Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-83/2025 25.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 25 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 6600 manat maddi ziyanın, həmin pula görə götürdüyü bank kreditinə görə ödədiyi 1400 manat faiz pulunun, cəmi 8000 manat ziyanın və 51 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tamah niyyəti ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bir neçə şəxsin,o cümlədən onun 6600 manat məbləğində pulunu ələ keçirib mənimsədiklərinə görə CM-nin 178.2.1,178.2.2 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdilər.Cavabdeh1 pulu ondan şəxsən alsada cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.İbtidai araşdırma zamanı cavabdehlər qanunsuz əməllərini etiraf etmişdilər.Cavabdehlərə verdiyi pul onda nəğd şəkildə olmadığından o, bankdan krediti götürməyə məcbur olmuş və buna görə də cavabdehlərə verdiyi 6600 manat puldan əlavə banka faizlərə görə 1400 manat pul ödəmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya etiraz: Cavabdeh1 iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 6600 manat maddi ziyanın, həmin pula görə götürdüyü bank kreditinə görə ödədiyi 1400 manat faiz pulunun, cəmi 8000 manat ziyanın və 51 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin İddiaçı bundan öncə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 6600 manat maddi ziyanın, həmin pula görə götürdüyü bank kreditinə görə ödədiyi 1400 manat faiz pulunun, cəmi 8000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərdab rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(035)-304/2023 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-906/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş Zərdab rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(035)-304/2023 saylı qiyabi qətnaməsi ləğv olunmuşdur.Buna əsasən məhkəmədən iddianın ona aid hissədə rədd olunmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, nə də ki, iddiaya qarşı öz etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlər tamah niyyəti ilə onun etibarından sui-istifadə edərək 6600 manat məbləğində pulunu ələ keçirib mənimsəmişlər. Belə ki, cavabdehlər onun oğlunu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X4 Xidmətinin Zərdab rayon X2 yanğın söndürən vəzifəsinə işə düzəldəcəkləri səbəbi ilə onun ümumilikdə 6600 manat pulunu almışlar. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehlər tamah niyyəti ilə onun etibarından sui-istifadə edərək onu aldatmışlar. Cavabdehlərə verdiyi pul onda nəğd şəkildə olmadığından o "xxxx" ASC-nin Zərdab rayon filialına müraciət edərək ona kredit verilməsini xahiş etmişdir.Müraciəti əsasında xx.xx.2019-cu il tarixində ona 4700 manat kredit verilmişdir.Həmin kredit borcuna görə 1400 manat əlavə faiz ödəmişdir.Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, oda iddiaçı kimi zərərçəkəndir.Belə ki,hazır ki,iş üzrə cavabdehlər onuda aldadaraq övladı X3 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X4 Xidmətinin Zərdab rayon X2 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verərək onunda 4000 manat pulunu mənimsəmişdilər.Hələdə cavabdehlərdən 4000 manat pulunu ala bilməmişdir.İddiaçı 6600 manat pulu oğlunu Fövqaladə Hallar Nazirliyi X4 Xidmətinin Zərdab rayon X2 işə düzəlməsi məqsədilə vermiş və bununlada o, bir qrup dələduzun qurbanı olmuşdur. O digər şəxslərdən, o cümlədən hazırki iddiaçıdan həmin iş üzrə təqsirləndirilən şəxslərə çatdırmaq üçün pul alarkən nə özünün, nə də onların aldadıldığından məlumatlı olmamışdır. Eyni zamanda bildirir ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-906/2024 saylı qətnaməsinə əsasən Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh1 qarşı 8000 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.Odur ki, hesab edir ki, iddia ona aid olan hissədə əsassızdır. Ona görə də, məhkəmədən iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09. 2020-ci il tarixli 1(004)-111/2020 saylı hökmünün surətindən görünür ki, dələduzluq etdiklərinə görə Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikasının CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cavabdeh1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmış və hərəkətlərində dələduzluq halı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Kapital Bank ASCnin Zərdab Rayon filialı tərəfindən İddiaçı adına xx.xx.2019-cu il tarixinə 060/0036462/000A saylı kredit müqaviləsi üzrə 4700 manat kredit rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-906/2024 saylı qətnaməsinin surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh1 qarşı 8000 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə görə Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tamah niyyəti ilə iddiaçının etibarından sui-istifadə edərək 6600 manat məbləğində pulunu ələ keçirmişdir. Belə ki, cavabdehlər iddiaçının oğlunu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X4 Xidmətinin Zərdab rayon X2 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair vəd versələrdə lakin vədlərinə əməl etməmişdilər.Buna əsasən həmin şəxslər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09. 2020-ci il tarixli 1(004)-111/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Digər Cavabdeh1 isə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmış, hərəkətlərində dələduzluq aşkar edilməmişdir.Məhkəmə bildirir ki,iddiaçının zərərçəkən şəxs olması və ona maddi ziyan dəyməsi məsələnin mübahisəsiz hissəsidir. Belə ki,sözü gedən hökmdən məlum olur ki,cavabdehlər etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X6 və Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin Zərdab rayon X2 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 30 may 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən FHN-nin Tibb Xidmətinin Xüsusi X1 inzibati binasının qarşısında 4500 manatı və həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şosesi 3cü km ünvanında 1500 manatı Cavabdeh1 vasitəsi ilə,11 iyun 2019-cu il tarixdə Binəqədi rayonu Adil Məmmədov 99 ünvanında yerləşən “Şah” hamamının qarşısında 600 manat olmaqla İddiaçı məxsus ümumilikdə 6600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncu İddiaçı xeyli miqdarda maddi ziyan vurulmaqla dələduzluq etmişdirlər.Eyni zamanda həmin hökmdən və iş materiallarından iddiaçıya dəymiş maddi ziyanlığın ödənilmədiyi müəyyən olunur.Eyni zamanda məhkəmə qeyd edir ki,iş materiallarına əlavə olunmuş kredit müqaviləsindən məlum olur ki,xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin “Zərdab rayon filialı” tərəfindən 060/0036462/000A saylı kredit müqaviləsinə əsasən 4700 manat kredit verilmişdir.İddiaçının cavabdehlərə 4500 manat pul verməsi isə 30.05 2019-cu il tarixinə təsadüf etməsi səbəbi ilə məhkəmə bildirir ki,iddiaçının iddia ərizəsində və məhkəmə zalında verdiyi izahatlarında “kredit götürüb cavabdehlərə verməsi” həqiqəti əks etdirir.Buna əsasən məhkəmə bildirir ki,kredit müqaviləsinə əsasən hesablanmış bank faizləridə cavabdehlərin hərəkət və ya hərəkətsizliyindən əmələ gəldiyindən həmin faizlərdə cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir.Eyni zamanda məhkəmə bildirir ki,cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə prosesində iştirak etmədiyindən və iddiya dair yazılı və şifahi mülahizələrini təqdim etmədiyindən məhkəmə yalnız iddiaçının və məhkəmə prosesində iştirak edən digər cavabdehin təqdim etdiyi və məhkəmə iclasında verdiyi izahatları tədqiq edərək onların əsasında hüquqi fikir formalaşdırır. Cavabdeh1 etirazına münasibətdə isə məhkəmə bildirir ki,etiraz əsaslıdı və qəbul olunmalıdır.Belə ki,iş materiallarındanda müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-906/2024 saylı qətnaməsinə əsasən Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh1 qarşı 8000 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.Məhkəmə bildirir ki,eyni iddia predmeti üzrə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktın olması etirazın əsaslarını təşkil edir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia Cavabdeh1 nisbətdə təmin edilməməli digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nisbətdə isə qismən təmin olunmalı və 8000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərzəsinin məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəsədə lakin iddia ərizəsində yalnız 51 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etdiyindən həmin pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. İddia Cavabdeh1 nisbətdə rədd olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 maddi ziyana görə 6600 manat, faiz borcuna görə 1400 manat olmaqla 8000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 51 manat olmaqla cəmi 8051 manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-83/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-83/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver