Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-803/2024 02.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Maddi ziyan tələbi) X1 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı rəisi X3 oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 02 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ilə məhkəməyə müraciət edərək cavabdehdən mobil nəzarət qurğusunu yararsız hala saldığına görə 2541.01 manat məbləğdə maddi ziyan alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, Zərdab Rayon Məhkəməsinin 1(035)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, iş üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə hökmü icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Həmin tarixdən Cavabdeh 35631104 nömrəli, Attenti V6 markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, eyni zamanda həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydalarını, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin cavabdehdən tutulacağı izah edilmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixdə icra şöbəsinə müraciət edərək, ona təhvil verilmiş mobil nəzarət qurğusunu ehtiyyatsızlıqdan su kanalına saldığını bildirmişdir. xx.xx.2024-cü il tarixində onların tərəfindən mobil nəzarət qurğusuna baxış keçirilmiş və qurğunun işlək vəziyyətdə olmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar cavabdehdən izahat alınaraq, eyni zamanda mobil nəzarət qurğusunun mövcud vəziyyətinə dair protokol tərtib edilərək həmin qurğu cavabdehdən təhvil alınmışdır. Bundan sonra mobil nəzarət qurğusunun istismara yararlı və ya yararsız olmasına dair texniki rəy alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinə müraciət edilmiş və “Evrodizayn QSC”-nin mühəndisi Eldar Qurbanovun elektron nəzarət vasitəsilə bağlı verdiyi rəyə əsasən qurğunun istismara yararsız olduğu müəyyən edilmişdir. Beləliklə, Cavabdeh mobil nəzarət qurğusunu yararsız hala salaraq dövlətə maddi ziyan vurmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə həmin mobil nəzarət qurğusunun dəyəri 2541.01 manat təşkil etdiyi bildirilmişdir. Cavabdehdən qurğunun dəyərini ödəməsi təklif olunsa da, o, vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında İddiaçı rəisi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, Zərdab Rayon Məhkəməsinin 1(035)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, iş üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Həmin hökmlə məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində Zərdab rayonunun ərazi hüdüdlarını və yaşadığı ünvanı saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Məhkəmə hökmü icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxs kimi icra şöbəsində qeydiyyata alınmış və ona məhkəmə hökmünün icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü ilə üzərinə qoyulmuş vəzifələri, həmçinin bu vəzifələrin icrasından boyun qaçırmağın hüquqi nəticələri izah edilmiş, həmçinin “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş və məhkuma nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuşdur. Cavabdeh barəsində “Attenti” elektron monitoring sisteminin xx.xx.2024-cü il tarixli izləmə məlumatları, həmçinin onun mobil nəzarət qurğusunu suya düşürməsi haqqında icra şöbəsinə məlumat verməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə elektron nəzarət vasitəsinə baxış keçirilmiş və mobil nəzarət qurğusunun texniki cəhətdən işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Həmin tarixdə məhkumdan mobil nəzarət qurğusunu hansı şəraitdə, harada və necə suya düşürməsi ilə bağlı izahat alınmışdır. Məhkum izahatında göldə balıq tutan zaman qayıq aşdığına görə, özünün suya yıxılması və mobil qurğunun suya düşməsini göstərmişdir. “Evrodizayn QSC”-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən qurğunun istifadəyə tam yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi təqdim edilmiş, həmçinin ona qurğunun dəyəri olaraq 2541.01 manat pulu ödəməsi təklif olunmuşdur. Cavabdeh isə vurulmuş ziyanın dəyərini ödəməyə maddi imkanının yol vermədiyini bildirmişdir. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(035)-15/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, Zərdab Rayon Məhkəməsinin 1(035)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, iş üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. O, cəza çəkdiyi müddət ərzində Zərdab rayonunun ərazi hüdüdlarını və yaşadığı ünvanı saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. O, xx.xx.2022-ci il tarixdə Probasiya şöbəsinə müraciət edərək, ona təhvil verilmiş mobil nəzarət qurğusunu balıq tutarkən ehtiyyatsızlıqdan su kanalına saldığını bildirmişdir. Həmin vaxtda Probasiya şöbəsində mobil nəzarət qurğusunun mövcud vəziyyətinə dair protokol tərtib edilərək həmin qurğu ondan təhvil alınaraq yararlı və ya yararsız olmasına dair texniki rəy alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinə müraciət ediləcəyi bildirilmişdir. Lakin, sonradan icra məmuru ona məlumat vermişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən qurğunun istismara yararsız olduğu müəyyən edilərək həmin mobil nəzarət qurğusunun dəyəri 2541.01 manat qiymətləndirilmişdir. Ona görə də, dəymiş ziyan onun tərəfindən ödənilməlidir. Hazırda onun heç-bir maddi imkanı yoxdur və heç-bir yerdə işləmir. İmkanı olduda borcunu ödəyəcəkdir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Zərdab Rayon Məhkəməsinin 1(035)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün təstiq olunmuş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, Zərdab Rayon Məhkəməsinin 1(035)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh iş üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş elektron nəzarət vasitənin vəziyyəti haqqında texniki rəyin surətundən görünür ki, "xxxx" QSC-nin mühəndisi Eldar Qurbanovun elektron nəzarət vasitəsinə verdiyi rəyə əsasən qurğunun istismara yararsız olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışın surətindən görünür ki, sadə elektron qolbağın mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyi dəstəkləyən cuhazla) dəyəri 2541.01 manat təşkil etdiyi bildirilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan suiistifadıyə yol verilmir. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, Zərdab Rayon Məhkəməsinin 1(035)-15/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, iş üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Həmin hökmlə məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində Zərdab rayonunun ərazi hüdüdlarını və yaşadığı ünvanı saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Məhkəmə hökmü icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxs kimi icra şöbəsində qeydiyyata alınmış və ona məhkəmə hökmünün icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü ilə üzərinə qoyulmuş vəzifələri, həmçinin bu vəzifələrin icrasından boyun qaçırmağın hüquqi nəticələri izah edilmiş, həmçinin “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş və məhkuma nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuşdur. Həmin tarixdən Cavabdeh 35631104 nömrəli, Attenti V6 markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, eyni zamanda həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydalarını, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin cavabdehdən tutulacağı izah edilmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixdə icra şöbəsinə müraciət edərək, ona təhvil verilmiş mobil nəzarət qurğusunu ehtiyyatsızlıqdan su kanalına saldığını bildirmişdir. xx.xx.2024-cü il tarixində onların tərəfindən mobil nəzarət qurğusuna baxış keçirilmiş və qurğunun işlək vəziyyətdə olmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar cavabdehdən izahat alınaraq, eyni zamanda mobil nəzarət qurğusunun mövcud vəziyyətinə dair protokol tərtib edilərək həmin qurğu cavabdehdən təhvil alınmışdır. Bundan sonra mobil nəzarət qurğusunun istismara yararlı və ya yararsız olmasına dair texniki rəy alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinə müraciət edilmiş və "xxxx" QSC-nin mühəndisi Eldar Qurbanovun elektron nəzarət vasitəsilə bağlı verdiyi rəyə əsasən qurğunun istismara yararsız olduğu müəyyən edilmişdir. Beləliklə, Cavabdeh mobil nəzarət qurğusunu yararsız hala salaraq dövlətə maddi ziyan vurmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə həmin mobil nəzarət qurğusunun dəyəri 2541.01 manat təşkil etdiyi bildirilmişdir. Cavabdehdən qurğunun dəyərini ödəməsi təklif olunsa da, o, vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və işin yuxarıda adıçəkilən digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehdən mobil nəzarət qurğusunu yararsız hala salaraq iddiaçıya maddi ziyana görə vumuş olduğu 2541.01 manat məbləğində pul alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olduğu üçün iş üzrə ödənilməli olan 45.41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə dəymiş maddi ziyan üzrə elektron avadanlığının dəyəri olan 2541.01 manat pul cavabdehdən tutularaq müvafiq hesaba-Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Hesab AZ50CTRE**********00088504, VÖEN**********, büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 7) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 2541.01 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq hesabına- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, Hesab AZ50CTRE**********00088504, VÖEN**********, büdcə təsnifatının kodu 142120, büdcə səviyyəsinin kodu 7) ödənilsin. İş üzrə ödənilməli olan 45.41 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-803/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-803/2024
02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver