Məhkəmə qərarları › İş №2(036)-1012/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1012/2020

08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1012/2020 08.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi x3 iştirakı ilə, İddiaçı “İddiaçı» ASC-nin ləğvedicisi x1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30.01.2014-cü il tarixli 189 SF saylı kredit müqaviləsi üzrə 11426,36 manat əsas borcun, 209,16 manat faiz borcunun, 1976,60 manat cərimə, 1653,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra cəmi 15265,72 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “İddiaçı» ASC-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi x4 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borcu tam olaraq ödəməmişlər. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilib, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət edilmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor “İddiaçı» ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30.01.2014-cü il tarixli 189 SF saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 6 % olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan 06.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30.01.2014-cü il tarixli 189 SF saylı kredit müqaviləsi üzrə “İddiaçı» ASC-yə olan əsas borcu 11426,36 manat, faiz borcu 209,16 manat, cərimə borcu 1976,60 manat, 1653,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra cəmi 15265,72 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 30.01.2014-cü il tarixli 189 SF saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 1976,60 manat məbləğində dəbbə pulu tənasübsüz şəkildə yüksəkdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.01.2014-cü il tarixli 189 SF saylı kredit müqaviləsi üzrə 11426,36 manat əsas borc, 209,16 manat faiz borcu, 100 manat cərimə, 1653,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra cəmi 13389,12 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu, cəmi 13419,12 manat məbləğində pul tutulub İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30.01.2014-cü il tarixli 189 SF saylı kredit müqaviləsi üzrə 11426,36 manat əsas borc, 209,16 manat faiz borcu, 100 manat cərimə, 1653,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra cəmi 13389,12 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu, cəmi 13419,12 (on üç min dörd yüz on doqquz manat on iki qəpik) manat məbləğində pul tutulub iddiaçı « İddiaçı » ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar