Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-9/2024 18.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı “pul tələbinə” dair mülki işüzrə (Açar sözlər:Pul tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı X2 Cavabdeh iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh və Xalq Sığorta ASC-nə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 18 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh və Xalq Sığorta ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Santa FE minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 6315 manat pulun, avtomobilini yaşadığı yerə gətirilməsinə görə ödədiyi 200 manat pulun, maşından istifadə etmədiyi müddətdə iş yerinə və digər yerlərə getmək üçün taksilərdən istifadə etdiyi 300 manat pulun və əlavə olaraq məhkəmə xərcləri olmaqla, cəmi 7000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Xalq Sığorta ASC-nin dəymiş ziyanla bağlı 1500 manat ödəniş etdiyi üçün cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, Santa FE minik markalı avtomobillə dostları ilə birlikdə Zərdab- Mollakənd yolunun təxminən 2-ci kilometrliyində, yolun sol tərəfində olan “Samovar çay evinə" çay içmək üçün getmiş və həmin vaxt iddiaçı avtomobili çay evinin qarşısındakı avtomobillərin dayanacağında saxlamışdır. Çayxanada təxminən 20 dəqiqə ərzində çay içdikdən sonra, yəni saat təxminən 21:20 radələrində çöldə möhkəm avtoqəza səsi eşidib hamı ilə birlikdə çölə qaçmış və çölə çıxdıqda isə **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobilin iddiaçının avtomobili ilə toqquşduğunu, zərbənin təsirindən sağda dayanmış Hundai Santafe markalı, həmin avtomobil ilə dayanmış digər iki avtomobilə dəydiyini, yəni zəncirvari qəza nəticəsində **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobildən əlavə 4 avtomobilin bir-birinə dəyib əzildiyini görmüşdür. Həmin vaxt ora çoxsaylı şəxslər toplaşdığından sürücünü dəqiq görə bilmədiyini, lakin, sonradan qəza etmiş avtomobilin sahibi Zərdab rayon Yuxarı Seyidlər kənd sakini hazırki iş üzrə cavabdeh X1 olduğunu bilmişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsinin səbəbi həmin vaxt avtomobili idarə etmiş Cavabdeh həm avtomobili alkoqol və ya narkotik vasitəsin təsiri altında sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etməsi olmuşdur.Nəticədə isə cavabdeh idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 280 minik markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə onun təqsiri ucbatından ona məxsus olan avtomobili tamamilə istifadəyə və təmirə yararsız vəziyyətə düşmüşdür. Göründüyü kimi cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində ona və həmin vaxt orada olmuş digər avtomobil sahiblərinə külli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh əməli Azərbaycan Respublikası İXM-nin 327,2, 328.1 və 333.3-cü maddələrinin təsiri atlına düşdüyündən onun barəsində həmin maddələrə əsasən inzibati tədbir görülməsi üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı, 14.06. 2023-cü il tarixli Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçının avtomobilinə vurulmuş ziyanla bağlı Bakı şəhəri Nəsimi rayonunda yerləşən "xxxx" Avtoservis Firmasına etdiyi müraciətinə əsasən Santa FE minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı, 2009-cu buraxlış ili olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə nəqliyyat vastəsinə firma tərəfindən texniki baxış keçirilmiş və baxış zamanı dəymiş ziyanın məbləği cəmi, 6680 manat təşkil etməsi müəyyən etməklə bu barədə 28.04. 2023-cü il tarixdə Qüsur Aktı tərtib olunmuşdur. İddiaçı cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, Santa FE minik markalı avtomobillə dostları ilə birlikdə Zərdab-Mollakənd yolunun təxminən 2-ci kilometrliyində, yolun sol tərəfində olan “Samovar çay evinə" çay içmək üçün getmiş və həmin vaxt o, avtomobili çay evinin qarşısındakı avtomobillərin dayanacağında saxlamışdır. Çayxanada təxminən 20 dəqiqə ərzində çay içdikdən sonra, yəni saat təxminən 21:20 radələrində çöldə möhkəm avtoqəza səsi eşidib hamı ilə birlikdə çölə qaçmış və çölə çıxdıqda isə **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobilin onun avtomobili ilə toqquşduğunu, zərbənin təsirindən sağda dayanmış Hundai Santafe markalı, həmin avtomobil ilə dayanmış digər iki avtomobilə dəydiyini, yəni zəncirvari qəza nəticəsində **- OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobildən əlavə 4 avtomobilin bir-birinə dəyib əzildiyini görmüşdür. Həmin vaxt oraya çoxsaylı şəxslər toplaşdığından sürücünü dəqiq görə bilmədiyini, lakin, sonradan qəza etmiş avtomobilin sahibi Zərdab rayon Yuxarı Seyidlər kənd sakini hazırki iş üzrə Cavabdeh olduğunu bilmişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsinin səbəbi həmin vaxt avtomobili idarə etmiş Cavabdeh həm avtomobili alkoqol və ya narkotik vasitəsin təsiri altında sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etməsi olmuşdur.Nəticədə isə cavabdeh idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 280 minik markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə cavabdehin təqsiri ucbatından ona məxsus olan avtomobili tamamilə istifadəyə və təmirə yararsız vəziyyətə düşmüşdür. Göründüyü kimi cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində ona və həmin vaxt orada olmuş digər avtomobil sahiblərinə külli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh əməli Azərbaycan Respublikası İXM-nin 327,2, 328.1 və 333.3-cü maddələrinin təsiri altına düşdüyündən onun barəsində həmin maddələrə əsasən inzibati tədbir görülməsi üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı, 14.06. 2023-cü il tarixli Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçının avtomobilinə vurulmuş ziyanla bağlı Bakı şəhəri Nəsimi rayonunda yerləşən "xxxx" Avtoservis Firmasına etdiyi müraciətinə əsasən Santa FE minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı, 2009-cu buraxlış ili olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə nəqliyyat vastəsinə firma tərəfindən texniki baxış keçirilmiş və baxış zamanı dəymiş ziyanın məbləği cəmi, 6680 manat təşkil etməsi müəyyən etməklə bu barədə 28.04. 2023cü il tarixdə Qüsur Aktı tərtib olunmuşdur. İddiaçı cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, idarə etdiyi Mercedes Benz E280 Minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Mollakənd yolunun 3-cü kilometrliyində hərəkətdə olarkən ondan qarşı tərəfdə hərəkətdə olan nömrəsini xatırlamadığı Mercedes markalı avtomobil yolun sağında olan yol ayrıcına sağa dönmə işıq siqnalını yandırıb sağa dönmək istədiyi üçün həmin avtomobili sol tərəfdən ötüb keçmək istəmiş, lakin, həmin vaxt yol yaş olduğundan və asfalt bir qədər palçıqlı olduğundan ötmə əməliyyatı zamanı idarəetməni itirərək yolun kənarında yerləşən Ehtiram adlı şəxsin çayxanasının qarşısında dayanan avtomobillərlə toqquşmuşdur. Hadisə zamanı həm öz avtomobili, həmdə digər avtomobillərə maddi ziyan dəymişdir. Avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən iddaçıya 1500 manat pul ödənilmişdir. Əməlində cinayət tərkibi olmadığı üçün barəsində Zərdab rayon Polis Şöbəsində aparılan araşdırmanın yekunu olaraq cinayət işinin başlanması rədd olunmuş, lakin, hadisəyə görə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı, 14.06. 2023-cü il tarixli Qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, iddiaçıya Sığorta şirkəti tərəfindən ödənilən 1500 manat pul nəzərə alınmaqla ümumi borcdan çıxarılmalıdır. Hazırda iddiaçıya tələb olunan məbləği ödəmək imkanı yoxdur. Odur ki, iddianı qismən təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı, 14.06. 2023-cü il tarixli X8 Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7049/2023 saylı rəyindən görünür ki, "xxxx" Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı, Santa FE minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5920 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, X5 tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncüşəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncüşəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşərait yaratması nəzərə alınmalıdır. 1096.1,1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatı ilə yanaşı, işdə olan X8 qərardan və məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7049/2023 saylı rəyi ilə müəyyən olundu ki, 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində iddiaçı Zərdab- Mollakənd yolunun təxminən 2-ci kilometrliyində, yolun sol tərəfində olan “Samovar çay evi nə" çay içmək üçün çay evinin qarşısındakı avtomobil dayanacağında saxladığı zaman Cavabdeh idarə etdiyi Mercedes Benz E280 Minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus 2009-cu il buraxılışlı Santa FE minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı minik maşınını vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil əzilmiş və iddiaçıya ümumilikdə 6315 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında ona 6315 manat məbləğində ziyan dəydiyini iddia etsədə, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7049/2023 saylı rəyi ilə iddiaçıya dəyən ziyanın 5920 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə iclasında tərəflərin verdiyi ifadələrindən məlum olmuşdur ki, iddiaçıya 1500 manat sığorta haqqı ödənilmişdir. Odur ki, 1500 manat pul iddia tələbindən çıxarılmalı və iddia tələbinin qalan hissəsi isə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iddiaçının izahatına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7049/2023 saylı rəyinə və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və tərəflərin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində avtomobilini yaşadığı yerə gətirilməsinə görə ödədiyi 200 manat pulun iş yerinə və digər yerlərə getmək üçün taksilərə 300 manat pul xərclədiyini iddia etsədə, lakin, bununla bağlı iddiaçı məhkəmyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə ümumilikdə 4420 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı X5 tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 90 manat pul cavabdehdən tutularaq iddiaçıya, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 4420 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 90 manat, cəmi 4510 manat pul tutularaq iddiaçı X4 ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-9/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-9/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver