Məhkəmə qərarları › İş №2(036)-1085/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1085/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1085/2022 28.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" MMC-nin cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 911.00 manat əsas borc, 270.00 manat faiz borcu, 32.21 manat dövlət rüsumu, cəmi 1213.21 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 09.08.2019-cu il tarixli 00176707 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 3500.00 manat dəyərində 160x200 M.M metal markalı Kravat setkası, Selsil 280 gr Şəffaf markalı Slikon, Mebel süpürgəlik, Damla Karona krem markalı Taxt, Damla Karona krem markalı Dolab kupe, 4 bel krem markalı Stul, Flora krem markalı Künc divan, Damla Karona krem markalı Termo, Damla Karona krem markalı Tumba, Damla Karona krem markalı Qonka iki qapı, Damla Karona krem markalı Stiqi, H ceviz markalı Kravat, Damla Lara 3m qara qırmızı markal Mətbəx mebeli və Yuxu 1.60x2.00 ağ markalı Didişek nisyə almışdır. İşdə olan 09.08.2019-cu il tarixli 00176707 nömrəli Müqavilənin surətinə əsasən X1 Rauf Mustafa oğlu ilə "xxxx" MMC-nin arasında bağlanmış 29.05.2019-cu il tarixli İMK01682 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh 25.02.2019-cu il tarixli MHDK00473 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 911.00 manat borclu qalmış və hesabına 270.00 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh və X2 müştərək qaydada 911.00 manat əsas borc, 270.00 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 32.21 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər, Cavabdeh və X2 müştərək qaydada 911.00 (doqquz yüz on bir) manat əsas borc, 270.00 (iki yüz yetmiş) manat faiz borcu və dövlət rüsumuna görə 32.21 (otuz iki manat iyirmi bir qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar