Məhkəmə qərarları › İş №2(036)-112/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-112/2020

14.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-112/2020 14.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-112/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi xx xxxx 2020-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı X2 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 ASC-nin 10 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bankın 10 saylı filialı ilə digər Cavabdeh2 oğlu arasında xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxxx 2019-cu il tarixə banka 8299 (səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində əsas kredit borcu, 2641.31 (iki min altı yüz qırx bir, otuz bir) ABŞ dolları məbləğində faiz borcu, 1691.27 (min altı yüz doxsan bir, iyirmi yeddi) ABŞ dolları məbləğində cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 1077.40 (min yetmiş yeddi, qırx) ABŞ dolları məbləğində faiz borcu və ümumilikdə 13708.98 (on üç min yeddi yüz səkkiz, doxsan səkkiz) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada banka 8299 (səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində əsas kredit borcunun, 2641.31 (iki min altı yüz qırx bir, otuz bir) ABŞ dolları məbləğində faiz borcunun, 1691.27 (min altı yüz doxsan bir, iyirmi yeddi) ABŞ dolları məbləğində cərimə borcunun, müqavilə müddəti bitdikdən sonra hesablanmış 1077.40 (min yetmiş yeddi, qırx) ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 13708.98 (on üç min yeddi yüz səkkiz, doxsan səkkiz) ABŞ dolları məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı X2 ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı X2 ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı X2 ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, o cümlədən, İddiaçı X2 ASCnin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş İddiaçı X2 ASC-nin 10 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə, 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş İddiaçı X2 ASC-nin 10 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 oğlu bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 2***-*******48 saylı, xx xxxxxxxx 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı X2 ASCnin 10 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 nağd pul şəklində 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materillarında olan notarial qaydada təsdiq edilmiş 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 10000 (on min) ABŞ dolları məbləğində kredit borcunu illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə hər ay vaxtıvaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən xx xxxxxxx 2019-cu il tarixə banka 8299 (səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində əsas kredit borcu, 2641.31 (iki min altı yüz qırx bir, otuz bir) ABŞ dolları məbləğində faiz borcu, 1691.27 (min altı yüz doxsan bir, iyirmi yeddi) ABŞ dolları məbləğində cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 1077.40 (min yetmiş yeddi, qırx) ABŞ dolları məbləğində faiz borcu və ümumilikdə 13708.98 (on üç min yeddi yüz səkkiz, doxsan səkkiz) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda İddiaçı X2 ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan PAİHTD-8799 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 125.26 (yüz iyirmi beş, iyirmi altı) ABŞ dolları məbləğində müəyyən edilmiş kompensasiya kredit borcuna yönəlmiş və hesablamalara uyğun olaraq, kredit borcundan silinmişdir. Cavabdeh1 kredit borcunun qalıq məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının restrukturizasiya hissəsinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 4544 №-li, xx xxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) İddiaçı X2 ASC-yə əsas kredit borcu üzrə- 8611.18 (səkkiz min altı yüz on bir, on səkkiz) ABŞ dolları məbləğində və faiz borcu üzrə- 2484.95 (iki min dörd yüz səksən dörd, doxsan beş) ABŞ dolları məbləği: Cavabdeh1 oğlunun xx xxxxxxx 2019-cu il tarixə (müqavilə müddəti başa çatdıqdan sonra illik faiz dərəcəsi 5 % hesablanmaqla) əsas kredit borcu üzrə-8611.18 (səkkiz min altı yüz on bir, on səkkiz) ABŞ dolları məbləğində və faiz borcu üzrə-3471.97 (üç min dörd yüz yetmiş bir, doxsan yeddi) ABŞ dolları məbləği; xx xxxx 2017-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış əldən çıxmış faydaya görə faiz borcu-987.02 (doqquz yüz səksən yeddi, sıfır iki) ABŞ dolları məbləği təşkil edir. Qeyd: bank tərəfindən 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarışın məlumatları təqdim edilmədiyi üçün hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. Bu səbəbdən də, müqavilə üzrə gecikmələrə görə dəbbə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri (xərc): 150 (yüz əlli) AZN məbləği təşkil edir. İş materiallarında olan ********* saylı, xx xxxxxxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı X2 ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı X2 ASC-nin 10 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə, 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, İddiaçı X2 ASC-nin 10 saylı filialı ilə digər Cavabdeh2 arasında bağlanmış 22-M-1-0-266-15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 oğlu bank qarşısında “zamin” durmuş və zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bundan başqa, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, hər biri ayrı-ayrılıqda banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və kredit müqaviləsinə əsasən xx xxxxxxx 2019-cu il tarixə banka 8299 (səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində əsas kredit borcu, 2641.31 (iki min altı yüz qırx bir, otuz bir) ABŞ dolları məbləğində faiz borcu, 1691.27 (min altı yüz doxsan bir, iyirmi yeddi) ABŞ dolları məbləğində cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 1077.40 (min yetmiş yeddi, qırx) ABŞ dolları məbləğində faiz borcu və ümumilikdə 13708.98 (on üç min yeddi yüz səkkiz, doxsan səkkiz) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Bundan başqa, ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın rəyinə əsasən Cavabdeh1 xx xxxx 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) İddiaçı X2 ASC-yə əsas kredit borcu üzrə-8611.18 (səkkiz min altı yüz on bir, on səkkiz) ABŞ dolları məbləğində və faiz borcu üzrə-2484.95 (iki min dörd yüz səksən dörd, doxsan beş) ABŞ dolları məbləği: Cavabdeh1 oğlunun xx xxxxxxx 2019-cu il tarixə (müqavilə müddəti başa çatdıqdan sonra illik faiz dərəcəsi 5 % hesablanmaqla) əsas kredit borcu üzrə-8611.18 (səkkiz min altı yüz on bir, on səkkiz) ABŞ dolları məbləğində və faiz borcu üzrə-3471.97 (üç min dörd yüz yetmiş bir, doxsan yeddi) ABŞ dolları məbləği; xx xxxx 2017-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış əldən çıxmış faydaya görə faiz borcu-987.02 (doqquz yüz səksən yeddi, sıfır iki) ABŞ dolları məbləği təşkil edir. Bundan başqa, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 125.26 (yüz iyirmi beş, iyirmi altı) ABŞ dolları məbləğində müəyyən edilmiş kompensasiya kredit borcuna yönəlmiş və hesablamalara uyğun olaraq, kredit borcundan silinmişdir. Cavabdeh1 kredit borcunun qalıq məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının restrukturizasiya hissəsinə düşmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “1691.27 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı X2 ASC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı X2 ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 1691.27 (min altı yüz doxsan bir, iyirmi yeddi) ABŞ dolları məbləğində cərimə borcu 100 (yüz) ABŞ dolları məbləğinə qədər azaldılmalı və iddia tələbinin “1691.27 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra hesablanmış 1077.40 (min yetmiş yeddi, qırx) ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi” hissəsində hesab edir ki, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu, yəni borclu tərəfindən qaytarılmayan həmin pul məbləğindən faydalanma faktını və dəymiş zərərin məbləğini sübut edə bilmədiyi üçün (bank uçot dərəcəsi nəzərə alınmaqla, faiz sanksiyası formasında əlavə faiz məbləğinin hesablanması) iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra hesablanmış 1077.40 (min yetmiş yeddi, qırx) ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi” rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Kredit müqaviləsinin müddəti tərəflərin hüququ və vəzifələrinin yaranmasının, dəyişdirilməsini və xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyi, kreditin peşəkarlıq qaydasında verilməsi ilə bağlı kredit təşkilatları məşğul olduğu və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyi üçün kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Həmin Qərarda qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun...Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmin Qərarda qeyd edilmişdir ki, banklar və kredit təşkilatları bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə “iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını” araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğuna və eləcə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, İddiaçı X2 ASC-nin 10 saylı filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bank hesabı, kredit və zaminlik müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8299 (səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində əsas kredit borcu, 2484.95 (iki min dörd yüz səksən dörd, doxsan beş) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 10883.95 (on min səkkiz yüz səksən üç, doxsan beş) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı X2 ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8299 (səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində əsas kredit borcu, 2484.95 (iki min dörd yüz səksən dörd, doxsan beş) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 10883.95 (on min səkkiz yüz səksən üç, doxsan beş) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı X2 ASC-nin xeyrinə ödənilsin.. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar