Məhkəmə qərarları › İş №2(035)-725/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-725/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-725/2024 01.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 01 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 215 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, 2024-cü ilin may, iyun və iyul aylarında iddiaçı cavabdehə nağd şəkildə 100 manat, 50 manat, 20 manat, 30 manat və 15 manat olmaqla, ümumilikdə 215 manat məbləğində borc pul vermişdir. Cavabdeh pulları əldə edən zaman bildirmişdir ki, tez bir müddət ərzində iddiaçıya olan borcunu tam şəkildə ödəyəcəkdir. Cavabdeh aldığı pulları tez bir zamanda iddiaçıya qaytaracağını bildirsədə lakin, sonradan maddi vəziyyətinin çətin olması səbəbi ilə pulu qaytara bilməyəcəyini bildirmişdir. Lakin, cavabdeh verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi iddiaçıya borclu olduğu 215 manat məbləğində pulunu geri qaytarmamışdır. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə ondan borc olaraq almış olduğu pulu geri qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2024-cü ilin may, iyun və iyul aylarında cavabdeh ona yaxınlaşaraq ona borc pul verməsini xahiş etmişdir. O, cavabdehi tanıdığı üçün və cavabdehin vədlərinə inanaraq öz aralarında şifahi razılaşmaya əsasən, qeyd etdiyi aylarda nağd şəkildə 100 manat, 50 manat, 20 manat, 30 manat və 15 manat olmaqla, ümumilikdə 215 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı pulları qaytaracağını bildirsədə lakin, sonradan maddi vəziyyətinin çətin olması səbəbi ilə 215 manat pulu qaytara bilməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, cavabdeh pulu əldə edən zamanda qeyd etmişdir ki, tez bir müddət ərzində ona olan borcunu tam şəkildə ödəyəcəkdir. Lakin, cavabdeh verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi ona borclu olduğu 215 manat məbləğində pulunu geri qaytarmamışdır. Onun tərəfindən cavabdehə borcla bağlı çoxlu sayda zənglər edib iradlarını bildirmək istədikdə, cavabdeh ona borclu olduğunu etiraf edərək qaytaracağını bildirsədə, müxtəlif bəhanələr gətirərək bugünədək borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin keçən müddət ərzində ona borclu olduğı 215 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçını tanıdığı üçün 2024-cü ilin may, iyun və iyul aylarında ona borc pul verməsini xahiş etmişdir. İddiaçı isə ona qeyd etdiyi aylarda nağd şəkildə 100 manat, 50 manat, 20 manat, 30 manat və 15 manat olmaqla, ümumilikdə 215 manat pul vermişdir. Lakin, o, cavabdehdən aldığı pulları vaxtında qaytaracağını söz versədə də, lakin, sonradan onun maddi vəziyyətinin çətin olması səbəbi ilə 215 manat borcunu qaytara bilməmişdir. Odur ki, imkanı olan kimi iddiaçıya olan borcunu qaytaracaqdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrininin verilməsi üzrə komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, M/V № 149907-li vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı olduğu üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən 2024-cü ilin may, iyun və iyul aylarında cavabdeh iddiaçıdan qaytarmaq şərtilə 215 manat məbləğində borc pul istəmişdir. İddiaçı cavabdehə nağd şəkildə 100 mant, 50 manat, 20 manat, 30 manat və 15 manat olmaqla, ümumilikdə 215 manat pul vermişdir. Cavabdeh tez bir müddət ərzində iddiaçıya olan borcunu tam şəkildə qaytaracağını bildirsədə lakin, sonradan maddi vəziyyətinin çətin olması səbəbi ilə pulu qaytara bilməyəcəyini bildirmişdir. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu etiraf etsədə, bugünədək qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdehin keçən müddət ərzində iddiaçıya borclu olduğı 215 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə müxtəlif vaxtlarada olmaqla, ümumilikdə 215 manat məbləğində borc pul vermişdir. Lakin, razılaşdırdıqları müddətin başa çatmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək, iddiaçıya borca görə 215 manat, pulu ödəməyə razı olduğunu, lakin, hazırda imkanı olmadığını bildirmişdir. O, cümlədən iddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, cavabdehdən borca görə 215 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 215 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün həmin Qanunun 8.1.6-cımaddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 215 manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar