Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1185/2023 01.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı girov qoyumuş qızıl-zinyət əşyalarının geri qaytarılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ondan götürdüyü 2129 manat dəyərində, 35 qram çəkidə qızıl-zinyət əşyalarının geri qaytarılması və ya onların dəyərinin ödənilməsi və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, maddi çətinliyə düşdüyünə görə pul lazım olmuş və 04 oktyabr 2018-cı ildə İmişli şəhəri, H Əliyev prospekti 111 saylı ünvanda yerləşən dövlət vergisində qeydiyyatda olan “DƏNİZ” lombarddan kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh Allahverdı oğluna müraciət etmişdir. Yaqub ona 480 manat qızıl müqabilində kredit vermiş və həmin gün aktla ondan 5,1 qram çəkidə 750 əyarlı 1 ədəd üzük, 6 qram çakidə 583 əyarlı üzük, 3 qram çəkidə 450 əyarlı üzüyü girov goturmüşdür. Növbəti dəfə ehtiyac yarandığına gorə 003489 nömrəli Girov bileti ilə 14 yanvar 2019-cu ildə bir daha Cavabdeh məxsus lombarddan 680 manat kredit götürmüş, həmin tarixdə gavabdeh ondan 003489 nömrəli Girov bileti ilə 1 ədəd sırğa 1,4 qram, 585 əyarlı, 1 ədəd kulonlu boyunbağı 5,4 qram 585 əyarlı, 2 cüt sırğa 11,1 qram 585 əyarlı, 1 ədəd üzük 3 qram girov götürmüş və girovu kredit məbləğinə gorə 680 manat qiymətləndirdi. Halbuki qızılın satış qiyməti daha yüksək olardı. Razılaşdıqları qaydada borcu cavabdehə ödəmişdir. Daha sonra borclarını bağlayıb girovu götürmək üçün müqaviləyə əsasən növbəti həftəni gözləmiş, lakin bir neçə aydan sonra cavabdeh ofisi bağlayıb qaçmışdır. Qızıl əşyalarının dəyərinin müəyyən edilməsi uçun mütəxəssisə müraciət etmiş və xx.xx.2018-ci ildə ondan götürülmüş qızıl əşyaları 875 manat, xx.xx.2019-cu ildə götürülmüş qızıl əşyaları 1254 manat dəyərində qiyməytləndirilmişdir. Cavabdeh ona məxsus qızıl əşyalarını qaytarmamaqla ona cəmi 2129 manat məbləğində maddi zərər vurmuş və ona vurmuş olduğu zərəri ödəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. xx.xx.2018-ci il tarixli kredit (borc) və girov müqaviləsinə əsasən Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh tərəfindən X3 aylıq 5% ödəmək şərtilə 480 manat məbləğində kredit verilmişdir.
4. xx.xx.2018-ci il tarixli kredit (borc) və girov müqaviləsinə 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı olaraq X2 ümumi dəyəri 875 manat olan 1 ədəd 5.1 qram çəkidə üzük, 1 ədəd 6 qram çəkidə üzük və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyaları girov üçün təhvil-təslim edilmişdir.
5. 24 fevral 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən X4 tərəfindən 696 manat ödəniş edilməklə kreditin tam ödənilməsi təmin edilmişdir.
6. xx.xx.2019-cu il tarixli kredit (borc) və girov müqaviləsinə əsasən Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh tərəfindən X3 aylıq 5% ödəmək şərtilə 680 manat məbləğində kredit verilmişdir.
7. xx.xx.2019-cu il tarixli kredit (borc) və girov müqaviləsinə 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı olaraq X2 ümumi dəyəri 1254 manat olan 1 ədəd 5.4 qram çəkidə klonlu boyunbağı, 1 cüt 7.3 qram çəkidə sırqa və 1 cüt 3.8 qram çəkidə sırqa, 1 ədəd 1.4 qram çəkidə sırqa və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyaları girov üçün təhvil-təslim edilmişdir.
8. xx.xx.2019-cu il tarixli 003489 nömrəli girov biletinə əsasən X3 məxsus 1 ədəd 5.4 qram çəkidə klonlu boyunbağı, 1 cüt 7.3 qram çəkidə sırqa və 1 cüt 3.8 qram çəkidə sırqa, 1 ədəd 1.4 qram çəkidə sırqa və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyaları Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh girov qoyulmuşdur.
9. 24 fevral 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən X4 tərəfindən 880 manat ödəniş edilməklə kreditin tam ödənilməsi təmin edilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.
15. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
16. Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.
17. Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.
18. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
19. Maddə 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir.
20. Maddə 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.
Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
27. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
28. Belə ki, iş materialları ilə müəyyən olur ki, xx.xx.2018-ci il tarixli kredit (borc) və girov müqaviləsinə əsasən Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh tərəfindən X3 aylıq 5% ödəmək şərtilə 480 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli kredit (borc) və girov müqaviləsinə 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı olaraq X2 ümumi dəyəri 875 manat olan 1 ədəd 5.1 qram çəkidə üzük, 1 ədəd 6 qram çəkidə üzük və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyaları girov üçün təhvil-təslim edilmişdir. 24 fevral 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən X4 tərəfindən 696 manat ödəniş edilməklə kreditin tam ödənilməsi təmin edilmişdir. xx.xx.2019-cu il tarixli kredit (borc) və girov müqaviləsinə əsasən Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh tərəfindən X3 aylıq 5% ödəmək şərtilə 680 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kredit (borc) və girov müqaviləsinə 1 saylı əlavəyə əsasən verilmiş kreditin təminatı olaraq X2 ümumi dəyəri 1254 manat olan 1 ədəd 5.4 qram çəkidə klonlu boyunbağı, 1 cüt 7.3 qram çəkidə sırqa və 1 cüt 3.8 qram çəkidə sırqa, 1 ədəd 1.4 qram çəkidə sırqa və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyaları girov üçün təhviltəslim edilmişdir. xx.xx.2019-cu il tarixli 003489 nömrəli girov biletinə əsasən X3 məxsus 1 ədəd 5.4 qram çəkidə klonlu boyunbağı, 1 cüt 7.3 qram çəkidə sırqa və 1 cüt 3.8 qram çəkidə sırqa, 1 ədəd 1.4 qram çəkidə sırqa və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızılzinyət əşyaları Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh girov qoyulmuşdur. 24 fevral 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən X4 tərəfindən 880 manat ödəniş edilməklə kreditin tam ödənilməsi təmin edilmişdir.
29. Borcalan İddiaçı kreditor Cavabdeh qarşısında girovla təmin edilmiş öhdəliyini tam icra etməsinə baxmayaraq girovsaxlayan Cavabdeh girov predmeti olan qızıl-zinyət əşyalarından ibarət əmlakları girovqoyan X1 qaytarmamışdır.
30. “Girov haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə girovqoyan və ya üçüncü şəxs saxlanc girovu ilə təmin olunmuş öhdəliyi icra etdikdən sonra saxlanc girovu predmetini təxirəsalmadan qaytarmaq girovsaxlayanın vəzifəsidir. Girovsaxlayan saxlanc girovu predmetinin itirilməsi, çatışmaması və ya zədələnməsi üçün bunda təqsiri olmadığını və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verməsini sübut etməzsə, qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanc girovunun predmetinin itirilmiş (çatışmayan) dəyəri miqdarında, saxlanc girovunun predmeti zədələndikdə isə zədələnmə nəticəsində saxlanc girovu predmetinin dəyərinin azaldığı miqdarda məsuliyyət daşıyır.
31. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
34. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
35. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
36. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1 ədəd 5.1 qram çəkidə üzük, 1 ədəd 6 qram çəkidə üzük, 1 ədəd 3 qram çəkidə üzük, 1 ədəd 5.4 qram çəkidə klonlu boyunbağı, 1 cüt 7.3 qram çəkidə sırqa və 1 cüt 3.8 qram çəkidə sırqa, 1 ədəd 1.4 qram çəkidə sırqa və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyaları, olmadıqda isə onların ümumi dəyəri olan 2129 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul alınıb İddiaçı verilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı girov qoyumuş qızıl-zinyət əşyalarının geri qaytarılması tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 1 ədəd 5.1 qram çəkidə üzük, 1 ədəd 6 qram çəkidə üzük, 1 ədəd 3 qram çəkidə üzük, 1 ədəd 5.4 qram çəkidə klonlu boyunbağı, 1 cüt 7.3 qram çəkidə sırqa və 1 cüt 3.8 qram çəkidə sırqa, 1 ədəd 1.4 qram çəkidə sırqa və 1 ədəd 3 qram çəkidə üzükdən ibarət qızıl-zinyət əşyaları, olmadıqda isə onların ümumi dəyəri olan 2129 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev