Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1125/2020 05.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi x2 iştirakı ilə, x5 Kredit Təşkilatı İddiaçı (bundan sonra - BOKT “x6” MMC) cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (kreditor) BOKT “x6” MMC ərizə ilə məhkəməyə müraciət edərək boclu Cavabdeh və Zamin müştərək qaydada 01.12.2015-ci il tarixli LD/15335/00017 saylı kredit müqaviləsi üzrə 1466,25 manat əsas borcun, 193,74 manat faiz borcunun, 146,63 manat cərimənin, cəmi 1806,62 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq BOKT “x6” MMC-nın xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli 2(036)- 2593/2018 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh (borclu) Zamin həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2(036)-2593/2018 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “x6” MMC ilə Cavabdeh arasında bağlanmış 01.12.2015-ci il tarixli LD/15335/00017 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 11 % olmaqla 36 ay müddətinə 1567 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas bor məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi BOKT “x6” MMC ilə cavabdeh Zamin arasında 01.12.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi x3 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor BOKT «x6» MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 01.12.2015-ci il tarixli LD/15335/00017 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 11 % olmaqla 36 ay müddətinə 1567 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşin materiallarında olan ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh BOKT «x6» MMC-dən aldığı krediti aylıq ödəniş cədvəlinə uyğun olaraq 01.12.2015-ci il tarixdən 03 dekabr 2018-ci il tarixədək tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 01.12.2015-ci il tarixli LD/15335/00017 saylı kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında 1466,25 manat əsas, 193,74 manat faiz, 146,63 manat cərimə, cəmi 1806,62 manat məbləğində icra edilməmiş borc öhdəlikləri vardır. İşdən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi BOKT “x6” MMC ilə cavabdeh Zamin arasında 01.12.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 01.12.2015-ci il tarixli LD/15335/00017 saylı kredit müqaviləsi üzrə 1466,25 manat əsas borc, 193,74 manat faiz borcu, 146,63 manat cərimə (dəbbə pulu) və 20 manat məbləğində dövlət rüsumu, cəmi 1826,62 manat məbləğində pul tutulub iddiaçı BOKT “x6” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki işə iddia icraatı qaydasında yenidən baxılması ilə yanaşı iddianın qiymətinin 500 manatdan çox olması nəzərə alınmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq cavabdehlərdən əlavə olaraq 10 manat məbləğində pul tutulub dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 01.12.2015-ci il tarixli LD/15335/00017 saylı kredit müqaviləsi üzrə 1466,25 manat əsas borc, 193,74 manat faiz borcu, 146,63 manat cərimə (dəbbə pulu) və 20 manat məbləğində dövlət rüsumu, cəmi 1826,62 (bir min səkkiz yüz iyirmi altı manat altmış iki qəpik) manat məbləğində pul tutulub x5 Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əlavə olaraq 10 (on) manat məbləğində pul tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1125/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1125/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver