Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-821/2025 17.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borc tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Hüseyinzadə Natiq Hüseyin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə-alqı satqı əsasında yaranmış borca görə 1870 manat pulun və ödənilmiş 39 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Zərdab şəhəri, Dədə Qorqud adlanan ərazidə yerləşən qarışıq mallar mağazısının sahibidir. Cavabdehlə onun arasında xx.xx.2025-ci il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müqavilələr bağlanmışdır. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən dəyəri 1100 manat olan bir ədəd “İndesit” markalı soyuducu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1000 manat olan bir ədəd paltaryuyan və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 700 manat olan bir ədəd soyuducu cavabdehə nisyə olaraq satılmışdır. Hər üç müqavilə öhdəlikləri üzrə cavabdehin ümumilikdə 1870 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdehdən yaranmış borcunu ödəməsini tələb etsə də, müraciətlərinə heç bir cavab verilməmişdir. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışmış, buna əsasən cavabdehin qeydiyyatda olduğu ünvana pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsi üçün 3 iş günü müəyyən etsə də, cavabdeh onun məktubuna heç bir cavab verməmişdir. Buna əsasən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o Zərdab şəhəri, Dədə Qorqud adlanan ərazidə yerləşən qarışıq mallar mağazısının sahibidir. Cavabdehlə onunun arasında xx.xx.2025-ci il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müqavilələr bağlanmışdır. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən dəyəri 1100 manat olan bir ədəd “İndesit” markalı soyuducu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1000 manat olan bir ədəd “ECE” markalı paltaryuyan və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 700 manat olan bir ədəd “İndesit” markalı soyuducunu cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satmışdır. Hər üç müqavilə öhdəlikləri üzrə cavabdehin ümumilikdə 1870 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehdən yaranmış borcunun ödəməsini tələb etsə də, müsbət nəticə əldə olunmamışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək edərək izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqavilələrə əsasən o iddaçıdan iki ədəd “İndesit” markalı soyuducu və bir ədəd “ECE” markalı paltaryuyan almışdır. Müqavilələr üzrə ilkin ödənişlər etmiş və hər ay az-az ödənişlər etmişdir. Hər üç müqavilə öhdəlikləri üzrə iddiaçıya ümumilikdə 930 manat pul ödəmişdir. Hazırda 1870 manat ödənilməmiş borcu vardır. Maddi imkanı çətin olduğu üçün ödəniş etməmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1000 manat dəyərində 1 ədəd “ECE” markalı paltaryuyan satılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 700 manat dəyərində 1 ədəd “İndesit” markalı soyuducu satılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli nisyə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1100 manat dəyərində 1 ədəd “İndesit” markalı soyuducu satılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə 39 manat dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahtaları və tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1000 manat dəyərində 1 ədəd “ECE” markalı paltaryuyanı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 700 manat dəyərində 1 ədəd “İndesit” markalı soyuducunu və xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1100 manat dəyərində 1 ədəd “İndesit” markalı soyuducunu cavabdeh iddiaçıdan nisyə almışdır. Cavabdeh tərəfindən iddiaçıya dəyəri 1000 manat olan 1 ədəd “ECE” markalı paltaryuyana görə ümumilikdə 610 manat ödənilmiş, 390 manat borc qalmış, dəyəri 700 manat olan 1 ədəd “İndesit” markalı soyuducuya görə 220 manat ödənilmiş, 480 manat borc qalmış və dəyəri 1100 manat olan 1 ədəd “İndesit” markalı soyuducuya görə 100 manat ilkin ödəniş edilmiş, 1000 manat borc qalmışdır. Hər üç müqavilə üzrə cavabdeh tərəfindən iddaçıya cəmi 930 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehdən qalıq borcun ödənilməsi tələb etsə də, o, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd “ECE markalı” paltaryuyan üçün ödənilməmiş hissə üzrə 390 manat, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd “İndesit” markalı soyuducu üçün ödənilməmiş hissə üzrə 480 manat, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd İndesit markalı soyuducu üçün ödənilməmiş hissə üzrə 1000 manat, cəmi 1870 manat və ödənilmiş dövlət rüsumuna görə 39 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin məhkəməyə təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd “ECE markalı” paltaryuyan üçün ödənilməmiş hissə üzrə 390 manat, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd “İndesit” markalı soyuducu üçün ödənilməmiş hissə üzrə 480 manat, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd İndesit markalı soyuducu üçün ödənilməmiş hissə üzrə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 39 manat, cəmi 1909 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-821/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-821/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver