Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1164/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədri X2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də, İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədri X1 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, iddiaçı tərəf ərizənin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyi, cavabdeh tərəf məhkəmə iclasında iştirak etmədiyi və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı BOKT ASC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1164/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1164/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver