Məhkəmə qərarları › İş №2(036)-1125/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1125/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1125/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda (“Ekspress Maqnit” mağazası) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. O, Cavabdeh ilə arasında bağlanmış 301593 saylı, 17 oktyabr 2017-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “Ekspress Maqnit” mağazasından 10 (on) ay müddətinə ümumi dəyəri 1669 (min altı yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HİSENSE L830 GOLD” markalı mobil telefon satmışdır. Alğı-satqı müqaviləsinə Cavabdeh “HİSENSE L830 GOLD” markalı mobil telefonun dəyərinə görə 10 (on) ay müddətinə hər ay 131.40 (yüz otuz bir, qırx) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh alğı-satqı müqaviləsinə əsasən ümumi borc məbləğindən 335 (üç yüz əlli beş) AZN məbləğində pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh alğı-satqı müqaviləsinə əsasən öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh 1314 (min üç yüz on dörd) AZN məbləğində əsas borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 1314 (min üç yüz on dörd) AZN məbləğində əsas borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin Sahibkarlıq Uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********.dır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 301593 saylı, 17 oktyabr 2017-ci il tarixli “alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən “Ekspress Maqnit” mağazasından 10 (on) ay müddətinə, hər ay 131.40 (yüz otuz bir, qırx) AZN məbləğində pulu hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 1669 (min altı yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HİSENSE L830 GOLD” markalı mobil telefon “alıcı” Cavabdeh oğluna satılmışdır. İş materiallarında olan 17 oktyabr 2017-ci il tarixli “satılmış məhsulun təhvil verilməsi haqqında” aktdan görünür ki, “alıcı” Cavabdeh oğlu 301593 saylı, 17 oktyabr 2017-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1669 (min altı yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HİSENSE L830 GOLD” markalı mobil telefonu təhvil almışdır. İş materillarında olan 301593 saylı, 17 oktyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1669 (min altı yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “ACER” markalı noutbuka görə 10 (on) ay müddətinə hər ay 131.40 (yüz otuz bir, qırx) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh alğı-satqı müqaviləsinə əsasən 355 (üç yüz əlli beş) AZN məbləğində pul ödənişini həyata keçirmiş və onun 1314 (min üç yüz on dörd) AZN məbləğində əsas borcu mövcuddur. İş materiallarında olan ********* saylı, 02 mart 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 301593 saylı, 17 oktyabr 2017-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “satıcı” İddiaçı “Ekspress Maqnit” mağazasından 10 (on) ay müddətinə, hər ay 131.40 (yüz otuz bir, qırx) AZN məbləğində pulu hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 1669 (min altı yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “HİSENSE L830 GOLD” markalı mobil telefon “alıcı” Cavabdeh satmış, “alıcı” Cavabdeh malın dəyərini hər ay 131.40 (yüz otuz bir, qırx) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh öhdəliklərini tam icra etməmiş və onun alğı-satqı müqaviləsinə əsasən 1314 (min üç yüz on dörd) AZN məbləğində əsas borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 301593 saylı, 17 oktyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 1314 (min üç on dörd) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1314 (min üç yüz on dörd) AZN məbləğində əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar