Məhkəmə qərarları › İş №2(035)-805/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-805/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-805/2025 12.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlərdən 2100 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 41 manat olmaqla, cəmi 2141 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən “qarışıq mallar“ mağazasında hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin iyun ayında 2100 manat dəyərində, 585 əyyarlı, Türkiyyə istehsalı, ümumi çəkisi 21 qram çəkidə olan bir ədəd sep (tros) satmışdır. 2023-cü ildə qızıl bazarında 1 qram qızılın dəyəri 100 manat təşkil etdiyindən həmin sepin qiyməti 2100 manat təşkil etmişdir. Cavabdehlər bu günədək ona olan borcundan cəmi 900 manatını qaytarmış, lakin, 1200 manatını bugünədək qaytarmamışlar. Cavabdehlər Cavabdeh2 ona whatsap və səs yazışmalarında borclu olduqları pulu hansı tarixdə ödəyəcəkələri zaman qızılın son satış qiymətinin nəzərə alınacağına dair söz versə də, lakin, üstündan 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdehlərlər bugünədək ondan almış olduqları qızılın qalıq qalmış pulunu qaytarmamışlar. Hazırda 585 əyyarlı, Türkiyyə istehsalı olan 1 qram qızılın bazar dəyəri 175 manat təşkil etdiyi üçün qalıq qalmış 12 qram qızılın pulu 2100 manat təşkil etmişdir. Keçən müddət ərzində qalıq borc olaraq 2100 manat pulun geri ödənilməsi ilə bağlı onun tərəfindən dəfələrlə Cavabdehlərə çoxsaylı müraciətlər olunsa da, lakin, hazırkı vaxta kimi qalıq borc olaraq 2100 manat pul ödənilməmiş olaraq qalmışdır. Odur ki, cavabdehlərdən 2100 manat pulun məcburi qaydada alınaraq ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər in ona qalıq borcunun 2100 manat olması barədə səs yazıları vardır. Bununla bağlı 1 ədəd DİSK-i iş matereallarına əlavə etmişdir. Cavabdehlərin yaşadığı və qeydiyyatda olduğu ünvanlarına borcla bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq heç-bir nəticə olmamışdır. Həmçinin bildirir ki, ünvan 1 ünvanında yerləşən qarışıq mallar mağazası ona məxsusdur və bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmaqla bu barədə ona X4 haqqında Şəhadətnamə verilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər, iddiaya qarşı yazılı etirazlarını və etirazını əsaslandıran sübutlarını məhkəməyə göndərməmişlər. Cavabdeh2 isə xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixlərə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, lakin, hər dəfə mülki işin baxılmasını yubadaraq işin icraatını 15 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən “qarışıq mallar“ mağazasında işləyir. Hazırkı iş üzrə cavabdehlərlər Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin iyun ayında 2100 manat dəyərində, 585 əyyarlı, Türkiyyə istehsalı olan, 21 qram çəkidə bir ədəd sep (tros) satmışdır. 2023-cü ildə qızıl bazarında 1 qram qızılın dəyəri 100 manat təşkil etdiyindən həmin sepin (trosun) qiyməti 2100 manat təşkil etmişdir. Cavabdehlər bu günədək ona olan borcundan cəmi 900 manatını qaytarmış, lakin, 1200 manatını qaytarmamışlar. Cavabdeh2 ona whatsap və səs yazışmalarında borclu qaldıqları pulu hansı tarixdə ödəyəcəkələri zaman qızılın son satış qiymətinin nəzərə alınacağına dair söz versə də, lakin, üstündan 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdehlərlər bugünədək ondan almış olduqları qızılın qalıq qalmış pulunu qaytarmamışlar. Hazırda 585 əyyarlı, Türkiyyə istehsalı olan 1 qram qızılın bazar dəyəri 175 manat təşkil etdiyi üçün qalıq qalmış 12 qram qızılın pulu 2100 manat təşkil etmişdir. Keçən müddət ərzində pulun geri ödənilməsi ilə bağlı onun tərəfindən dəfələrlə cavabdehlərlərə çoxsaylı müraciətlər olunsa da, lakin, hazırkı vaxta kimi 2100 manat pul ödənilməmiş olaraq qalmışdır. Odur ki, cavabdehlərlər dən 2100 manat pulun məcburi qaydada alınaraq ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin ona qalıq borcunun 2100 manat olması barədə səs yazıları vardır. Bununla bağlı 1 ədəd DİSK-i iş matereallarına əlavə etmişdir. Lakin, o, məhkəməyə müraciət etdikdən sonra cavabdehlər ona borclu olduğu 2100 manatdan 300 manatını ödəmişlər. Odur ki, məhkəmədən iddianın qismən təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan X5 Uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi orqanında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi (VÖEN: **********) uçotdadır. İş materiallarında olan bir ədəd CD diksdə olan səs yazılarından müəyyən olunur ki, Cavabdehlər Cavabdeh2 İddiaçı pul borcu olduqlarını etiraf edərək həmin borcunu hansı tarixdə ödəyəcəkləri zaman qızılın real bazar qiymətini nəzərə alaraq ödəyəcəklərini bildirmişdir. İş materiallarına əlavə olunmuş Ucar şəhəri 28 may küçəsində yerləşən Bazar daxili “Qızıl-zinət“ mağazaının sahibi (satıcı) X1 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda (yaşayan) olan İddiaçı şifahi müracətinə əsasən 2025-cü ilin dekabr ayına 1 qram, 585 əyarlı, Türkiyyə istehsalı qızılın bu günə bazar qiyməti 175 manat kimi qymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, məhkəmə iclasında İddiaçı cavabdehlərlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona ümumi borcdan 300 manat pul ödənildiyi üçün iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 41 manat dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, tərəflər arasındakı şifahi razılaşma əsasında iddiaçı Cavabdehlərə 2023-cü ilin iyun ayında qiyməti 2100 manat dəyərində 585 əyyarlı, Türkiyyə istehsalı, ümumi çəkisi 21 qram olan bir ədəd sepi nisyə satmışdır. Cavabdehlər ümumi borc məbləğindən 900 manat ödəniş etmişlər. Lakin, qalıq qalmış 1200 manatı hazırkı vaxtadək ödəməmişlər. 2023-cü ildə qızıl bazarında 1 qram qızılın dəyəri 100 manat təşkil etdiyindən həmin sepin (trosun) qiyməti 2100 manat təşkil etmişdir. Cavabdehlər iddiaçıya olan borcundan cəmi 900 manatını qaytarmış, lakin, 1200 manatını bugünədək qaytarmamışlar. Cavabdeh2 iddiaçıya whatsap və səs yazışmalarında borclu qaldıqları pulu hansı tarixdə qaytaracaqları zaman qızılın bazar qiymətinə uyğun son satış qiymətinin nəzərə alınacaqlarına söz versələr də, lakin, üstündan 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdehlərlər bugünədək ondan almış olduqları qızılın qalıq qalmış pulunu qaytarmamışlar. Hazırda 585 əyyarlı, Türkiyyə istehsalı olan 1 qram qızılın bazar dəyəri 175 manat təşkil etdiyi üçün qalıq qalmış 12 qram qızılın dəyəri real bazar qiymətinə uyğun olaraq mütəxəssis rəy ilə 2100 manat təşkil etmişdir. Keçən müddət ərzində qalıq borc olaraq 1200 manat pulun geri ödənilməsi ilə bağlı onun tərəfindən dəfələrlə cavabdehlərə çoxsaylı müraciətlər olunsa da, hazırkı vaxta kimi 2100 manat pul ödənilməmiş olaraq qalmışdır. İş matreallarına əlavə olunmuş bir ədəd CD diksdə olan səs yazılarından görünür ki, cavabdehlər Cavabdeh2 İddiaçı pul borcu olduqlarını etiraf edərək pulu qaytaracaqları zaman qızılın son satış qiymətinin nəzərə alaraq ödəyəcəklərini bildirmişdir. Hazırda isə məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehlər tərəfindən iddiaçıya 300 manat ödənilmişdir. Odur ki, qətnamə qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə 1800 manat və ödənilmiş dövlət rüsumuna görə 41 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçıya 300 manat ödəmələri, dəfələrlə məhkəmə iclasına gəlməmələri, iddia üzrə heçbir etirazlarını məhkəməyə bildirməmələri, cavabdehlərin iddia tələbini şəksiz qəbul etmələrinə dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin məhkəməyə təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 41 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1800 manat və ödənilmiş dövlət rüsumuna görə 41 manat olmaqla, cəmi 1841 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar