Məhkəmə qərarları › İş №2(036)-1086/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1086/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1086/2021 02.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh təxminən 10 il əvvəl podrat işləri götürürdü. O, cavabdehlə orda usta işləyərkən tanış olmuşdu. 2019-cu ilin oktyabr ayında Yasamal rayonunda yerləşən kafelərin birində əyləşən zaman o, tanışına zəng edərərək mebel lazım olduğunu bildirmiş, bu zaman Cavabdeh də həmin kafedə olduğu üçün bu söhbəti eşitmiş və ona mebel almaqda köməklik göstərəcəyini, mebel satılan mağazadan mebeli öz adına kreditə götürəcəyini və həmin mebəllərin pulunu ona ödəyəcəyini bildirmişdi. O, Cavabdehla razılaşaraq onunla birlikdə Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 77 saylı xətt marşurutunun sonuncu dayanacağına və Xırdalan şəhərində yeləşən mebel mağazasına gəlmiş, 12 oktyabr 2019-cu il tarixdə 2000 manat və 15 oktyabr 2019-cu ildə 1500 manat pulu Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən kafedə Namiqə vermişdir. Pulu alan zaman Namiq 3 gün ərzində mebəllərin hazır olacağını və hara lazım olsa həmin ünvana gətirəcəyini bildirmiş, lakin 4-5 gündən sonra o, Namiqlə söhbət zamanı sonuncu ona mebel işini alındıra bilmədiyini söyləmişdi. Həmin ərəfələrdə onun səhhətində yaranan problem barədə Cavabdeh xəbəri olmuş və ona verilmiş 3500 manat pulu onun müalicəsi üçün xərcləyəcəyini bildirmişdir. Lakin Cavabdeh yenidən öz vədlərini yerinə yetirməyərək pulu verməkdən yayınmış və telefon zənglərinə cavab verməməyə başlamışdır. Bir müddət sonra cavabdehin verdiyi vədləri yerinə yetirməkdən boyun qaçırdığını başa düşmüşdür. 24 mart 2020-ci il tarixdə DİN-in 102 xidmətinə və Yasamal RPİ-nin 29-cu PŞnə ərizə ilə müraciət etmişdir. Cavabdeh PŞ-nə dəvət olunmuş və izahat vermişdir. Təhqiqat materailı üzrə təhqiqatı aparan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı X1 04 aprel 2020-ci il tarixli qərarına əsasən baş vermiş iş mülki münasibətlətlərə aid olduğundan onun mülki iddia qaydasında məhkəmə istansiyasına müraciət etməyi məsləhət görülmüşdü. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun işıtirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 aprel 2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Yasaml RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis leytenantı X3 icraatında olan HK-1 1040 saylı təhqiqat materialın nəzərdən keçirib qərara almışdır ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilsin və İddiaçı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququ izah edilsin. İş materiallarında olan, Yasamal RPİ-nin 29-cu polis bölməsinin təhqiqatçısı polis leytenatı X3 tərəfindən X2 alınan izahatdan görünür ki, Sabirabad rayonu, Qəzli kəndində ailəsi ilə birgə yaşayır. O, təxminən 15-20 ildir ki, İddiaçı tanıyır. Həmin şəxsi tanımağına səbəb onunla əvvəllər birlikdə işləməyi və sonradan münasibətlərinin yaranması olub. Həmçinin, o bir neçə dəfə Sabirabad rayonundan Bakı şəhərinə gələrək müvəqqəti yaşayıb işlədikdən sonra rayona qayıdırmış. 2019-cu ilin oktyabr ayında Əbülfəzin Namiq adlı şəxsi tanıdığını və onun Əbülfəzdən pul istədiyini bildirmişdir. 15 oktyabr 2019-cu il tarixdə Əbülfəzlə birlikdə Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən kafedə olan zaman Əbülfəz Namiqlə söhbət zamanı mebel almaq istədiyini bildirmiş və Namiqdə Əbülfəzə bunun üçün ona pul verməli olduğunu söyləmişdir. Daha sonra Əbülfəz ona 1000 manat pul vermiş və Namiq pulu götürdükdən sonra Əbülfəz üçün mebel alacağını bildirərək kafedən uzaqlaşmışdır. Sonradan Namiq adlı şəxsin Əbülfəzdən aldığı pulun müqabilində heç bir iş görməməsi və həmin pulu qaytarmaması məlumatını almışdır. Belə ki, işin araşdırılan halarından müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 3500 manat məbləğində pul vəsaitini almış və geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar