Məhkəmə qərarları › İş №2(036)-1048/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1048/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1048/2021 17.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 5928 (beş min doqquz yüz iyirmi səkkiz) AZN məbləği olan mebel dəsti satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 154 (yüz əlli dörd) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 400 (dörd yüz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon satılmışdır. Bundan başqa, Cavabdeh arasında bağlanmış 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 6 (altı) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 282 (iki yüz səksən iki) AZN məbləği olan “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonlar satılmışdır. Cavabdeh 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən mebel dəstinin dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 247 (iki yüz qırx yeddi) AZN məbləğində pulu, 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 41 (qırx bir) AZN məbləğində pulu və 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonların dəyərinə görə 12 (on səkkiz) ay müddətinə hər ay 23 (iyirmi üç) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2597 (iki min beş yüz doxsan yeddi) AZN məbləğində əsas borcu, 741 (yeddi yüz qırx bir) AZN məbləğində cərimə borcu, 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 82 (səksən iki) AZN məbləğində əsas borcu, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcu, 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 46 (qırx altı) AZN məbləğində əsas borcu, 14 (on dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 3504 (üç min beş yüz dörd) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 2597 (iki min beş yüz doxsan yeddi) AZN məbləğində əsas borcun, 741 (yeddi yüz qırx bir) AZN məbləğində cərimə borcunun, 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 82 (səksən iki) AZN məbləğində əsas borcun, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcunun, 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 46 (qırx altı) AZN məbləğində əsas borcun, 14 (on dörd) AZN məbləğində cərimə borcunun və ümumilikdə 3504 (üç min beş yüz dörd) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə bağlanmış 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ona 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 5928 (beş min doqquz yüz iyirmi səkkiz) AZN məbləği olan mebel dəsti satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə bağlanmış bağlanmış 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ona ilkin ödəniş 154 (yüz əlli dörd) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 400 (dörd yüz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon satılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC ilə bağlanmış bağlanmış 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ona ilkin ödəniş 6 (altı) AZN məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 282 (iki yüz səksən iki) AZN məbləği olan “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonlar satılmışdır. O, 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən mebel dəstinin dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 247 (iki yüz qırx yeddi) AZN məbləğində pulu, 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 41 (qırx bir) AZN məbləğində pulu və 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonlarun dəyərinə görə 12 (on səkkiz) ay müddətinə hər ay 23 (iyirmi üç) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, o, alğı-satqı müqavilələrinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün cəmiyyətin xeyrinə pul borcunun tam ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində cəmiyyətə olan pul borcunu tam şəkildə ödəyəcəkdir. Eyni zamanda bildirir ki, hal-hazırda alğı-satqı müqaviləsinə əsasən hesablanmış dəbbə pulu borcunun məbləği yüksək olduğu üçün iddia tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılaraq, iddiaçı "xxxx" MMC-nin ona qarşı “pul” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 5928 (beş min doqquz yüz iyirmi səkkiz) AZN məbləği olan mebel dəsti “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 14 avqust 2018-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 5928 (beş min doqquz yüz iyirmi səkkiz) AZN məbləği olan mebel dəstini təhvil almışdır. İş materiallarında olan 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 5928 (beş min doqquz yüz iyirmi səkkiz) AZN məbləği olan mebel dəstinin dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 247 (iki yüz qırx yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 400 (dörd yüz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 11 may 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 400 (dörd yüz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 400 (dörd yüz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 41 (qırx bir) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 282 (iki yüz səksən iki) AZN məbləği olan “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonlar “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 282 (iki yüz səksən iki) AZN məbləği olan “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonları təhvil almışdır. İş materiallarında olan 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 282 (iki yüz səksən iki) AZN məbləği olan “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonlarun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 23 (iyirmi üç) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00251422 saylı, 14 avqust 2018-ci il tarixli, 00655633 saylı, 11 may 2019-cu il tarixli və 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqavilələrinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 18 fevral 2021-ci il tarixə 2725 (iki min yeddi yüz iyirmi beş) AZN məbləğində əsas borcu, 779 (yeddi yüz yetmiş doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3504 (üç min beş yüz dörd) AZN məbləğində borcu mövcudur. İş materiallarında olan 22 fevral 2020-ci il tarixli xəbərdarlıqdan surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 19 fevral 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 1. iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “satıcı” "xxxx" MMC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 5928 (beş min doqquz yüz iyirmi səkkiz) AZN məbləği olan mebel dəsti “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh mebel dəstinin dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 247 (iki yüz qırx yeddi) AZN məbləğində pulu hissə-hissə; 2. 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “satıcı” "xxxx" MMC tərəfindən tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 400 (dörd yüz) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefon “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh 1 (bir) ədəd “SAMSUNG GALAXY A20” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 41 (qırx bir) AZN məbləğində pulu hissə-hissə, 3. 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “satıcı” "xxxx" MMC tərəfindən tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 282 (iki yüz səksən iki) AZN məbləği olan “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonlar “alıcı” Cavabdeh satılmış, “alıcı” Cavabdeh “SAMSUNG J2” və “NOKİA 105” markalı mobil telefonların dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 23 (iyirmi üç) AZN məbləğində pulu hissə-hissə, eləcə də, ödənişləri gecikdirdikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniyanı “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş, cəmiyyətə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmiş, onun 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 2597 (iki min beş yüz doxsan yeddi) AZN məbləğində əsas borcu, 741 (yeddi yüz qırx bir) AZN məbləğində cərimə borcu, 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 82 (səksən iki) AZN məbləğində əsas borcu, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcu, 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 46 (qırx altı) AZN məbləğində əsas borcu, 14 (on dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 3504 (üç min beş yüz dörd) AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 741 (yeddi yüz qırx bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqavilələrinə əsasən iddiaçı "xxxx" MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 741 (yeddi yüz qırx bir) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00251422 saylı, 14 avqust 2018-ci il tarixli, 00655633 saylı, 11 may 2019-cu il tarixli və 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2597 (iki min beş yüz doxsan yeddi) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 82 (səksən iki) AZN məbləğində əsas borc, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcunun, 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 46 (qırx altı) AZN məbləğində əsas borc, 14 (on dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 2813 (iki min səkkiz yüz on üç) AZN məbləğində borc və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 00251422 saylı, 14 avqust 2018-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2597 (iki min beş yüz doxsan yeddi) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 00655633 saylı, 11 may 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 82 (səksən iki) AZN məbləğində əsas borc, 24 (iyirmi dörd) AZN məbləğində cərimə borcunun, 00934622 saylı, 23 sentyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 46 (qırx altı) AZN məbləğində əsas borc, 14 (on dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 2813 (iki min səkkiz yüz on üç) AZN məbləğində borc və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar