Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-744/2024 26.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh və cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə 26 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcuna görə 14043 (on dörd min əlli üç) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 132 (bir yüz otuz iki ) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə yaxın dost münasibətlərində olmuşdur. Buna əsasən cavabdeh təxminən 2021-ci ilin dekabr ayında ona müraciət edərək ona borc pul verməsini xahiş etmişdir. Buna əsasən iddiaçı tərəfindən ilkin olaraq cavabdehə 2000 (iki min) manat pul verilmişdir.Sonradan cavabdeh yenə dost münasibətlərindən istifadə edərək ona müraciət edərək biznesə girişdiyi üçün ona yenə borc pul verməsini xahiş etmişdir. Buna əsasən iddiaçı tərəfindən ümumilikdə cavabdehə 9000 (doqquz min) manat borc pul verilmişdir. Sonradan cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus xırda buynuzlu heyvanları nisyə şəkildə iddiaçıdan 7700 manata almışdır.Bununlada cavabdehin ona ümumilikdə 16600 manat borcu yaranmışdır. Cavabdehə bununla bağlı müraciət edərək ona yaranmış borcunu ödəməsini xahiş etmişdir. Cavabdeh ona olan 16600 manat borcundan ümumilikdə 2557 manatını hissə-hissə ödəmişdir. Hazırda cavabdehin ona 14043 manat borcu yaranmışdır. Cavabdeh borcunu etiraf etsədə lakin maddi imkanının zəif olması səbəbi ilə borcunu ödəməkdən imtina edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun ifadə verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatlarında göstərmişdilər ki,cavabdeh iki dəfə hər dəfəsində 2000 (iki min) manat olmaqla ümumilikdə iddiaçıdan 4000 (dörd min) manat borca pul almışdır. Həmin borc məbləğinin isə 2640 (iki min altı yüz qırx) manatını iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya 1360 (bir min üç yüz altmış) manat borcu var. İddiaçının iddia etdiyi borc pul isə cavabdehə yox cavabdehin hazırda həbsxanada olan qardaşına aitdir.Buna əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş edirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında göstərmişdir ki,cavabdeh onun oğludur. Oğlu iddiaçıdan 2000 (iki min) manat pul almışdır və borcunu tam şəkildə ödəmişdir. Digər həbsdə olan oğlu isə iddiaçıdan 9000 (doqquz min) manat pul almış və onun 7000 (yeddi min) manatını geri qaytarmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək hazır ki,iş üzrə iddia müddəti ötdüyündən işin icraatına xitam verilməsini xahiş etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan 1 ədəd CD diskdən məlum olur ki,iddiaçı cavabdehdən ona olan borcunu ödəməsini xahiş edir, cavabdeh isə maddi vəziyyətinin çətin olması səbəbi ilə borcu qeyri müəyyən müddət ərzində ödəyəcəyini bildirir. İşdə olan etibarnamədən görünür ki,X1 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-vəkil Nümayəndə onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 452074 saylı etibarnamə verilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 132 (bir yüz otuz iki) manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26.1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdı. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum qərarı: Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki,cavabdeh 2021-ci ildən etibarən müxtəlif vaxtlarda iddiaçıdan ümumilikdə 9000 (doqquz min) nəğd pul və 7700 (yeddi min yeddi yüz) manat məbləğində isə nisyə xırda buynuzlu heyvanlar almışdır.Borcunun bir hissəsini ödədikdən sonra iddiaçıya 14043 (on dörd min qırx üç) manat borcu qalmışdır. İlk öncə məhkəmə iş materiallarına əlavə olunmuş 1 ədəd CD diskdə olan hər iki səsə qulaq asaraq bildirir ki, səs yazısı mötəbər sübut kimi qiymətləndirilməlidir.Belə ki, mülki prosessual qanunvericilik səs yazılarından sübut kimi istifadə olunması imkanını tanıyır. Məhkəmə qeyd edir ki,mübahisə halında gizli yolla əldə edilmiş səs yazısından məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Belə ki, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. (Ali Məhkəmənin 2(102)-4091/2021 nömrəli iş üzrə qərarı) Cavabdehin vəkilinin müddətin tədbiqinə dair ərizəsinə münasibətdə isə məhkəmə bildirir ki,hazır ki,işə 3 il iddia müddətini tədbiq etmək əsassızdır. Belə ki,tərəflər arasında olan 23:42 dəqiqəlik səs yazısının 4-cü dəqiqəsindən 6:15-ci dəqiqəsinə kimi tərəflər arasında pulun verilmə müddəti ilə bağlı müzakirələr aparılır. İddiaçı tərəf cavabdehə sualla müraciət edərək “sənə pulu 2020-ci ildə vermişdim?” desədə lakin cavabdeh bir mənalı şəkildə açıq izah verməklə aydınlaşdırır ki,pulu 2021-ci ilin dekabr ayında almışdır. Hazır ki,iddia isə məhkəmənin icraatına xx.xx.2024-cü ildə yəni iddia müddəti ötürülmədən daxil olmuşdur. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, səs yazısına qulaq asıldıqda müəyyən olunur ki,cavabdeh səs yazısında iddiaçıya pul borclu olduğunu və bu pulu danmadığını etiraf edir. Eyni zamanda səs yazısından aydın olur ki,cavabdeh tərəf borcu tam şəkildə qaytara bilmədiyini bildirmiş amma bunun əvəzində iddiaçıya öz adına kredit götürməsini ,şəxsi məqsədləri üçün xərcləməsini və həmin kredit borcunu özünün yəni cavabdehin ödəyəcəyini bildirmişdir. Həmçinin 10 dəqiqəlik səs yazısının 9:50-ci dəqiqəsində cavabdeh etiraf edir ki,”mənim fakt sənə borcum budur. 6000 (altı min) qoyunun pulu ,9000 (doqquz min) verdiyin pul. Eyni zamanda məhkəmə cavabdeh və şahidin məhkəmədə verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki,verilmiş ifadələr bir-biri ilə ziddiyyət təşkil etməklə həqiqəti əks etdirmir. Belə ki,həmin fikirlər özünü müdafiə xarakterlidir. Beləliklə, məhkəmə iş materiallarına və qanunvericilik normalarına əsaslanaraq mübahisəyə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 14043 (on dörd min qırx üç) manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 132 manat məbləğində pulda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin olunsun. Cavabdeh 14043 (on dörd min qırx üç) manat pul və 132 (bir yüz otuz iki) manat dövlət rüsumu olmaqla ümumilikdə 14175 (on dörd min bir yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-744/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-744/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver