Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1101/2022 06.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı pul tələbi barədə iddia qaldıraraq 31.500,0 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 184,50 manat tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh oğlunun atası Valeh Məmmədovla uzun müddət dostluq etmiş və sonuncunun üç il bundan qabaq avtoqəza nəticəsində vəfat etməsindən sonra dostluq münasibətlərini Cavabdehla davam etdirmişdir. 2021-ci ilin birinci yarısı ərzində Cavabdeh oğlu Saatlı rayonu ərazisindəki balıqçılıq təsərrüfatını genişləndirməkdən ötrü ondan ayrı-ayrı vaxtlarda əvvəlcə 10.000,0 manat, sonra 5.000,0 manat və daha sonra isə 15.000,0 manat pul almış və vəd etdiyi tarixədək qaytarmamışdır. Bundan sonra Cavabdeh maddi vəsiyyətinin pisləşdiyini bildirərək Bakı şəhərinə heyvan alıb aparmaq məqsədilə ondan 1500,0 manat almış və həmin vaxtdan etibarən mobil telefon nömrəsini söndürərək gizlənmişdir. Ona görə də, Cavabdeh oğlundan 31.500,0 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 184,50 manat tutulub onun xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. İşdə olan İmişli RPŞ TB-nin 06 noyabr 2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarının surətinə əsasən Cavabdeh oğlu təhqiqat zamanı verdiyi izahatında İddiaçı 2021-ci ilin birinci yarısı ərzində ayrı-ayrı vaxtlarda əvvəlcə 10.000,0 manat, sonra 5.000,0 manat və daha sonra isə 15.000,0 manat pul almasını və ona ümumilikdə 31.000,0 manat borclu qalmasını təsdiq etmişdir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh oğlu 2021-ci ilin birinci yarısı ərzində İddiaçı hissə-hissə cəmi 31.500,0 manat borc pul almış və indiyədək heç bir məbləğdə ödəniş etməmişdir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh oğlundan cəmi 31.500,0 manat və ödənilmiş dövlət rüsumuna görə 184,50 manat alınıb iddiaçı İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh oğlundan 31.500,0 ( otuz bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 184,50 ( yüz səksən dörd) manat alınıb iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1101/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1101/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver