Məhkəmə qərarları › İş №2(036)-107/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-107/2025

21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-107/2025 21.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 təlabatlarını, təhsilini nəzərə alaraq yetkinlik yaşına çatana qədər saxlanıması üçün cavabdehdən tutulan 250 (iki yüz əlli) manat alimentin məbləğinin artırılaraq 470 (dörd yüz yetmiş) manat pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi və 60 manat mediasiya təşkilatı üçün ödənilən dövlət rusumunun onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2510/2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, övladları xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla iki uşaq üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin atası X4 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qət edilmişdir. Qeyd edir ki, halhazırda uşaqlar böyüyüb və Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Özü işsiz, tənha xanımdır. Övladlarının tələbatlarını ödəməyə imkanı çatmır. Bu səbəbdən də İmişli Rayon Məhkəməsinin 2(036)-2510/2022-ci il tarixli qətnaməsinə nəzərən kəsilən 250 (iki yüz əlli) manat alimentin 470 (dörd yüz yetmiş) manata qədər artırılmasını istəyir. İddia ərizəsinə mediatorun təqdim etdiyi arayışı da əlavə edir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı izahat onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair məhkəməyə iddia ərizəsi vermişdir. Onun özünün heç bir əmlakı, evi, torpaq sahəsi, qeydə alınmış mülkiyyəti yoxdur. Özü maddi cəhətdən çox çətinlik çəkir. Onun aliment üçün əlavə pul ödəməyə maddi imkanı yoxdur. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyir və taarif maaşı 345 (üç yüz qırx beş) manat məbləğindədir ki, bundan da tutmalar ödənilir ki, kommunal ödəmə xərclərini də həmin maaşının hesabına ödədikdən sonra bir aylıq maaşı onun adi gündəlik yemək tələbatını tam ödəyə bilmir, heç bir əlavə qazancı gəliri yoxdur. Alimentin artırılmasına imkansızlıq səbəbindən razı deyildir. Nəzərə alınmağını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X11 izahatı müdafiə edərək İmişli rayon Məhkəməsinin 2(036)-2510/2022 saylı qətnaməsində qeyd edilən aliment məbləğinin dəyişdirilməməsini iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)2510/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X12 ilə cavabdeh X11 arasında İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış 07 may 2018-ci il tarixli, 191 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra 31 may 2017-ci il təvəllüdlü X13 və 31 may 2017-ci il təvəllüdlü X14 anaları X6 yanında qalmış, 31 may 2017-ci il təvəllüdlü X13 və 31 may 2017-ci il təvəllüd X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X4 hər ay hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat, olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulub X8 verilmiş və alimentin tutulmasının əvvəli 01 avqust 2022-ci il tarixdən hesablanmışdır. 12 avqust 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. X3 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan AA ******* nömrəli AR X2 surətinə əsasən X14 xx.xx.2017-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan AA ******* nömrəli AR X2 surətinə əsasən X13 xx.xx.2017-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan əmək mqaviləsi bildirişindən görünür ki, X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyir və taarif maaşı 345 (üç yüz qırx beş) manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladları 31 may 2017-ci il təvəllüdlü X13 və 31 may 2017-ci il təvəllüdlü X14 iddiaçının (anasının) himayəsindədir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)2510/2022 saylı qətnaməsi ilə 31 may 2017-ci il təvəllüdlü X9 və 31 may 2017-ci il təvəllüd X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq hər ay cavabdehdən 125 (bir yüz iyirmi beş) manat, olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment cavabdeh X4 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ödənilən aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.11-1-ci bəndində qeyd edilir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Alimentin artırılması ilə əlaqədar İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə əlaqədar məhkəmə hesab edir ki, tələb onun heç bir yerdə işləməməsi, cavabdehlə boşanmasını və təyin edilmiş 125 (bir yüz iyirmi beş) manat, olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin uşağın ehtiyaclarını ödəməməsi ilə əsaslandırdığı üçün iddia qismən təmin edilməlidir. Belə ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqların saxlanması üçün cavabdehdən tutulmuş sabit pul məbləğində alimentin miqdarı artırılmalıdır. 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarı nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)2510/2022 saylı qətnaməsi ilə 31 may 2017-ci il təvəllüdlü X9 və 31 may 2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay X4 İddiaçı ödənilməsi xeyrinə tutulan 125 (bir yüz iyirmi beş) manat, olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,47 misli miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 2024-cü il üzrə minimum əmək haqqı 345 manat və 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir. Lakin iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə 21 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, aliment ərizənin verildiyi 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (345 (2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,47 = 162.85 manat). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)2510/2022 saylı qətnaməsi əsasında 31 may 2017-ci il təvəllüdlü X9 və 31 may 2017-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay X4 125 (bir yüz iyirmi beş) manat, olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,47 misli miqdarında müəyyən edilməlidir. 31 may 2017-ci il təvəllüdlü X9 və 31 may 2017-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay X1 artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,47 misli miqdarında pul vəsaiti İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 32,4 manat hissəsi cavabdeh X4 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)2510/2022 saylı qətnaməsi əsasında 31 may 2017-ci il təvəllüdlü X9 və 31 may 2017-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay X4 125 (bir yüz iyirmi beş) manat, olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,47 misli miqdarında müəyyən edilsin. 31 may 2017-ci il təvəllüdlü X9 və 31 may 2017-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay X1 artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,47 misli miqdarında pul vəsaiti İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 32,40 (otuz iki manat qırx qəpik) manat mediasiya xərci cavabdeh X4 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar