Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1165/2024 21.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması ödənilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı tələblərinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması, maddi ziyan) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehdən 14500 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdehdən iddiaçıya vurduğu 25200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mlüki mübahisənin mahiyyəti
1. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehdən 14500 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmirov X8 rayonunun Əliqulular kəndində yaşayır. Həmkəndlisi Cavabdeh tanıyır, o, orta məktəbdə təhsil alarkən onun sinif yoldaşı olmuşdur. Traktoru idarə etməyə hüququ olduğuna görə 2020-ci ilin mart ayında özünə idarə etmək üçün traktor axtarmış, həmin vaxt sinif yoldaşı idarə etdiyi "Belarus 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorunu satmaq istədiyini demişdir. İddiaçı Cavabdeh traktor almaq istədiyini və işləyib ailəsini dolandırmaq niyyətində olduğunu bildirmişdir. Cavabdeh demişdir ki, traktor lizinqdədir, Füzuli rayonunun Fin qəsəbəsində yaşayan X1 adınadır, 3 il müddətinə də lizinq ödənilməlidir. Lizinqə görə aylıq ödənişin məbləğini Cavabdeh İddiaçı deməmiş, lakin lizinq borcunun 11700 manat olduğunu bildirmişdir. İddiaçı demişdir ki, əgər razılaşsalar lizinqə görə qalan pulu da ödəyəcəkdir, bu şərtlə ki, sənədlər düzgün olsun. Cavabdeh and içmişdir ki, sənədlər qaydasındadır, onun Elsevərlə hər hansı bir fikir ayrılığı yoxdur. Elsevərdən traktoru alarkən aralarında şifahi razılaşma olduğunu, sənədlə traktorun Elsevərə məxsus olduğunu demişdir. Seymurla danışıb traktoru ondan 14500 manata almış, pulu Seymura öz həyət darvazasının qarşısında sonuncu qapısına gəldiyi Mersedes Benz-190 markalı avtobilin salonunda sayıb vermişdir. Yanlarında həmin vaxt heç kim olmamışdır. Danışığlarında belə olmuşdur ki, tarktor sənədi Elsevərə məxsus olsa da, traktorun lizinqə olan borcunu tam bağladıqdan sonra həmin traktorun onun adına keçirilməsinə köməklik göstərəcəkdir. Bu şərtlə razılaşıb ona pul vermişdir. Bundan 1 ay sonra "xxxx" ASC-nin İmişli filialına kredit ödəmək üçün getmiş, Seymurun ona verdiyi hesab nömrəsini bankın işçilərindən birinə təqdim edib xahiş etmişdir ki, həmin hesaba 1000 manat pulun ödənilməsinə köməklik göstərsinlər. Bankın işçisi ona demişdir ki, təqdim etdiyi hesab nömrəsi dondurulub işləmir, lizinqdə traktor kimin adınadırsa, onun şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra həmin şəxsiyyət vəsiqəsi vasitəsilə pulu köçürtmək olar. Buna görə yaranmış anlaşılmazlığa görə Seymura zəng etmişdir. Seymur ona Elsevər Soltanovun telefon nömrəsini vermişdir ki, onunla danışıb şəxsiyyət vəsiqəsinin kodunu götürsün. Elsevərə zəng edib vəziyyəti ona danışmışdır. Elsevər ona demişdir ki, onu tanımır. Bu səbəbdən Elsevərə demişdir ki, Seymura satdığın traktoru şifahi razılaşma əsasında Seymurdan almışdır. Elsevər həmin vaxt ona demişdir ki, Seymurdan həmin traktoru geri qaytaracaq, ona görə ki, Seymur tarktoru alarkən ona 5000 manat borclu qalıbdır, ona görə də heç kimə kod verməyəcəkdir. Hətta onu da demişdir ki, əgər o, traktoru almaq üçün pul ödəsə də, həmin traktoru öz adına keçirəcək, sonunda traktor onun olacaqdır. Bu vəziyyətlə bağlı və Elsevərin dediyi sözləri ona bildirib, ona demişdir ki, ya sənədi qaydaya sal, ya da pulu qaytar. Seymur ona demişdir ki, Elsevərə borcu yoxdur, yalan danışıb, ondan aldığı pulu da xərcləmişdir, ona görə də qaytara bilməyəcəkdir. Seymur ona traktoru satanda, traktorun texniki pasportuna baxmamış, sonradan bilmişdir ki, həmin traktor lizinqdə olduğu üçün satıla bilməz. Bu məsələ ilə bağlı ilk olaraq Elsevər Seymurdan şikayət etdi, işin düyünə düşdüyünü görüb Seymurdan şikayət etmişdir. İmişli rayon polis şöbəsinin müstəntiqinin 17 oktyabr 223-cü il tarixli qərarı ilə onun, Seymurun və Elsevərin ərizəsi üzrə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilərək, tələbləri mülki xarakterli olmasına görə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin vaxtdan da Seymurdan pulunu tələb etsə də, sonuncu, ondan aldığı 14500 manat pulu qaytarmayacağını bildirmişdir. Digər tərəfdən Seymur sonradan Elsevərlə razılığa gəlib ona şifahi qaydada satdığı traktoru lizinqdə qardaşı X2 adına sənədləşdirmiş, buna görə əvvəlcə İmişli Rayon Məhkəməsinə, sonra isə Şirvan İnzibati Məhkəməsinə müraciət edib, traktorun ondan alınması barədə qərardad çıxarılmasına nail olmuşdur. Traktoru özündə saxlamış, ona görə Seymura demişdir ki, ondan aldığı 14500 manatı qaytar, traktoru versin. Hətta İmişli rayon polis şöbəsinə verdiyi izahatında ondan traktoru satmağına görə 14500 manat pulu aldığını etiraf etsə, məhkəmə qərardadı çıxarılandan sonra həmin pulu qaytarmaqdan imtina edir. Ona görə Cavabdeh verdiyi 14 500 manat pulu almaqdan ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqi xidmət göstərilməsindən ötrü müdafiəçi ilə bağladığı müqaviləyə əsasən 300 manat pul, iddia qaldırmaqdan ötrü isə 135 manat dövlət rüsumu ödəmişdir və çəkdiyi həmin xərcləri də Cavabdeh tələb edir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdehdən iddiaçıya vurduğu 25200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun traktorunu yararsız hala salmış və nəticədə ona təxminən 25200 manat maddi ziyan vurmuşdur. Belə ki, 2020-ci ilin oktyabr ayında 1221 markalı traktoru kotanı ilə birlikdə İddiaçı vermişdir. Razılşmalarına əsasən İddiaçı 2020-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər hər ay 700 manat traktorun icarə pulunu ödəməli idi. Lakin İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məcbur olub 2020-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər hər ay 700 manat icarə pulunu ödəmişdir. Hazırda həmin pulu cavabdehdən tələb edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X7 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. 17.10.2023-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, “...Nicat ilə şifahi razılıq əldə etmiş, Nicat ona 14500 manat pul vermişdir.”
12. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, Cavabdeh həmin münasibətlərə əsasən öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, traktoru İddiaçı satsa da, traktoru onun adına rəsmiləşdirə bilməmiş, həmin traktor Cavabdeh nə mülkiyyətində, nə icarəsində, nə də lizinq alan olmamış, daha sonra İddiaçı traktor üçün ödənilmiş 14500 manat vəsaiti Cavabdeh tələb etsə də, həmin məbləği qaytarmamışdır.
13. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
14. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanarkən, alıcı traktorun dəyəri olan pul məbləğini satıcıya verməyi, satıcı isə pul məbləğini aldıqdan sonra müqaviləni lazimi qaydada rəsmiləşdirməyi öhdəsinə götürmüşdür.
15. Lakin yuxarıda qeyd edilən səbəblərdən satıcı traktorun dəyəri olan pul məbləğini aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir.
16. Odur ki, ilkin iddia üzrə iddiaçı traktora görə ödədiyi 14500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
17. İşin hallarından da müəyyən edildiyi kimi tərəflər arasında daşınar əmlakın alqısatqısına dair şifahi qaydada müqavilə bağlanmışdır. Lakin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır. Eyni zamanda Cavabdeh İddiaçı satdığı traktor onun mülkiyyətində olmamışdır. Bu səbəbdən onlar arasında bağlanmış şifahi müqavilə əhəmiyyətsiz olmaqla etibarsızdır.
18. Bu baxımdan ilkin iddia üzrə cavabdeh, ona aid olmayan traktora dair şifahi alqısatqı müqaviləsi bağlamaqla ilkin iddia üzrə iddiaçının 14500 manat pul vəsaitinə yiyələnməklə əsassız olaraq varlanmışdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
21. Məhkəmə tədqiqatı ilə müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh 14500 manat məbləğində pulu nə qanuni, nə də müqavilə əsası olmadan ilkin iddia üzrə iddiaçıdan almışdır. Odur ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
22. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olubolmaması, yəni əmtəə nişanından istifadənin qanuni əsaslarla iddiaçıya verilibverilməməsi; 2) əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması.
23. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir.
27. Bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
28. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli traktor üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, traktorun mülkiyyətçisi (lizinq verən) tərəfindən onunla müvafiq müqavilə bağlanmamış, yaxud traktor qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir.
30. Qarşılıqlı iddia üzrə iddiaçı traktorun onun mülkiyyətində, istifadəsində və yaxud icarəsində olduğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
31. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
32. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı).
33. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehə qarşı iddia irəli sürmək üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi təmin oluna bilməz.
34. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.
35. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu həmin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən həmin iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
36. Bundan başqa, məhkəmə ilkin iddia tələbi üzrə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.
VI. Nəticə:
37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. Cavabdeh 14500 manat, vəkil xidmətinə görə ödənilmiş 300 manat və ödənilmiş 135 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdehdən iddiaçıya vurduğu 25200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev