Məhkəmə qərarları › İş №2(035)-91/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-91/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-91/2025 17.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 17 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 40 manat, cəmi 2040 manat pulun cavabdehdən məcburi olaraq alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2022-ci ildə cavabdehə məxsus Zərdab rayon Körpükənd kəndi ərazisində yerləşən 13 ha çöl torpaq sahəsini hər ay 220 manat olmaqla 03 il müddətinə icarəyə götürmüş və buna əsasən ümumilikdə birdəfəlik 8500 manat icarə haqqı ödəmişdir.Lakin, sözügedən torpaq sahəsi yararsız olduğuna görə istifadə edə bilmədiyi üçün, o, cavabdehlə razılaşaraq sözügedən torpaq sahəsini 2 il müddətinə 4000 manata cavabdehə icarəyə vermişdir. Cavabdeh 4000 manat icarə pulunun 2000 manatını ödəsədə, lakin, qalıq borcu olaraq 2000 manat pulunu bir ay sonra verəcəyini bildirmişdir. Cavabdeh bu günədək ona borclu olduğu 2000 manat pulu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borclu qaldığı 2000 manat pulu tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmənin hazırlıq və baxış iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini, hazırda iddiaçıya heç-bir borcu olmadığını və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2022-ci ildə tanış olmuşdur. Belə ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən Zərdab rayon Körpükənd kəndi ərazisində yerləşən cavabdehə məxsus 13 ha çöl torpaq sahəsini hər ay 220 manat olmaqla 03 il müddətinə icarəyə götürməklə ümumilikdə 8500 manat məbləğində icarə haqqı ödəmişdir. Lakin, sözügedən torpaq sahəsi yararsız olduğuna görə istifadə edə bilmədiyi üçün, o, cavabdehlə razılaşaraq sözügedən torpaq sahəsini 2 il müddətinə 4000 manata cavabdehə icarəyə vermişdir. Cavabdeh 4000 manat icarə pulun 2000 manatını ödəsədə, lakin, qalıq 2000 manat borcu bir ay sonra verəcəyini bildirmişdir. Lakin, cavabdeh bugünədək ona borclu olduğu 2000 manat pulu qaytarmamışdır. Cavabdehə borcla bağlı çoxlu sayda zənglər edərək iradlarını bildirmək istədikdə, cavabdeh ona 2000 manat məbləğində borcu olduğunu etiraf etsədə, lakin müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin keçən müddət ərzində ona borclu olduğu 2000 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki,cavabdeh özü könüllü olaraq borcu qaytarmaq fikirində deyil.Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli razılaşmadan müəyyən olunur ki, cavabdeh və cavabdehin ailə üzvülərinə məxsus 13 ha pay torpaq sahəsini, İddiaçı 8500 manat pulun müqabilində 3 il müddətinə icarəyə verilmişdir. İşdə olan DİSK-dəki səs yazısından görünür ki, cavabdehin iddiaçıya 2000 manat məbləğində pul borcu olması öz təstiqini tapmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 40 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyekdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqıödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinəəsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinəəsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, iddiaçı 2022-ci ildə cavabdehə məxsus Zərdab rayon Körpükənd kəndi ərazisində yerləşən 13 ha çöl torpaq sahəsini hər ay 220 manat olmaqla 03 il müddətinə icarəyə götürmüş və buna əsasən ümumilikdə birdəfəlik 8500 manat icarə haqqı ödəmişdir. Lakin, sözügedən torpaq sahəsi yararsız olduğuna görə istifadə edə bilmədiyi üçün, o cavabdehlə razılaşaraq sözügedən torpaq sahəsini 2 il müddətinə 4000 manata cavabdehə icarəyə vermişdir.Cavabdeh icarə haqqının 2000 manatını ödəsədə lakin qalan 2000 manatı ödəməkdən imtina etmişdir. Məhkəmə bildirir ki,icarə şərtləri və məbləği barədə tərəflər arasında rəsmi müqavilə olmasada lakin iş materiallarına əlavə olunmuş 2 ədəd səs yazısında işin mahiyyəti məlum olur və həmin səs yazılarına əsasən məsələyə hüquqi qiymət vermək mümkündür. Bundan əlavə olaraq məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki,cavabdeh səs yazısının ona məxsus olub-olmamasını mübahisələndirməmiş və ümumiyyətlə məhkəmə prosesində iştirak etmədiyindən səs yazısına münasibət bildirməmişdir. Ümumilikdə isə məhkəmə hesab edir ki,səs yazısı işin obyektiv həlli üçün yeganə sübut olduğundan mötəbər qəbul olunmalı və mübahisənin həllində istifadə olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən 2000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinəəsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 40 manat məbləğində pulda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 2000 manat, dövlət rüsumuna görə 40 manat, cəmi 2040 mana pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar