Məhkəmə qərarları › İş №2(036)-1049/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1049/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1049/2024 26.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi, İddiaçı və nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7600 manat məbləğində pul, vəkil xidmətinə görə ödənilmiş 300 manat pul və 96 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli şəhəri, F.Məmmədov küçəsi ev 2 ünvanında yaşayır. Cavabdeh onun qohumu seyid Azərin vasitəsi ilə tanımışdır. Seyid Azərdən öyrənmişdir ki, Vasif minik avtomobillərinin satışı ilə məşğuldur. Ona görə də seyid Azərdən aldığı ***-***-**-** nömrəli telefon nömrəsinə zəng etmiş və maşın almaq istədiyini bildirmişdir. Vasif satışda 2011-ci il istehsalı olan “Volsvagen-Passat” minik markalı avtomobil olduğunu bildirərək, telefon görüntüsü ilə avtomobili ona göstərmişdir. O, seyid Azərin sözünə tam inanıb, görüntü ilə gördüyü həmin avtomobili evakuator vasitəsi ilə İmişli rayonuna göndərməyi Vasifdən xahiş etmişdir. Maşının alqı-satqısını 21750 manata razılaşmışlar və llkin ödəniş üçün Vasif ona 1500 manat ödəmək lazım olduğunu bildirmişdir. Buna görə də 2023-cü ilin noyabr ayının 15-də Vasif ona kart nömrəsini atmış va həmin kart hesabına 1500 manat pul yatırmışdır. Noyabr ayının 15-dən başlayaraq o, Vasifin kart hesabına müxtəlif vaxtlarda ümumilikdə 7 600 manat pul yatirmışdır. 21 gün ərzində avtomobilin bir dəfə korobkasi, bir dəfə motoru nasaz işləmişdir. Buna görə də Vasifə zəng edib avtomobili dəyişdirməsini, ya da ödədiyi pulu qaytarmasını tələb etmişdir. Vasif ona demişdir ki, maşını qaytar, satıb pulunu verəcəyəm. Bu səbəbdən o, ** MP *** dövlət nömrə nişanlı evakuator vasitəsi ilə ona satılmış ** LA *** dövlət nömrə nişanlı “Volsvagen-Passat” minik markalı avtomobili Vasifin ünvanına göndərmişdir. Vasif ona demişdir ki, ona başqa avtomobil göndərəcəkdir. Sonra isə ona demişdir ki, avtomobili başqa işinə görə girov qoymuşdur, 500 manat verdikdən sonar həmin avtomobili ona verəcəkdir. Ona görə də Vasifə demişdir ki, ona həmin avtomobil lazim deyil, pulunu qaytarsın. Lakin pulu batmasın deyə, o, Bakı şəhərinə gedib həmin avtomobili 3 saylı “Asan xidmət”in yanından götürüb İmisli şəhərinə qayıtmışdır. 3-4 gün avtomobili sürəndən sonra öyrənmişdir ki, Vasif ona verdiyi etibarnaməni ləğv etdiirb. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 çağrı zəng mərkəzinə telefonla müraciət etmişdir. Həmin müraciətlə bağli İmişli Rayon Polis Şöbəsinə çağrılmış, orada avtomobilin əsl sahibi olan Manafov Məmmədəli bildirmişdir ki, 4000 manat pulu ona 20 gün müddətində qaytaracaqdır. Lakin o, sözünə əməl etmədi. Ona görə də Vasiflə danışıb göüşmüş, əvvəlcə aralarında borc müqaviləsi, akt tərtib etmişlər. Vasif qohumu seyid Azərin iştiraki ilə həmin tərtib edilən akt və borc müqaviləsini imzalayaraq xx.xx.2024-cü il tarixə onun hesabına keçirdiyi puldan 2500-3000 manatı qaytaracağını, yerdə qalan məbləği isə 5 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Vasif üzərinə götürdüyü öhdəliyi pozmuş, yerinə yetirməmiş və bildirmişdir ki, pulu yoxdur.

3. Tərəflər arasında bağlnamış xx.xx.2024-cü il tarixli sadə yazılı borc müqaviləsi ilə müəyyən olur ki, Cavabdeh borc məbləğini xx.xx.2024-cü il tarixədək tam həcmdə geri qaytarmağı öz öhədsinə götürmüşdür.

4. xx.xx.2024-cü il tarixli akta müəyyən olur ki. ** LA *** dövlət nömrə nişanlı “Volsvagen-Passat” minik markalı avtomobil Cavabdeh geri qaytarılmış, Cavabdeh isə öz növbəsində qaytarmalı olduğu pul məbləğindən 2500-3000 manat məbləğində pulu xx.xx.2024-cü il tarixədək, qalan məbləği isə hissə-hissə 5 ay müddətində qaytaracağını öz öhdəsinə götürmüşdür.

5. “mpay” ödəniş terminalı vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli, 1982 nömrəli qəbzlə müəyyən olur ki, İddiaçı tərəfindən vəkil xidmətinə görə İmişli rayon vəkil bürosunun hesabına 300 manat pul ödənilmişdir.

6. İddiaçı tərəfindən iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında X3 vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 96 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı və nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər.

8. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

12. Maddə. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

13. Maddə. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı tərəfindən ** LA *** dövlət nömrə nişanlı “Volsvagen-Passat” minik markalı avtomobili almaq qarşılığında Cavabdeh hesabına müxtəlif vaxtlarda 7600 manat məbləğində pul köçürülmüşdür. Lakin avtomobil saz vəziyyətdə olmadığına görə iddiaçı tərəfindən həmin avtomobil Cavabdeh qaytarılmış, sonuncu isə iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmamışdır. Həmin hallar işin mübahisəsiz hallarıdır.

23. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 442, 443.1 və 445.2.1ci maddələri).

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

28. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır.

29. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 7600 manat məbləğində pul vəsaiti, vəkil xidmətinə görə ödənilmiş 300 manat pul və 96 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilsin. Cavabdeh 7600 manat məbləğində pul vəsaiti, vəkil xidmətinə görə ödənilmiş 300 manat pul və 96 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar