Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1124/2020 05.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kreditor İddiaçı KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 16.05.2014-cü il tarixli 4468nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 3310,86 ABŞ dolları əsas borcun, 680,31 ABŞ dolları faiz borcunun, 237,28 ABŞ dolları cərimənin, cəmi 4228,45 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı KB ASC-nın xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli 2(036)-915/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh arasında bağlanmış 16.05.2014-cü il tarixli 4468nkKPZ/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 28 % olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı KB ASC məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qismən qəbul edərək iddia tələbində göstərilən cərimə məbləğinin olduqca yüksək olduğunu göstərmiş və cərimə məbləğinin azaldılmaqla iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor İddiaçı KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16.05.2014-cü il tarixli 4468nkKPZ/14 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 28 % olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. 16.05.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə İddiaçı KB ASC-nin tərəfindən Cavabdeh 6400 ABŞ dolları məbləğində pul nağd olaraq verilmişdir. İşdə olan 01.09.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.05.2014-cü il tarixli 4468nkKPZ/14 saylı kredit müqaviləsi üzrə İddiaçı KB ASC-yə olan əsas borcu 3310,86 ABŞ dolları, faiz borcu 680,31 ABŞ dolları, cərimə borcu 237,28 ABŞ dolları təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 16.05.2014-cü il tarixli 4468nkKPZ/14 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə görə мəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 237,28 ABŞ dolları məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16.05.2014-cü il tarixli 4468nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 3310,86 ABŞ dolları əsas borc, 680,31 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı KB ASC -nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.05.2014-cü il tarixli 4468nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 3310,86 ABŞ dolları əsas borc, 680,31 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 4041,17 (dörd min qırx bir ABŞ dolları on yeddi sent) ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı KB ASC-nin xeyrinə ödənilsin. Qeyd olunan borc məbləğləri qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli vayuta ilə hesablanaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1124/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1124/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver