Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-941/2025 13.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Açar sözlər:(Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 13 yanvar 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4200 manat və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4262 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus torpaq sahəsində tərəvəz məhsulları (xiyar, pomidor, lobya və s.) yetişdirərək bazarda satmaqla məşğul olmuşdur. İddiaçı cavabdehlə 2024-cü ilin may ayında tərəvəz məhsullarını Bakı şəhərində yerləşən “8-ci kilometr” bazarında satarkən tanış olmuşdur. Tərəflər öz aralarında razılaşaraq cavabadeh aldığı tərəvəz məhsullarını satıldıqdan sonra pulunu göndərəcəyinə söz vermişdir.2024-2025-ci illərdə müxtəlif vaxtlarda iddiaçı cavabdehə müxtəlif tərəvəz məhsulları göndərsədə, lakin, cavabdeh müxtəlif bəhanələr gətirərək qalıq borcunu ödəməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin iddiaçıya 4200 manat məbləğində borcu yaranmışdır. Lakin, cavabdeh borclu olduğu 4200 manat məbləğində borcunu bu günədək qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya olan pul borcu səs yazılarında da etiraf edilmişdir. Həmin səs yazılarının əks olunduğu disk iddia ərizəsinə əlavə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, özünə məxsus torpaq sahəsində tərəvəz məhsulları (xiyar, pomidor, lobya və s.) yetişdirərək bazarda satmaqla ailəsini dolandırmışdır. O, 2024-cü ilin may ayında tərəvəz məhsullarını Bakı şəhərində yerləşən “8-ci kilometr” bazarında satarkən cavabdehlə tanış olmuşdur. Belə ki, onların arasındakı razılaşmaya əsasən cavabadeh ondan aldığı tərəvəz məhsullarını satdıqdan sonra pulunu göndərəcəyinə razılaşmışlar. 2024-2025-ci illərdə müxtəlif vaxtlarda o, cavabdehə müxtəlif tərəvəz məhsulları göndərsədə, lakin, cavabdeh müxtəlif bəhanələr gətirərək məhsulların pulundan az məbləğlər ödəyərək qalıq borcunu bugünədək ödəməmişdir. Beləliklə, cavabdehin ona ümumilikdə 4200 manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona olan borcunu qısa müddət ərzində qaytaracağına dair vədlər versə də, lakin, vədinə əməl etməmişdir. O, həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən borcun etiraf edildiyini səs yazıları mövcuddur və həmin səs yazılar diskdə olmaqla iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, 2024-cü ilin may ayında tərəvəz məhsullarını Bakı şəhərində yerləşən “8-ci kilometr” bazarında satarkən iddiaçı ilə tanış olmuşdur. Onun iddiaçıya ümumilikdə 4200 manat məbləğində borc qalmışdır. Lakin, cavabdehə borclu olduğu 4200 manat məbləğində pulu maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün birdəfəyə ödəyə bilməmişdir. Odur ki, iddiaçıya olan qalıq borcu ödəməyə razıdır və gələcəkdə hissə-hissə ödəyəcəkdir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Diskdə olan səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı pul borcunun olduğunu etiraf etmiş, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, araşdırılan iddia ərizəsindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, iddiaçı özünə məxsus torpaq sahəsində tərəvəz məhsulları (xiyar, pomidor, lobya və s.) yetişdirərək bazarda satmaqla məşğul olmuşdur. İddiaçı cavabdehlə 2024-cü ilin may ayında tərəvəz məhsullarını Bakı şəhərində yerləşən “8-ci kilometr” bazarında satarkən tanış olmuşdur. Tərəflər öz aralarında razılaşaraq cavabadeh aldığı tərəvəz məhsullarını satıldıqdan sonra pulunu göndərəcəyinə söz vermişdir.2024-2025-ci illərdə müxtəlif vaxtlarda iddiaçı cavabdehə müxtəlif tərəvəz məhsulları göndərsədə, lakin, cavabdeh müxtəlif bəhanələr gətirərək qalıq borcunu ödəməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin iddiaçıya 4200 manat məbləğində borcu yaranmışdır. Lakin, cavabdeh borclu olduğu 4200 manat məbləğində borcunu bu günədək qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya olan pul borcu səs yazılarında da etiraf edilmişdir. Həmin səs yazılarının əks olunduğu disk iddia ərizəsinə əlavə edilmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını, həmçinin cavabdehin nümayəndəsinin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 62 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 4200 manat və ödənilmiş dövlət rüsumuna görə 62 manat, cəmi 4262 (dörd min iki yüz atımış iki) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-941/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-941/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver