Məhkəmə qərarları › İş №2(035)-93/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-93/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-93/2024 23.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi Nümayəndə1 Kamaləddin qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 23 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borca görə 5000 manat və dövlət rüsumu olaraq ödədiyi 70 manat, cəmi 5070 mamnat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər həmkəndli olmaqla normal münasibətləri olmuşdur. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən 2023-cü ilin mart ayının axırlarında üç günə qaytarmaq şərtilə iddiaçı cavabdehə 5000 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh iddiaçının verdiyi 5000 manat borc pulu iddiaçıya geri qaytamaqdan imtina etmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək verdiyi nəğd pul məbləğini geri qaytarmasını xahiş etsədə müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər öz aralarında olan şifahi razılaşmaya əsasən 2023-cü ilin mart ayında iddiaçı cavabdehə nəğd olaraq 5000 manat məbləğində borc pul vermişdir. Lakin, iddiaçı cavabdehə dəfələrlə müraciət edərək 5000 manat verdiyi pulu geri qaytarmasını xahiş etsədə müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə gedişində cavabdehin iddiaçıya borclu olduğu 5000 manatdan 1000 manatını qaytarmış, lakin, qalıq borcu olan 4000 manatını hələ bugünədək qaytarmamışdır. Odur ki, o, hesab edir ki, cavabdehin iddiaçıya borc qalığı olaraq borclu olduğu 4000 manat pulun, cavabdehdən alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 Kamaləddin qızı izahatında göstərmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən 2023-cü ilin mart ayında iddiaçı cavabdehə nəğd olaraq 5000 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdehin iddiaçıya borclu olduğu 5000 manatdan 1000 manatını ödəmişdir. Odur ki, cavabdehin bu günə iddiaçıya cəmi 4000 manat borcu qalmışdır. Hesab edir ki, cavabdehin imkanı olan kimi iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 70 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan iddiaçının nümayəndəsi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, məhkəmə gedişində cavabdeh tərəfindən iddiaçıya 1000 manat ödənildiyini və hazırda cavabdehdən 4000 manat pulun tutulmasını xaiş etdiyini bildirmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən 2023-cü ilin mart ayında iddiaçı cavabdehə üç günə qaytarmaq şərtilə nəğd olaraq ümumilikdə 5000 manat məbləğində borc pul vermişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək 5000 manat verdiyi pulu geri qaytarmasını xahiş etsədə müsbət nəticə əldə edə bilməmişdir. Lakin, məhkəmə gedişində cavabdehin iddiaçıya borclu olduğu 5000 manatdan 1000 manatını qaytarmış, qalıq borcu olan 4000 manatını hələ bugünədək qaytarmamışdır. Odur ki, iddiaçı iddiaının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 4070 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar