Məhkəmə qərarları › İş №2(035)-712/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-712/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-712/2023 12.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) sədrliyi katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması barədə” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə 12 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borca görə 463 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 493 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 602 saylı alq-satqı müqaviləsinə əsasən ilkin ödəniş 120 manat olmaqla Cavabdeh 06 ay müddətinə, hissə-hissə hər ay 50 manat ödəmək şərti ilə İMEİ kodu **********723089 olan 420 manat dəyərində “Xiaomi Redmi 4X” markalı markalı bir ədəd mobil telefon və xx.xx.2018-ci il tarixli, 668 saylı alq-satqı müqaviləsinə əsasən ilkin ödəniş 100 manat olmaqla Cavabdeh 06 ay müddətinə, hissə-hissə hər ay 50 manat ödəmək şərti ilə İMEİ kodu 32GB**********72748 olan 400 manat dəyərində “Xiaomi Redmi 4X” markalı markalı bir ədəd mobil telefon satılmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə iddiaçıya 463 manat borcu yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır . Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 602 saylı alq-satqı müqaviləsinə əsasən ilkin ödəniş 120 manat olmaqla cavabdehə 06 ay müddətinə, hissə-hissə hər ay 50 manat ödəmək şərti ilə İMEİ kodu **********723089 olan 420 manat dəyərində “Xiaomi Redmi 4X” markalı markalı bir ədəd mobil telefon və xx.xx.2018-ci il tarixli, 668 saylı alq-satqı müqaviləsinə əsasən ilkin ödəniş 100 manat olmaqla cavabdehə 06 ay müddətinə, hissəhissə hər ay 50 manat ödəmək şərti ilə İMEİ kodu 32GB**********72748 olan 400 manat dəyərində “Xiaomi Redmi 4X” markalı markalı bir ədəd mobil telefon satılmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə iddiaçıya 463 manat borcu yaranmışdır. Lakin, cavabdeh borclu olduğu 463 manat pulunu qaytarmamışdır. Cavabdehdən borcunu qaytarmağını dəfələrlə tələb etsə də, cavabdeh yalan vədlər verərək müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı və hissə-hissə ödəniş müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 120 manat etməklə cavabdehə 06 ay müddətinə hər ay 50 manat ödəmək şərtilə 420 manat məbləğində İMEİ kodu **********723089 olan 1 ədəd Xioami Redmi 4X markalı mobil nisyə satmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 100 manat etməklə cavabdehə 06 ay müddətinə hər ay 50 manat ödəmək şərtilə 400 manat məbləğində İMEİ kodu 32GB**********72748 1 ədəd Xioami Redmi 4X markalı mobil nisyə satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə ilkin ödəniş 100 manat olmaqla, 06 ay müddətinə, hissə-hissə hər ay 50 manat ödəmək şərti ilə 420 manat dəyərində İMEİ kodu **********723089 olan 1 ədəd Xioami Redmi 4X markalı modelli mobil telefon və xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə ilkin ödəniş 100 manat olmaqla 06 ay müddətinə hər ay 50 manat ödəmək şərtilə 400 manat məbləğində İMEİ kodu 32GB**********72748 1 ədəd Xioami Redmi 4X markalı mobil telefon nisyə satılmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə onun xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********723089 olan 1 ədəd Xioami Redmi 4X markalı telefon üçün və xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu 32GB**********72748 1 ədəd Xioami Redmi 4X markalı markalı telefon üçün, ümumilkidə əsas borca görə 463 manat borcu yaranmışdır. Xəbərdarlıq edilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********723089 olan 1 ədəd Xioami Redmi 4X markalı telefon üçün və xx.xx.2018-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən İMEİ kodu 32GB**********72748 1 ədəd Xioami Redmi 4X markalı markalı telefon üçün, ümumilkidə əsas borca görə 463 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 493 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 463 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 493 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar