Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1179/2021 14.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdehnа qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4625 (dörd min altı üz iyirmi beş) manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 23 avqust 2019-cu il tarixdə lombard kreditin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh müraciət edərək 1400 manat kredit almışdır. Həmin tarixdə 1 ədəd 585 əyarlı 27.9 qram çəkidə komplekt, 1 ədəd 585 əyarlı 2.4 qram çəkidə üzük, 1 ədəd 583 əyarlı 2.2 qram çəkidə klon və 2 ədəd 750 əyarlı 7 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarını Cavabdeh məxsus lombarda girov qoymuşdur. Girov əşyaları 1400 manat qiymətləndirimişdir. Halbuki onların satış qiyməti 4625 manat təşkil edir. O borcunu tam ödəmişdir hazırda cavabdehə borcu yoxdur. Cavabdehdən girov qızıl zinət əşyalarını istədikdə cavadeh qızılları tezliklə qaytaracağını bildirsə də bu vaxta kimi heç bir qızıl-zinət əşyasını geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan kreditor Cavabdeh ilə borcalan İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 1675 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı aylıq 5% (illik 60%) olmaqla 1400 manat kredit verilmişdir. İşə əlavə olunmuş 23 avqust 2019-cu il tarixli 001890 saylı Girov biletindən görünür ki, 23 avqust 2019-cu il tarixli 1675 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq İddiaçı məxsus 1 ədəd 585 əyarlı 27.9 qram çəkidə komplekt, 1 ədəd 585 əyarlı 2.4 qram çəkidə üzük, 1 ədəd 583 əyarlı 2.2 qram çəkidə klon və 2 ədəd 750 əyarlı 7 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, kreditor Cavabdeh həmin aktı imzalayaraq borcalan İddiaçı tərəfindən girov qoyulmuş 1 ədəd 585 əyarlı 27.9 qram çəkidə komplekt, 1 ədəd 585 əyarlı 2.4 qram çəkidə üzük, 1 ədəd 583 əyarlı 2.2 qram çəkidə klon və 2 ədəd 750 əyarlı 7 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarını təhvil almışdır. İşdə olan kassa mədaxil orderlərinin surətindən görünür ki, borcalan İddiaçı 23 avqust 2019-cu il tarixli 1675 saylı kredit müqaviləsi üzrə kreditor Cavabdeh ümumilikdə 1762,5 manat ödəniş etməklə həmin müqavilə üzrə öhdəliyini tam icra etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. 294.2-ci maddəsinə görə Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. “Girov haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə girovqoyan və ya üçüncü şəxs saxlanc girovu ilə təmin olunmuş öhdəliyi icra etdikdən sonra saxlanc girovu predmetini təxirəsalmadan qaytarmaq girovsaxlayanın vəzifəsidir. Girovsaxlayan saxlanc girovu predmetinin itirilməsi, çatışmaması və ya zədələnməsi üçün bunda təqsiri olmadığını və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verməsini sübut etməzsə, qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanc girovunun predmetinin itirilmiş (çatışmayan) dəyəri miqdarında, saxlanc girovunun predmeti zədələndikdə isə zədələnmə nəticəsində saxlanc girovu predmetinin dəyərinin azaldığı miqdarda məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, borcalan İddiaçı kreditor Cavabdeh qarşısında girovla təmin edilmiş öhdəliyini tam icra etməsinə baxmayaraq girovsaxlayan Cavabdeh girov predmeti olan qızıl-zinət əşyalarından ibarət əmlakları girovqoyan İddiaçı qaytarmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu üzrə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 1 ədəd 585 əyarlı 27.9 qram çəkidə komplekt, 1 ədəd 585 əyarlı 2.4 qram çəkidə üzük, 1 ədəd 583 əyarlı 2.2 qram çəkidə klon və 2 ədəd 750 əyarlı 7 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 ədəd 585 əyarlı 27.9 qram çəkidə komplekt, 1 ədəd 585 əyarlı 2.4 qram çəkidə üzük, 1 ədəd 583 əyarlı 2.2 qram çəkidə klon və 2 ədəd 750 əyarlı 7 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1179/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1179/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver