Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-940/2025 19.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı Cavabdeh Əbülfəs oğluna qarşı “600 manat borc pul və 20 manat dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh Əbülfəs oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əbülfəs oğlunun ondan aldığı 600 manat pulun və 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi ərizənin forma və məzmununa riayət edilməmiş, iddia ərizəsində cavabdehin ata adı yanlış olaraq göstərilmiş, bundan əlavə iddiaçı həm özünün, həm də cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları ərizəyə daxil etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia ərizəsində cavabdeh şəxs kimi göstərilən Cavabdeh ata adının Əbülfəs deyil, Əbülqasım olduğu və Cavabdeh portal məlumatlarında qeydiyyat ünvanının ünvan 1 və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Belə olan halda iddiaçı iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci madəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, məhkəməyə verilmiş iddia ərizəsi geri qaytarılmalı, İddiaçı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ və cavabdehin rəsmi qeydə alındığı yer üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalı, həmçinin iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “600 manat borc pul və 20 manat dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi üzrə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 30 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-940/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-940/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver