Məhkəmə qərarları › İş №2(036)-108/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-108/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-108/2025 22.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıraliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ondan aldıqları 460 (dörd yüz altmış) manat məbləğində pulun, 200 (iki yüz) manat çəkdiyi əlavə xərcin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və həmkəndlilərinin torpaq mübahisəsi ilə əlaqədar 2019-cu ildə kəndilərinin ərazi sənədləri lazım olmuşdur. Həmkəndlisi Cavabdeh2 ilə İmişli şəhərinə gəlmişdir. Tanış olduqları Cavabdeh1 “sizin kəndin ərazisinin sənədlərini çıxartmaq üçün mütəxəssis gətirdəcəyini, lazımi yerlərə gedib gələcəyini, xərci olduğunu” deyib. Onun üstündə 760 (yeddi yüz altmış) manat pul olmuşdur və çıxarıb Habilin yanında Ruslana 760 (yeddi yüz altmış) manat pul vermişdir. 3 ilədək Ruslan onu get-gələ salmışdır. Heç bir iş görməmişdir. Pulunu qaytarmağını tələb etmişdir və Ruslan 2024-cü ilin iyun ayında 300 (üç yüz) manat pulu qaytararaq qalanını verəcəyini demişdir. Bir müddət sonra ona deyib ki, 460 ( dörd yüz altmış) manat pulu Habilə vermişdir. Habil isə Ruslanın ona pul vermədiyini demişdir. O, yollarda əsir qalmışdır. 200 (iki yüz) manat da əlavə nəqliyyat vasitələrinə, yeməyə xərci çıxmışdır. O onlara dəfələrlə xəbərdarlıq edib, pulunu qaytarmağı xahiş etmişdir. Bununla belə, müxtəlif bəhanələrlə onu aldadıblar. O, təqaüdçüdür və pulunu qaytarılmadığına görə maddi cəhətdən çox ağır vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh onun əmlakına vurduğu ziyanın əvəzini tam həcmidə ödəməyə borcludur. Ona mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdehlər ona 460 ( dörd yüz altmış) manat və 200 (iki yüz) manat və əlavə yol xərci olmaqla 660 (altı yüz altmış) manat maddi zərər vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavadeh Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə İmişli Rayon Məhkəməsinə təqdim edilmiş ərizə ilə bildirmişdir ki, hazırki məsələ ilə bağlı İmişli Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qətnamələri mövcuddur. Cavabdeh1 İddiaçı ona hüquqi yardım göstərmək məqsədilə 300 (üç yüz) manat pul verdiyini, onun işinə kömək etdiyini və İddiaçı narazıçılıq etdiyinə görə 300 (üç yüz) manat pulu yenidən ona qaytardığını bildirir. İddiaçı 6 ildən sonra bu məsələyə dair yenidən iddia qaldırmasının qərəzli olduğunu, 460 (dörd yüz altmış) manat puldan xəbərinin olmadığını və məkhəmədən bunları nəzərə almasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək pul tələbinə tələbinə dair mülki işdə üzrlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli İmişli Rayon Məhkəməsinin 2(036) 2168/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı xeyrinə 1150 manat pulun tutulması və məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılması barədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 300,0 (üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 01 iyul 2020-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-804/2020 nömrəli qətnaməsindən də görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036) 2168/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 2(036) 2168/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 hüquqi xidmət haqqı kimi İddiaçı 720 manat pul almış, lakin nəzərdə tutulan xidməti göstərməmişdir. Digər Cavabdeh2 İddiaçı xahişi ilə Cavabdeh1 həmin məbləği tələb edərək ondan 300 manat alsa da, pulu iddiaçıya ödəməmişdir. İmişli Rayon Məhkəməsinin 2(036) 2168/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 qarşı xeyrinə 1150 manat pulun tutulması və məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılması barədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 300,0 (üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulub İddiaçı verilməsi qət edilmişdir. Bu fakt hər iki məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, iddiaçı tərəfindən öhdəliyi yerinə yetirələrək, pul Cavabdeh1 ödənilsə də, cavabdeh tərəfindən müqavilənin icrası həyata keçirilməmişdir. Belə olan halda, iddiaçı həmin müqavilənin icrası ilə əlaqədar ödənilmiş 720 manat pulun geri qaytarılmamış 420 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı isə ödənilmiş 720 manat pulun 300 manat hissəsinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 qaytarılması, lakin sonuncu tərəfindən iddiaçıya ödənilməməsi müəyyən edilmişdir. Həmin pul vəsaitinin də İmişli Rayon Məhkəməsinin 2(036) 2168/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki iddia tələbinə cavab verməli olan şəxs olmadığı üçün iddia tələbi ona qarşı hissədə təmin edilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən digər xərclər kimi cavabdehlərdən tələb edilən 200 manat məbləğində pulun nələrə çəkilmiş xərc olması, bunda cavabdehlərin təqsirinin nədən ibarət olması əsaslandırılmamış və bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı etiraf olunmayan əmlakların mövcudluğunu, dəyərini və onların hazırda cavabdehdə olduğunu sübut etməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf əlavə çəkdiyi xərc olan 200 (iki yüz) manat pul ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin evdə olan iddiaçıya məxsus 200 (iki yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, sübut etmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin həmin hissəsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və həmin hallarla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 420 ( dörd yüz iyirmi) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun 19 (on doqquz) manat hissəsi alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 19 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 11 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 420 (dörd yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 19 (on doqquz) manat hissəsi alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun 11 (on bir) manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar