Məhkəmə qərarları › İş №2(036)-1078/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1078/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1078/2025 27.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat borc pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şamaxı rayonu, Şəhriyar qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evini təmir etdirmək istəmişdir. Bu zaman X2 adında tanıdığı bir nəfərin vasitəçiliyi ilə Cavabdeh adında usta ilə tanış olmuşdur. O, usta X1 29 ədəd plastik pəncərə və 3 ədəd plastik qapı düzəltməsini sifariş etmişdir. Bu işlərin görülməsi üçün o, ondan 7300 (yeddi min üç yüz) manat pul almışdır. Lakin, Cavabdeh 29 plastik pəncərədən 18-ni quraşdırmış, qalan 11 pəncərə və 3 qapını isə tamamilə quraşdırmamışdır. Düzəldilən 18 plastik pəncərənin də ruçkası və setkası quraşdırılmamışdır. Bununla əlaqədar verdiyi pulun geri alınması üçün əvvəlcə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir, araşdırma aparıldı, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Şamaxı Rayonu Polis Şöbəsindəki həmin araşdırma materialı ona verilməmişdir. Cavabdeh ilə 7300 manata iş danışılıb və ona 6280 manat pul vermişdi. O, isə 2280 (iki min iki yüz səksən) manat dəyərində iş görüb. Ona görə də cavabdehin ona 4000 (dörd min) manat pul borcu vardır. Bundan əlavə, iddia tələbi üçün 60 manat dövlət rüsumu ödəmişdir. Bununla əlaqədar o, məhkəməyə iddia tələbi ilə müraciət etsə də məhkəmənin 2(036)-656/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Həmin qərardadda yazılmışdır ki, iddia etdiyi hal üçün sübutları ərizəsinə daxil etməlidir. Oda cavabdehlə iddiaçı tərəfin yazışmalarını və danışıqlarını elektron optik diskə yazdırıb hazırki iddia ərizəsinə daxil etmişdir. Sübut kimi daxil etdiyi bu çoxsaylı yazışmalardan və dəfələrlə təkrar - təkrar danışıqlardan aydın görünür ki, Cavabdeh həqiqətən də onun üçün müəyyən qədər iş görmüş və həmin iş yarımçıq qaldığından sonradan davam etdirəcəyini bildirmişdir. O, audio-səs yazısında onunla söhbətində dəfələrlə imkanı olmadığını və şüşənin enini və uzunluğunu soruşaraq onu lazımi səviyyədə düzəldib gətirib quraşdıracağını bildirmişdir. Lakin danışıqlardan görünür ki, cavabdeh, özünün başqa problemi olduğunu bildirib onun üçün görməli olduğu işini hər dəfə təxirə saldığını qeyd edərək müddəti uzatmış və sonda bundan imtina etdiyindən ona maddi ziyan dəymişdir. Məhkəmədən xahiş edir, elektron optik diskdəki hər iki tərəf arasında gedən yazışmalar və danışıqlar dinlənilsin və sübut kimi qəbul edilsin. Qeyd edir ki, məhkəmə iclasında təqdim etdiyi yazışma və səs yazıları əsasında iddia ərizəsi cavabdehə sübut edəcəkdir və bu işdə vasitəçilik etmiş adını çəkdiyi X2 şahiddir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək Cavabdeh 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş dövlət rüsumu 55 (əli beş) manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, həmin evdə görüləsi işin qiymətini 7200 manata razılaşıb. Birinci mərtəbədə işlər görülüb və ikinci mərtəbədə isə işlərin yarı faizi görülüb. Qalan işlər görülməyib. İşi təfil verməməyinin səbəbi isə qurduğu biznesin dağılması olmuşdur. İddiaçıya 4000 (dörd min) manat yox 3000 (üç min) manat borclu olduğunu bildirdi. Lakin iddiaçının ondan 3500 (üç min beş yüz) manat tələb etməsini qəbul etdiyini bildirdi. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı 29 ədəd plastik pəncərə və 3 ədəd plastik qapı aldığını, lakin məhsulların tam şəkildə verilmədiyini iddia edərək, cavabdehdən 3500 manat məbləğində pul vəsaitini geri qaytarılması tələb edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə Cavabdeh 3500 (üç min beş yüz) manat pulun və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aralarında mövcud olan razılaşmaya əsasən Cavabdeh 29 ədəd plastik pəncərə və 3 ədəd plastik qapı düzəltməsini sifariş etmişdir. İşlər tam görülmədiyi görülməmiş işlərin dəyəri olan 3500 manat məbləğində pul vəsaitini iddiaçı cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən pulun qaytarılmasından imtina edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya 3500 manat məbləğində pul vəsaiti qaytarmalı olduğunu etiraf edərək, dəqiqləşdirilmiş iddia tələbini qəbul etmişdir. Belə olan halda 3500 (üç min beş yüz) manat pulun və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumun Cavabdeh tələb etməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsi, ümumilikdə 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar