Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-70/2023 26.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 26 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borca görə 9000 manat və dövlət rüsumu kimi ödənilmiş 110 manat pulun alınaraq ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(035)-70/2023 saylı, 24 fevral 2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavadeh Cavabdehdan borca görə 9000 manat, dövlət rüsumuna görə 110 manat, cəmi 9110 manat pul tutularaq İddiaçı ödənilsməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi-vəkil X3 25 iyul 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin qəbul etdiyi 2(035)-70/2023 saylı, 24 fevral 2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Zərdab Rayon məhkəməsinin qərardadına əsasən ərizə təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-70/2023 saylı qiyabi qətnaməsi ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması qət edilmişdir. Bundan sonra İddiaçı dəfələrlə məhkəmə bildirişi göndilməsinə və eyni zamanda telefonaqramla məlumatlandılmasına baxmayaraq o, məhkəmənin çağırışına üzürsüz səbəbdən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmənin çağrışına üzürsüz səbəbdən gəlmədiyi və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nın 259.0.7-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı, həmçinin Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 110 manat məbləğində pul tam olaraq İddiaçı qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 110 manat məbləğində pul tam olaraq İddiaçı qaytarılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №2(035)-70/2023
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-70/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver