçün əlillik pensiyası məsələlərini həll etmək üçün müraciət etsədə onun oğlunun adına imtina gəlmişdir. Odur ki, oğlunun əlillik pensiyasına köməklik etməsini xahiş etmişdir. O, isə iddiaçıya bildirmişdir ki, pensiya düzələn yerdə onun tanışı vardır. Ondan xahiş etsə oğlunun pensiya məsələni1170 manat pulun müqabilində həll edə bilər. Bundan sonra iddiaçı ona 1170 manat pul vermişdir. İddiaçının oğlunun adına imtina gəldiyi üçün ona verdiiyi pulu geri istəmişdir. O, heç-bir narahatçılıq yoxdur deyə tezliklə qaytaracağına söz vermişdir. Hazırda maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün iddiaçıya olan borcunu qaytara bilməmişdir. Odur ki, gələcəyə imkanı olan kimi qaytaracaqdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, şahid ifadəsindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, iddiaçının oğlu uzun müddət allergiyadan əziyyət çəkdiyi üçün o, əlillik dərəcəsi müəyyən edilərək, əlillik pensiyası məsələlərini həll etmək üçün müraciət etsədə onun oğlunun adına imtina gəlmişdir. İddiaçı oğlunun adına imtina gəldikdən sonra, o, cavabdehin bu işdən başı çıxdığı üçün ona köməklik etməsini xahiş etmişdir. Cavabdeh isə onu inandırmışdır ki, pensiya düzələn yerdə onun tanışı vardır. Pensiya məsələsini həll etmək üçün 1170 manat pul müqabilində həll edə bilər. İddiaçı 2021-ci ilin noyabr-dekabr aylarında, yəni növbəti komissiya vaxtı 1170 manat pulu cavabdehə vermişdir. İddiaçının oğlunun əlillik pensiyasına yenidən imtina gəldiyi üçün, o, Cavabdeh verdiyi 1170 manat pulu geri istəmişdir. Cavabdeh isə heç-bir narahatçılıq yoxdur deyə tezliklə qaytaracağına söz vermişdir. lakin, həmin vaxtdan iki il keçməsinə baxmayaraq cavabadeh iddiaçıya borclu olduğu 1170 manat pulu qaytarmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən borca görə 1170 manat pul və dövlət rüsumuna görə 32 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 1170 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat, cəmi 1202 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar