Məhkəmə qərarları › İş №2(035)-811/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-811/2025

19.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-811/2025 19.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 19 yanvar 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(035)-04/2018 saylı qətnaməsi ilə onun tərəfindən ödənilmiş iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri (X1, kodu 210005, VÖEN 140155071, Müxbir hesabı AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************) olan 300 manat və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 330 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh həmkəndlisidir. Cavabdeh 2018-ci ildə Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun torpaq sahəsindən çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli № 2(035)-04/2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnaməyə əsasən ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul ondan tutulmuşdur. Bundan sonra o, Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh verilmiş RX seriyalı ******* nömrəli çıxarış və texniki pasportun ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiası qismən təmin olunmuş və Cavabdeh adına vermiş çıxarışın 0.0782 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlak Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdehin Zərdab rayon Məhkəməsində qaldırdığı ilkin iddia əsassız olduğundan və bundan sonra cavabdehin çıxarışı ləğv olunduğundan hesab edir ki, ilkin olaraq Zərdab Rayon Məhkəməsində ödədiyi 300 manat ekspertiza pulu cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı 2023-cü ildə də eyni məzmunlu iddia ilə, yəni “maneənin aradan qaldırılması, maddi və mənəvi ziyan və dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)-306/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Həmin iddiada da, İddiaçı ekspertiza xərcinə görə 300 manat pulu tələb etmişdir və həmin hissədə iddia təmin olunmamışdır. Həmin qətnamədən tərəflər hər ikisi apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)- 306/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, hesab edir ki, iddia əsasızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa iş üzrə icraata xitam verilir. Odur ki, mülki işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında nəzərdən keçirilən mülki işin materiallarından görünür ki, hazırkı iddiaçı 2023-cü ildə də eyni məzmunlu iddia ilə, yəni “maneənin aradan qaldırılması, maddi və mənəvi ziyan və dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia Zərdab Rayon Məhkəməsinin 2(035)-306/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsiə əsasən iddia maneənin aradan qaldırılması hissəsində qismən təmin edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)- 306/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və 2(035)-811/2025 saylı mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı varsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-ci maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə hazırkı işin icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan RespublikasıMPM-nin 261,0.2, 263, 264, 267, 268-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə 2(035)-811/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar