Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-820/2025 24.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ölçü və qeydiyyat işlərinin aparılmasına cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması tələbi”nə dair mülki iş üzrə Açar sözlər: (Maneənin aradan qaldırılması) Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi X8 Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ölçü və qeydiyyar işlərinin aparılmasına cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 24 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri Azərbaycan küçəsi, ev 42 ünvanında yerləşən 690 kvadrat metr həyətyanı torpaq sahəsi üzərində, yaşayış sahəsi 60 kv.metr, qeyri yaşayış sahəsi 35 kv.metr olan fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ölçü və qeydiyyat işlərinin aparılmasına cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası xx.xx.2017-ci il tarixdə dünyasını dəyişmişdir. Atası dünyasını dəyişdikdən sonra Zərdab rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04 saylı Protokolunun 72 saylı Qərarından Çıxarışa əsasən, ünvan 1 ünvanda yaşayan mərhum atası X1 702 nömrəli texniki inventarizasiya pasportuna əsasən, 690 kv. metr torpaq sahəsindən 350 kv.metrin müddətsiz istifadə etməklə, sahəsi 60 kv.metr, qeyri yaşayış sahəsi 35 kv.metr olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evin tikintisi üçün iddiaçıya verilməsi qərara alınmışdır. Sözügedən həyətdə hazırda cavabdehlə birgə yaşayırlar. Torpaq sahəsi və həyətdəki yardımçı tikililər faktiki olaraq mövcud olsa da, hüquqi sənədi yoxdur. Buna əsasən iddiaçı Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarına ölçü və qeydiyyat işləri aparmalarına cavabdeh maneələr törətdiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edilməsi barəsində № 3-21-3-36/2-4161/2025 nömrəli məktub ünvanlayaraq imtinasını ünvan 2t Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarına ölçü və qeydiyyat işləri aparmalarına cavabdeh tərəfindən maneələr törədilməsi və mübahisənin olması ilə əsaslandırmışdır. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə təqdim olunmuş etiraz: Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ölçü və qeydiyyar işlərinin aparılmasına onun tərəfindən törənən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hesab eddir ki, iddia əsassızdır. Ona görədə rədd olunmalıdır. Belə ki, iddiaçı iddia etdiyi həyətyanı torpaq sahəsi onların mərhum atasına məxsus olmuşdur. Mərhum atası sağlığında sözügedən həyətyanı torpaq sahəsini bütövlüklə vəsiyyətnamə ilə qardaşı X2 vəsiyyət etmişdir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.6-cı maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun doğma qardaşıdır. Mərhum atası xx.xx.2017-ci il tarixdə dünyasını dəyişmişdir. Atası dünyasını dəyişdikdən sonra Zərdab rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04 saylı Protokolunun 72 saylı Qərarına əsasən, ünvan 1 ünvanda yaşayan mərhum atası X1 702 nömrəli texniki inventarizasiya pasportuna əsasən, 690 kv. metr torpaq sahəsindən 350 kv.metrin müddətsiz istifadə etməklə, sahəsi 60 kv.metr, qeyri yaşayış sahəsi 35 kv.metr olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evin tikintisi üçün ona verilməsi qərara alınmışdır. Sözügedən həyətdə hazırda cavabdehlə birgə yaşayırlar.Həyətyan torpaq sahəsi və həyətdəki yardımçı tikililər faktiki olaraq mövcud olsa da, hüquqi sənədi yoxdur. Buna əsasən Daşınmaz əmlakın üzərində mülkiyyət hüququmun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edilməsi barəsində № 3-21-3-36/2-4161/2025 nömrəli məktub ünvanlayaraq imtinasını ünvan 2t Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarına ölçü və qeydiyyat işləri aparmalarına cavabdeh tərəfindən maneələr törədilməsi və mübahisənin olması ilə əsaslandırmışdır. Hal-hazırda cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarına ölçü və qeydiyyat işləri aparmalarına maneələr törədir. Nəticədə sözügedən evin və tikililərin ölçü və qeydiyyat işlərinin aparması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı onun doğma qadaşıdır. Hesab edir ki, sözü gedən mübahisəli torpaq sahəsi onlara məxsusdur. Belə ki, iddiaçı iddia etdiyi həyətyanı torpaq sahəsi onların mərhum atasına məxsus olmuşdur. Mərhum atası sağlığında sözügedən həyətyanı torpaq sahəsini bütövlüklə vəsiyyətnamə ilə qardaşı X2 vəsiyyət etmişdir. Doğrudur iddiaçının müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən onlar buna imkan verməmişdir. Nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları ölçü və qeydiyyat işləri apara bilməmiş və çıxıb getmişlər. Hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən sözügedən həyətyanı torpaq sahəsinin bütövlükdə ölçü və qeydiyyat işləri aparılmasına etiraz etmir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında Şəadətnamədən görünür ki, X3 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan Zərdab rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04 saylı Protokolunun 72 saylı Qərarından Çıxarışa əsasən ünvan 1 ünvanda yaşayan X1 702 nömrəli texniki inventarizasiya pasportuna əsasən, istifadəsində olan 690 kv. metr torpaq sahəsindən 350 kv.metrini XDS icraiyyə komitəsinin memarlıq və tikinti işləri şöbəsi tərtib və təstiq olunmuş lahiyyə sənədlərinə əsasən müddətsiz istifadə etmək hüquqi ilə yaşayış sahəsi 60 kv.metr, qeyri yaşayış sahəsi 35 kv.metr olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evin tikintisi İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2025-ci il tarixdə iddiaçıya göndərilmiş mülkiyyət hüququnun qeydiyyata almaqdan imtina edilməsi barəsində № 3-21-3-36/2-4161/2025 nömrəli məktubdan görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsi, ev 42 ünvanında yerləşən həyətyanı torpaq sahəsi üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, araşdırma və müayinə zamanı torpaq sahəsində mübahisə olması müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrə baxılması üçün iddiaçıya məhkəməyə müraciət edilməsi tösiyyə edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası qanunun 20-ci maddəsinin 4-cü hissəsinə görə vətəndaşın əmlaka vərəsəlik hüququ qanunla təsdiq edilir və qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04 saylı Protokolunun 72 saylı Qərarından Çıxarışa əsasən, ünvan 1 ünvanda yaşamış iddiaçının mərhum atası X1 702 nömrəli texniki inventarizasiya pasportuna əsasən, 690 kv. metr torpaq sahəsindən 350 kv.metrin müddətsiz istifadə etməklə, sahəsi 60 kv.metr, qeyri yaşayış sahəsi 35 kv.metr olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evin tikintisi İddiaçı verilməsi qərara alınmışdır. Buna əsasən iddiaçı Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edilməsi barəsində № 3-21-3-36/2-4161/2025 nömrəli məktub ünvanlayaraq imtinasını ünvan 4ri aparmalarına cavabdeh tərəfindən maneələr törədilməsi və mübahisənin olması ilə əsaslandırmışdır. Hal-hazırdada cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarına ölçü və qeydiyyat işləri aparmalarına maneələr törədir. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçının üçüncü şəxslərin hüquqlarını pozmadan və hüquqdan sui-istifadəyə yol vermədən miras əmlak barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət edərək ölçü və qeydiyyat işlərini aparmaq və mülkiyyət hüququna dair çıxarış almaq hüququ vardır. Cavabdehin sözügedən ev və s. ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törətməsi qanunsuzdur və iddiaçının yuxarıda qeyd edilən hüququnun pozuntusudur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 690 kv.metr torpaq sahəsində, yaşayış sahəsi 60 kv.metr və qeyri yaşayış sahəsi 35 kv.metr olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən ölçü və qeydiyyat işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-820/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-820/2025
24.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver