Məhkəmə qərarları › İş №2(035)-863/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-863/2024

27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-863/2024 27.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş pulun reqres qaydasında geri alınması tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş pulun reqres qaydasında geri alınması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 27 dekabr 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə Bank Respublika ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003CASA193250007 saylı kredit müqaviləsi üzrə zamin kimi ödədiyi 2823.33 manat pulun və ödənilmiş 49 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə əvvəllər dostluq münasibəti olduğu üçün cavabdeh ona müraciət edərək Bank Respublika ASC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. O, xx.xx.2019-cu il tarixdə cavabdehlə Bank Respublika ASC arasında bağlanmış 003CASA193250007 saylı kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh bir müddət öhdəliklərini icra etsədə, lakin, sonradan öhdəliklərinin icrasından boyun qaçırmış və bu səbəbdən bank kreditin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddia tam təmin olunaraq Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-679/2020 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003CASA193250007 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada əsas borca görə 2705.36 manat, faizə görə 555.25 manat, penyaya görə 34.66 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 3325.27 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və bu məqsədlə ona heç bir köməklik göstərməmişdir. Zərdab rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)- 679/2020 saylı qətnaməsi icra və probasiya şöbəsin yönəldilmiş və icra vərəqəsinə əsasən onun əmək haqqısından tutulmalar olmuşdur. İddiaçı banka olan borcunu bugünə tam şəkildə ödəmişdir. Bundan sonra cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında dostluq münasibətim olduğu üçün cavabdeh iddiaçıya müraciət edərək Bank Respublika ASC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlə Bank Respublika ASC arasında bağlanmış 003CASA193250007 saylı kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh bir müddət üzərinə düşən öhdəliklərini icra etsədə, lakin, sonradan öhdəliklərinin icrasından boyun qaçırmış və bu səbəbdən bank kreditin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-679/2020 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003CASA193250007 saylı kredit müqaviləsi ləğv edilmiş və cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada əsas borca görə 2705.36 manat, faizə görə 555.25 manat, penyaya görə 34.66 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 3325.27 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və iddiaçıya heç bir köməklik göstərməmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-679/2020 saylı qətnaməsi icra olunması üçün icra və probasiya şöbəsin yönəldilmiş və icra vərəqəsinə əsasən iddiaçının əmək haqqısından tutulmalar olmuşdur. İddiaçı banka olan borcunu bugünə tam şəkildə ödəmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, iddiaçı hazırda iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-679/2020 saylı qətnaməsinin təstiq olunmuş surətindən görünür ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003CASA193250007 saylı kredit müqaviləsi ləğv edilməsi və Cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada əsas borca görə 2705.36 manat, faizə görə 555.25 manat, penyaya görə 34.66 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 3325.27 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh təqdim olunmuş xx.xx.2024-cü il tarixli 484 nömrəli arayışdan görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-679/2020 saylı qətnaməsi üzrə 3325.27 manat borc, güzəşt edilməklə 2823.33 manat Cavabdeh tutularaq banka ödənilmişdir. Hal-hazırda qətnamə üzrə borcluların "xxxx" ASC qarşısında heç-bir öhdəlikləri qalmadığı bildirilmişdir. İşdə olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ümumilikdə 49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işüzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, tərəflərin əvvəllər dostluq münasibətim olduğu üçün cavabdeh iddiaçıya müraciət edərək Bank Respublika ASC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlə Bank Respublika ASC arasında bağlanmış 003CASA193250007 saylı kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh bir müddət öhdəliklərini icra etsədə, lakin, sonradan öhdəliklərinin icrasından boyun qaçırmış və bu səbəbdən bank kreditin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-679/2020 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003CASA193250007 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada əsas borca görə 2705.36 manat, faizə görə 555.25 manat, penyaya görə 34.66 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 3325.27 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və bu məqsədlə ona heç bir köməklik göstərməmişdir. Zərdab rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-679/2020 saylı qətnaməsi icra və probasiya şöbəsinə yönəldilmiş və icra vərəqəsinə əsasən onun əmək haqqısından tutulmalar olmuşdur. İddiaçı banka olan borcunu bugünə tam şəkildə ödəmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatına və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və iddiaçının nümayəndəsinin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi zərərə görə ümumilikdə 2823.33 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 49 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2823.33 manat və ödənilmiş dövlət rüsumun görə 49 manat, cəmi 2872.33 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar