Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-804/2024 07.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən, hakim Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı Cavabdeh qarşı “cavabdehin balıq gölündə fəaliyyət göstərilməsinə qadağan edilməsi tələbi”nə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehi Zərdab rayonu, Otmonoba kəndində yerləşən qanunsuz balıq gölünün fəaliyyət göstərilməsinə qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iş materialları nəzərdən keçirilərkən hazırkı iddia tələbi üzrə iddia ərizəsində iddiaçı ərizəyə öz tələbini əsaslandırdığı hallara dair sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini əlavə etməmiş və dövlət rüsumunun ödənilmədiyi aşkar edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd olunan Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “cavabdehin balıq gölündə fəaliyyət göstərilməsinə qadağan edilməsi tələbi”nə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(035)-804/2024
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-804/2024
07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver