Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-73/2025 14.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1277/2014 saylı, xx.xx.2018-saylı qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(035)-373/2011 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində aliment tutularaq ona verilməsi qət edilmişdir. Onun iddiası əsasında Zərdab Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(035)-373/2014 saylı qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat aliment, müalicə xərcinə görə isə hər ay 50 manat pul tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1277/2014 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən təmin edilərək tutulmalı olan alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağının saxlanılması və normal inkişafı üçün kifayət etmədiyi üçün, o, alimentin artırılması ilə əlaqədar müraciət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü qızı Aişə iddiaçının (ananın) himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(035)-373/2011 saylı qətnaməsinə əsasən ondan xx.xx.2008-ci il təvəllüdlü qızı Aişənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. iddiaçının iddiası əsasında Zərdab Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(035)-373/2014 saylı qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək ondan xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü qızı Aişənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat aliment, müalicə xərcinə görə isə hər ay 50 manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1277/2014 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən təmin edilərək tutulmalı olan alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü qızı Aişənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qızı Aişənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat aliment ödəməyə razıdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və 2(035)-73/2025 saylı mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarında izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə 2(035)-73/2025 saylı mülki işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261,0.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə 2(035)- 73/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-73/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-73/2025
14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver