Məhkəmə qərarları › İş №2(035)-715/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-715/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-715/2025 12.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Əhmədova Nəzrin Xasay qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Məhəmmədov Vası̇ f Ağəlı̇ oğlunun cavabdeh Əlı̇ yev Anar Vaqı̇ f oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 12 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Məhəmmədov Vası̇ f Ağəlı̇ oğlu cavabdeh Əlı̇ yev Anar Vaqı̇ f oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əlı̇ yev Anar Vaqı̇ f oğlundan 800 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 830 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığımız həyat müxtəlif ictimai münasibətlərin məcmusudur və bu münasibətlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir: “Lakin ictimai münasibətlərin ən böyük hissəsi mülki dövriyyənin payına düşür. Mülki dövriyyə iştirakçıları arasında yaranan münasibətlərdə əhəmiyyətli məqamlardan biri də borc münasibətləridir. Borc münasibətləri şəxslərin maddi ehtiyacları üzündən yaranır. Vətəndaşlar birinin digərinə olan inamından, etibarından və görəcəyi işdən irəli gələrək birbirinə borc verir. Bu zaman borc müqaviləsi bağlanır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı bildirir ki, Zərdab rayonunda yaşadıqları üçün cavabdehlə münasibətləri vardır və bir-birilərini tanıyırlar. Belə ki, o 2016-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində yeni tikilmiş binalardan birindən iki otaqlı 90 kv.m mənzil almış, mənzil təmirsiz olduğu üçün Zərdab rayonu, Alıbəyli kəndində yaşayan İlqar Umarov adlı tanıdığı usta ilə danışaraq razılıq əsasında evin təmirini ona həvalə etmişdir. 2020-ci ildə yayılmış pandemiya ilə əlaqədar təmir işi tərəfindən dayandırılmış, 2024-cü ildə İlqar Umarova təmir işini tamamlamaq üçün zəng edib onunla görüşmüşdür. Məlum olmuşdur ki, İlqar usta səhhətində yaranan xəstəliklər səbəbindən işləyə bilməyəcəkdir. Bundan sonra iddiaçı başqa bir ustanın vasitəçiliyi ilə Bakı şəhərində yaşayan Cavabdeh ilə tanış olmuş, onu Xırdalan şəhərində yerləşən mənzilə aparmış, işlə tanış olduqdan və ümumi işin hamısı görüldükdən sonra ona, yəni Anara 800 manat pul ödəyəcəyi barədə razılığa gəlmişlər. Həmçinin, cavabdehlə razılaşıblar ki, pulun yarısını əvvəllcədən, qalanını isə təmir işi başa çatdıqdan sonra ödəsin. Cavabdeh işə başladığı gün ona nəğd şəkildə 50 manat, sonradan isə kartına köçürmə ilə 200 manat ödəniş etmişdir. Bir müddətdən sonra Cavabdeh ondan uşağının kurtka və sapaşkisinin olmaması bəhanəsi ilə, həmçinin arvadının ürək damarlarını açdırması üçün müalicəyə pul lazım olduğunu bildirməklə nəğd və köçürmə yolu ilə ona olan etibarından sui istifadə etməklə 800 manat pul almışdır. Bir müddətdən sonra cavabdeh işi yarımçıq qoyaraq ünvanı məlum olmayan yerlərdə yaşamaqla ondan qaçmış, cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Cavabdehin həyat yoldaşının verdiyi məlumata əsasən o Bakı şəhərində yaşayır və onun kimi bir neçə şəxsi aldadaraq pulunu almaqla işini yarımçıq qoyub qaçmışdır. Artıq cavabdehin borclu olduğu 800 manat pul müqabilində evin təmir işlərini görəcəyi ilə bağlı verdiyi vədlər yalan olduğundan onunla aralarında mülki mübahisə yaranmışdır. Cavabdehin keçən müddət ərzində təmirlə bağlı ona ödədiyi 800 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, o, özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyildir və ona görə də cavabdehdə olan borcun yalnız məhkəmə qaydasında alınması məqsədəmüvafiqdir. Ona görə də cavabdehdən məhkəmə baxışı qaydasında borclu olduğu 800 manatı pulun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o 2016-cı ildə Xırdalan şəhərindən iki otaqlı mənzil almışdır və həmin mənzil hazırda onun mülkiyyətindədir. Mənzil təmirsiz olduğu üçün Zərdab rayonu Alıbəyli kəndində yaşayan İlqar Ümarov adlı tanıdığı usta ilə danışaraq razılıq əsasında evin təmirinə ona həvalə etmiş və usta evin bir hissəsini təmir etmişdir. 2019-cu ildə yayılmış pandemiya ilə əlaqədar təmir işi tərəfindən dayandırılmışdır. Sonradan 2024-cü ildə İlqar Umarova təmir işini tamamlamaq üçün ona zəng etmişdir, lakin İlqar bildirmişdir ki, xəstə olduğu üçün işləyə bilmir. Başqa bir ustanın vasitəciliyi ilə Bakı şəhərində yaşayan Cavabdeh ilə tanış olmuş, onunla 20 Yanvar dairəsi ərazisində görüşmüş və birlikdə Xırdalan şəhərində yerləşən mənzilə baxmaq üçün getmişlər. İşlə tanış olduqdan sonra Anar ondan görəcəyi işlərin qarşılığında 1000 (bir min) manat pul istəmiş, lakin o, da öz növbəsində cavabdehə bildirmişdir ki, ümumi işin hamısı gördükdən sonra ona 800 manat pul ödəməyə maddi imkanı çatır. Cavabdeh onunla bu şərtlə razılaşmışdır ki, pulun yarısını əvvəllcədən, qalanını isə təmir işi başa çatdıqdan, yəni mənzilin açarlarını təhvil aldıqdan sonra ödəsin. Razılaşdıqları kimi Cavabdeh işə başladığı gün ona 50 manat nəğd şəkildə, sonradan isə kartına köçürmə yolu ilə 200 manat ödəniş etmişdir. Bir həftədən sonra Cavabdeh ona zəng vuraraq uşağının kurtka və sapaşkisinin olmaması bəhanəsi ilə arvadının ürək damarlarının açdırması üçün müalicəyə pul lazım olduğunu bildirmişdir. Əvvəlcə pulunun olmadığını bildirmiş, lakin sonra 200 manat pul taparaq həmin vəsaiti yenə də cavabdehin kart hesabına göndərmişdir. Sonradan cavabdeh ondan bir neçə dəfə pul istəmiş, hər dəfə ona nağd şəkildə və kartına köçürməklə pul vermiş, sonuncu dəfə 2024-cü ilin dekabr ayında cavabdehin kartına 20 manat pul göndərmişdir. Ümumilikdə cavabdehə razılaşdıqları 800 manat məbləğində pul vəsaitini tam vermişdir. Lakin, cavabdeh mənzilin təmirini yarımçıq qoymuş, onunla əlaqə saxlamaq belə mümkün olmamışdır. Bir neçə dəfə cavabdehin evinə getmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o usta kimi fəaliyyət göstərir və evlərin təmiri ilə məşğul olur. İddiaçı rayon sakini olaraq tanımışdır. İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilinin təmir olunması üçün ona müraciət etmişdir. İddiaçı ilə Bakı şəhərində, 20 yanvar dairəsində görüşərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ona məxsus mənzilə baxış keçirmək üçün birlikdə həmin mənzilə getmişlər. Mənzilə baxış keçirdikdən sonra İddiaçı evin təmirini görə hər kv.m üçün 6 manat olmaqla işi görəcəyini bildirmiş, lakin sonra ümumi məbləğdə razılaşaraq iddiaçıdan 1000-1100 manat pul istəmişdir. İddiaçı isə bu məbləğə razı olmadığını bildirdiyi üçün yekunda 800 manat müqavilində ev təmirinə razılaşmışlar. O, həmin mənzildə təmir işlərinə başlamış, mənzildə bəzi işləri görməklə, ümumlikdə həmin mənzildə iki ay ərzində işləmişdir. Həmin müddətdə iddiaçı ona müxtəlif vaxtlarda kart hesabı vasitəsilə iki dəfə 200 manat, bir dəfə isə 100 manat köçürməklə ödəniş etmiş, həmçinin əldən-ələ 30 manat, mənzilin yerləşdiyi binanın komendantı vasitəsilə isə ona 10 manat məbləğində pulu nağd qaydada vermişdir. Başqa işləri olduğuna görə işi yekunlaşdıra bilməmişdir, işləri yarımçıq qoymuşdur. İddianı qismən qəbul edir, iddiaçı tərəfindən ona 800 manat məbləğində pul ödənilməmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2016-cı il tarixli “Kooperativ Binanın Mənzil Tikintisi Haqqında” müqavilədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbəsində, 33 №-li mənzilin alqı-satqısına dair ilkin razılaşma əldə olunmuşdur. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Əlı̇ yev Anar Vaqı̇ f oğluna məxsus ****7489 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki Əlı̇ yev Anar Vaqı̇ f oğluna məxsus ****7489 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 10 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan **********4 nömrəli qəbzdən görünür ki, Əlı̇ yev Anar Vaqı̇ f oğluna məxsus ****7489 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan **********5 nömrəli qəbzdən görünür ki, Əlı̇ yev Anar Vaqı̇ f oğluna məxsus ****7489 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 20 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan **********5 nömrəli qəbzdən görünür ki, Əlı̇ yev Anar Vaqı̇ f oğluna məxsus ****7489 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 15 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan **********7 nömrəli qəbzdən görünür ki, Əlı̇ yev Anar Vaqı̇ f oğluna məxsus ****7489 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 80 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan **********9 nömrəli qəbzdən görünür ki, Əlı̇ yev Anar Vaqı̇ f oğluna məxsus ****7489 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 20 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, **********2 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 30 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, cavabdeh Zərdab Rayon Məhkəməsinə müraciət edərək heç bir əlavə sübutu olmadığını və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin məhkəmə iclasında verdikləri izahatlarından və iş materiallarından müəyyən olundu ki, cavadehlə iddiaçı arasında podrat münasibətləri yaranmış, tərəflər Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iddiaçıya məxsus mənzilin təmiri üçün 800 manat pul vəsaiti qarşılığında şifahi razılığa gəlmiş, cavabdeh həmin mənzilin təmirinə başlamışdır. İddiaçı isə öz növbəsində cavabdehin mənzildə təmirə başladığı gündən mənzilin təmiri üçün onun kart hesabına müxtəlif vaxtlarda 545 manat məbləğində köçürmələr etmiş, həmçinin cavabdehə nağd qaydada cəmi 40 manat məbləğində pul vermişdir. Lakin cavabdeh işləri yarımçıq saxlayaraq mənzilin təmirini tamamlamamış və bununla da iddiaçı qarşısında öz üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçının 800 manat tələbinə dair münasibətdə isə məhkəmə qeyd edir ki, tərəfərin izahatları və iş materillarında olan sübutlarla iddiaçının cavabdehə cəmi 585 manat məbləğində pul verməsi öz təsdiqini tapmış, qalan məbləğin cavabdehə ödənilməsini sübut etmək yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddia qalan hissədə sübuta yetirilməmiş, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin qalan hissəsində təmin olunması üçün heç bir mötəbər sübut təqdim edilməmiş və iddia bu hissədə yalnız mülahizələrə əsaslanmışdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 585 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 615 (altı yüz on beş) manat alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin olunsun. Cavabdeh Əlı̇ yev Anar Vaqı̇ f oğlundan 585 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 615 (altı yüz on beş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Məhəmmədov Vası̇ f Ağəlı̇ oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar