Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1113/2021 05.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1700 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, 23 yanvar 2019-cu il tarixdə qardaşı oğlu Samir Əsədov ondan dostu Cavabdeh 1000 manat borc pul verməsini xahiş etmiş, o da Samirin xahişini nəzərə alıb özündə pul olmadığına görə X1 1000 manat pul alıb Elmikə vermişdir. O, Fəxridən aldığı pula görə ona 1700 manat ödəyəcəkdi. Lakin cavabdeh onun pulunu qaytarmadığına görə o da Fəxriyə olan borcunu qaytara bilmir. Dəfələrlə cavabdehdən onun pulunu qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhaənələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2019-cu ildə maddi sıxıntıları olduğu üçün İddiaçı borc pul istəmiş və iddiaçı ona hər ay 100 manat faiz ödəmək şərtilə 1000 manat pul vermişdir. Onun iddiaçıya 1700 manat deyil, 1000 manat borcu vardır. Ona görə də o, iddianı qismən qəbul edir və 1000 manat məbləğində pulun ondan alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmədə şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, 2019-cu ilin yanvar ayında dostu Cavabdeh ona zəng edərək borc pul lazım olduğunu bildirərək ona pul tapmasını xahiş etmiş, o da Elmiki əmisi İlqar ilə tanış edərək əmisindən Elmikə borc pul təşkil etməsini xahiş etmişdir. Əmisi İlqar da özündə pul olmadığına görə X1 1000 manat pul alıb Elmikə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, 2019-cu ilin yanvar ayında həmkəndlisi İddiaçı ondan 1000 manat borc pul almışdır. O, Cavabdeh pul verməmiş, pulunu İlqardan tələb edir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halarından müəyyən olunmuşdur ki, Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən, İddiaçı 1000 manat borc pul almış, lakin qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1113/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1113/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver