Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-903/2025 21.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Açar sözlər: (Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rafayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 21 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3300 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 54 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin may ayında tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıdan qaytarmaq şərtilə borc pul istəmişdir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda, ümumilikdə 3300 manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıya olan borcunu razılaşdıqları vaxtda qaytarmasına söz versədə, lakin, verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi 3300 manat məbləğində pulunu geri qaytarmamışdır. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu etiraf etsədə, lakin, geri qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehə 2025-ci ilin may ayında ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və bu baxımdan ona köməklik etməyini ondan xahiş etmiş, ondan alacağı 3300 manat məbləğindəki pulu vaxtında qaytaracağını bildirmişdir. Cavabdehin əminliklə verdiyi bu sözə inandıqdan sonra, o, ilkin olaraq cavabdehə məxsus "xxxx" ASC-nin hesabında olan 4169******9137 nömrəli kart vasitəsilə 1500 manat, 200 manat və "xxxx" ASC-nin hesabında olan 4098******5118 nömrəli kart vasitəsilə 1600 manat göndərmişdir. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu 3300 manat pulu qaytarmamışdır. Onun tərəfindən cavabdehə borcla bağlı çoxlu sayda zənglər edib iradlarını bildirmək istədikdə, cavabdeh ona borclu olduğunu etiraf edərək qaytaracağını bildirsədə, müxtəlif bəhanələr gətirərək bugünədək borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin keçən müddət ərzində ona borclu olduğı 3300 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək iddianı etiraf etdiyini bildirərək, iddiaçıya borclu olduğu 3300 manat məbləğində pulu maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün birdəfəyə ödəyə bilməmişdir. Odur ki, iddiaçıya olan borcu ödəməyə razıdır və gələcəkdə hissə-hissə ödəyəcəyəni bildimişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin hesabında olan 4169******9137 nömrəli kart vasitəsilə 1500 və 200 manat pul göndərmişdir. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin hesabında olan 4098******5118 nömrəli kart vasitəsilə 1600 manat pul göndərmişdir. İş matereallarına əlavə olunmuş Diskdə olan səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı pul borcunun olduğunu etiraf etmiş, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, 2025-ci ilin may ayında tərəflər arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh iddiaçıdan qaytarmaq şərtilə 3300 manat məbləğində borc pul istəmişdir. İddiaçı cavabdehə məxsus "xxxx" ASC-nin hesabında olan 4169******9137 nömrəli kart vasitəsilə 1500 manat, 200 manat və "xxxx" ASC-nin hesabında olan 4098******5118 nömrəli kart vasitəsilə 1600 manat göndərmişdir. Lakin, cavabdeh verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi 3300 manat məbləğində pulunu geri qaytarmamışdır. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə iddiaçıdan borc olaraq almış olduğu pulu etiraf etsədə, bugünədək qaytarmamışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 3300 manat pul və dövlət rüsumuna görə ödənilmiş 54 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 54 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 3300 manat və dövlət rüsumuna görə ödənilmiş 54 manat, cəmi 3354 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-903/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-903/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver