Məhkəmə qərarları › İş №2(125)-5979/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5979/2025

15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5979/2025 15.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. 10000 manat dəyərində Dubay istehsalı olan ağ rəngli qonaq otağındakı mebel dəstinin, 2. 2010-cu il tarixdə 1200 manat dəyərində qara rəngli divan-kreslo dəstinin, 3. 2007-ci il tarixdə 2200 (iki min iki yüz) manata aldığı, 4. 4279 manat dəyərində 12 radiatorluq Türkiyə istehsalı olan "Demirdöküm” markalı kombi aparatının, 5. 1300 manat dəyərində «Samsung» markalı 100 kv-lıq kondisionerin, 6. 1200 manat dəyərində «Samsung» markalı televizorun, 7. cəmi 460 manat olan 2 ədəd Gəncə istehsalı olan xalçaların, 8. cəmi 360 manat dəyərində hər dəstində 12 ədəd olmaqla 2 göy rəngli bakal dəstlərinin, cəmi 180 manat dəyərində 6 ədəd çəhrayı bakal dəsti, 9. cəmi 360 manat olan 3 rəngli bakal dəsti, 10. cəmi 310 manat olan 3 xrustal bakal dəstinin, 11. cəmi 220 olan 2 xrustal bakal dəstinin, 12. cəmi 80 manat olan qəhvəyi rəngli şampan bakal dəstinin, 13. cəmi 110 manata olan qəhvəyi rəngli bakal dəstinin, 14. cəmi 200 manat olan «Mondo» markalı 2 bakal dəstinin, 15. cəmi 400 manat olan 6 ədəd çəhrayı rəngli Çex istehsalı çay dəsti lepka dəstinin, 16. cəmi 550 manat olan 2 ədəd 3 hissəli ləpə qablarının, 17. cəmi 550 manat olan 2 ədəd çəhrayı rəngli İtaliya istehsalı meyvə qabının, 18. cəmi 220 manat olan İtaliya istehsalı 2 ədəd ləpə qabının, 19. cəmi 440 manat olan 2 ədəd üç künc “TOM” meyvə qabının, 20. 200 manat dəyərində 1 ədəd "TOM” Gül qabının, 21. 1100 dəyərində 12 nəfərlik «Madonna» boşqab serviz dəstinin, 22. 150 manat dəyərində “moruq” formalı çay servis dəstinin, 23. cəmi 320 manat dəyərində 4 ədəd Dubay istehsalı qızılı rəngli tutacaqlı ağ rəngli buludların, 24. cəmi 80 manat dəyərində 2 ədəd «Meduza» gül qablarının, 25. 40 manat dəyərində 1 ədəd «Meduza» meyvə qabının, 26. 300 manat dəyərində 1 ədəd “Geraskuter’’in, 27. 500 manat dəyərində 1 ədəd qızılı rəngli Ukrayna istehsalı 5 litrlik samovarın, 28. cəmi 600 manat dəyərində yaşıl rəngli Çexoslovakiya istehsalı 2 yemək boşqab dəstlərinin, 29. cəmi 300 manat dəyərində 5 ədəd mürəbbə qablarının, 30. 220 manat dəyərində 12 ədədlik 1 dəst Çexoslovakiya istehsalı göy rəngli nəlbəkilərin, 31. 220 manat dəyərində 12 ədədlik 1 dəst Çexoslovakiya istehsalı ağ rəngli nəlbəkilərin, 32. 220 manat dəyərində 12 ədədlik 1 dəst Çexoslovakiya istehsalı qırmızı rəngli nəlbəkilərin, 33.cəmi 36 manat dəyərində 2 ədəd şüşədən şirniyyat qablarının, 34. cəmi 130 manat dəyərində 2 ədəd 5 metrlik pərdələrin, 35. cəmi 130 manat dəyərində 2 ədəd elektrik çayniklərinin, 36. 130 manat dəyərində 1 ədəd qəhvəyi rəngli riryük adyalın,

37. 50 manat dəyərində 1 ədəd uşaq üçün adyalın, 38. 140 manat dəyərində a istehsalı 1 yataq dəstinin, 39. cəmi 360 manat dəyərində 6 ədəd yataq dəstinin, 40. 120 manat dəyərində 1 ədəd 3 metrlik süfrənin, 41.cəmi 300 manat dəyərində 5 ədəd süfrələrin, 42. 100 manat dəyərində 1 ədəd döşəkağının (pokrıval), 43. cəmi 50 manat dəyərində 2 ədəd “TOM” şirniyyat qablarının, 44. 50 manat dəyərində 1 ədəd qaşlı gecə Umr-asının (svetilnik), 45. cəmi 100 manat dəyərində 4 ədəd əl-üz dəsmalının, 47. cəmi 140 manat dəyərində 2 ədəd gəmi, 48. 280 manat konfet qablarının, 49. cəmi 120 manat dəyərində 3 ədəd birləşdiricilərin (smistitel), 50. 50 manat dəyərində Türkiyə istehsalı olan 1 ədəd böyük çətirin, 51. 220 manat dəyərində 1 ədəd çadırın, 52. 300 manat dəyərində 4 ədəd taxta qapıların, 53. 170 manat dəyərində manqalın, 54. 1200 manat dəyərində 1 ədəd “Supermax” markalı 100 kv-lıq kondisionerin, 55. 500 manat dəyərində 1 ədəd 80 kv-lıq “Supermax” markalı kondisionerin, 56. 80 manat dəyərində 1 ədəd avtomobil soyuducusunun, 57. 700 manat dəyərində 1 ədəd yellənçəyin, 58. 1 ədəd 110 manat dəyərində güldanın cinayətkar cavabdeh - məhkum Cavabdeh tərəfindən oğurluq yolu ilə mənimsənilmiş əmlakın ümumi 58 adda olan, dəyəri 34405 manat təşkil edilən əmlakının, əmlak olmadıqda isə onun dəyərinin pul şəkilində, tərəfindən ödənilmiş 194 (bir yüz doxsan dörd) manat dövlət rüsumunun Cavabdeh alınıb ona zərərçəkmiş iddiaçı tələbkar İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən ona vurulmuş qalan ziyan üzrə 34405 (otuz dörd min dörd yüz beş) manat pulun və ödənilmiş 194 (bir yüz doxsan dörd) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinin mahiyyəti: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aprel 2022-ci il tarixdə, ev alqısatqısı üzrə maillər tərəfindən müraciət edilərək, ona məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evini Cavabdeh şifahi razılaşmalar əsasında kirayə vermişdir. 3 ay müddət kirayə yaşadıqdan sonra evinin 72979 manatlıq əmlakını dəyər dəyməzinə satmaqla cinayət törətmişdir. Tərəfindən güc strukturlarına müraciətləri olmuş, polisdə cinayət işi başlanmış və zərərin miqdarı çox yüksək olduğundan Göygöl Rayon Prokurorluğunda davam etdirilmişdir. Göygöl Rayon Prokurorluğunun müstəntiqi Nəsib Məmmədov tərəfindən 10 dekabr 2022-ci il tarixli ittiham aktı tərtib edilərək, cavabdehə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə tövsif edilərək cinayət işi üzrə ittiham aktı çıxarılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 35/2024 nömrəli, 17 may 2024-cü il tarixli hökmü ilə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırda cəzaçəkmə müəssisində cəza çəkir. Oğurluq edilmiş əmlakından az bir cismi qaytarılmışdır. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh evini kirayə vermiş, lakin, cavabdeh onun evindən oğurluq etmişdir. Oğurlanan əşyaların bir qismi ona qaytarılsa da, hal-hazırda ona vurulmuş ziyan 34405 manat təşkil edir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-35/2024 nömrəli, 17 may 2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmün müəyyən etdi hissəsindən görünür ki; Cavabdeh mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2022-ci ilin may ayının əvvəllərində İddiaçı ilə sonuncuya məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evində ailə üzvləri ilə kirayəşin yaşaması üçün şifahi razılığa gəlib, evi əşyaları ilə birlikdə İddiaçı təhvil aldıqdan sonra həmin evdə yaşadığı müddətdə, yəni 2022-ci ilin iyun ayının ortalarından 2022-ci ilin iyul ayının ortalarına kimi olan vaxtda 10000 manat dəyərində 10 nəfərlik stol-stuldan, kamotdan, termodan, televizor jurnal stolundan ibarət olan Dubay istehsalı qızılı rəngli naxışları olan ağ rəngli qonaq mebel dəstini, 3500 manat dəyərində ağ rəngli Türkiyə istehsalı olan 1 divan və 2 kreslodan ibarət mebel dəstini, 1300 manat «Samsung» markalı 100 kv-lıq kondisioneri, 500 manat dəyərində Türkiyə istehsalı krem rəngli 3 ədəd pəncərə üçün tül pərdəni, 220 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 2x3 ölçülü xalçanı, 280 manat dəyərində 1 ədəd 3x5 ölçülü Türkiyə istehsalı krem rəngli xalçanı, cəmi 450 manat dəyərində 2 ədəd «Bagema» üçmərtəbəli qablarını, cəmi 500 manat dəyərində 2 ədəd Çexoslovakiya istehsalı «Bagema» meyvə qablarını, cəmi 480 manat dəyərində 4 ədəd Çexiya istehsalı“Bagema” bakalları, cəmi 900 manat dəyərində 5 ədəd Çexoslovakiya istehsalı“Bagema” bakalları, 600 manat dəyərində 12 nəfərlik Çexoslovakiya istehsalı“Kobalt” boşqabları, cəmi 1000 manat dəyərində 4 ədəd Çexoslovakiya istehsalı xrustal konfet qabını, 1200 manat dəyərində 12 nəfərlik Çexoslovakiya istehsalı“Kobalt” yemək dəstini, 480 manat dəyərində 6 nəfərlik Çexoslovakiya istehsalı lepkalıçay dəstini, cəmi 120 manat dəyərində 2 ədəd Dubay istehsalı 2 ədəd səbət meyvə qabını, 80 manat dəyərində 1 ədəd Dubay istehsalı səbət meyvə qabını, 500 manat dəyərində 3 ədəd Dubay istehsalı meyvə qabını, cəmi 220 manat dəyərində 4 ədəd Dubay istehsalı xrustal çərəz qablarını, 3700 manat dəyərində Türkiyə istehsalı 2 nəfərlik çarpayı, şifoner, 2 ədəd tumbadan və termodan ibarət ağ rəngli yataq mebeli dəstini, 90 manat dəyərində 1 ədəd Türkiyə istehsalı 1x2 ölçülü xalçanı, 4800 manat dəyərində 8 nəfərlik Malaziya istehsalı stol-stul dəstindən, kamotdan, termodan ibarət qəhvəyi rəngli qonaq mebel dəstini, 1200 manat dəyərində «Embawood» markalı tünd qəhvəyi rəngli divan və 2 kreslo dəstini, cəmi 330 manat dəyərində 3 dəd məcməyini, 600 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 3,5x5 ölçülü lepka xalçanı, 5000 manat dəyərində 2 nəfərlik yataqdan, şifonerdən, 2 ədəd tumbuçkadan və termosdan ibarət Malaziya istehsalı qəhvəyi rəngli yataq mebel dəstini, 700 manat dəyrində 1 ədəd 3x4 ölçülüİran istehsalı xalçanı, 2200 manat dəyərində 2 nəfərlik çarpayı, şifoner, 2 ədəd tumbadan və termodan ibarət qəhvəyi rəngli yataq mebeli dəstini, 230 manat dəyərində 1 ədəd 2x3 ölçülü Gəncə istehsalı xalçanı, 2100 manat dəyərində «Umbawood» markalı 7 metr uzunluğunda mətbəx mebelini, 1700 manat dəyərində «Samsuny» markalı soyuducunu, 600 manat dəyərində «Samsuny» markalı paltaryuyanı, 800 manat dəyərində «Samsuny» markalı qab yuyanı, 240 manat dəyərində mikrodalğalı sobanı, cəmi 2000 manat dəyərində mətbəx mebelinin içərisində olan təxminən qab-qacağı, 70 manat dəyərində Dubay istehsalı olan ağ rəngli dəmir qazanı, 220 manat dəyərində Türkiyə istehsalı olan 1 ədəd 3x5 ölçüdə xalçanı, 1700 manat dəyərində Bakı istehsalı olan göy rəngli divan-kreslo dəstini, 1200 manat dəyərində 109 sm ölçülü «Samsung» markalı televizoru 500 manat dəyərində Dubay istehsalı olan televizor altlığını, 400 manat dəyərində ayaqqabı dolabını, 220 manat dəyərində 3x5 ölçülü Türkiyə istehsalı olan xalçanı, 700 manat dəyərində 3 nəfərlik yelləncəyi, 400 manat dəyərində 2 nəfərlik yelləncəyi, 170 manat dəyərində manqalı, 300 manat dəyərində Türkiyə istehsalı “Barbikü”nu, 150 manat dəyərində Türkiyə istehsalı böyük çətiri, 220 manat dəyərində çadırı, 260 manat dəyərində stol-stul dəstini, 300 manat dəyərində Çin istehsalı “Geraskuter”i, 80 manat dəyərində 1 ədəd ventilyatoru, 220 manat dəyərində otbiçən maşını, 110 manat dəyərində təkərli çemodanı, cəmi 2000 manat dəyərində 3 dəst yorğan döşək, 16 ədəd balınc,7 yataq dəsti, 12 ədəd əl-üz dəsmalı və hamam dəsmalını, 700 manat dyərində qızıl suyuna batırılmış samovarı, cəmi 440 manat dəyərində 2 ədəd paxlava formalı meyvə qabını, cəmi 450 manat dəyərində 6 ədəd konfet qabını, cəmi 300 manat dəyərində 2 ədəd konfet qabını, 300 manat dəyərində 1 ədəd böyük meyvə qabını, cəmi 360 manat dəyrində 2 ədəd bakalları (mondo), cəmi 180 manat dəyərində 2 ədəd tort qablarını, 70 manat dəyərində 1 ədəd fırlanan tort qabını, 220 manat dyərində 2 ədəd qızılı meyvə qabını, 800 manat dəyərində 12 nəfərlik «Madonna» yemək boşqabı dəstini, 220 manat dəyərində 6 nəfərlik servis çay dəstini, 400 manat dəyərində 6 nəfərlik mətbəx stol dəstini, 850 manat dəyərində mətbəx, koridor, yataq otağı və qonaq otağının pərdələrini, cəmi 300 manat dəyərində 2 ədəd yun adyalları, 130 manat dəyərində 1 ədəd uşaq adyalını, cəmi 120 manat dəyərində 2 ədəd gecə lampasını, cəmi 495 manat dəyərində 3 ədəd 15 dənəlik radiatorları, cəmi 1584 manat olan 12 dənəlik 12 ədəd radiatorları, 2200 manat dəyərində Türkiyə istehsalı olan “Demirdöküm” markalı kombi aparatını, cəmi 1200 manat dəyərində 4 ədəd taxta qapıları, 130 manat dəyərində 1 ədəd «Samsuny» markalı tozsoranı, 90 manat dəyərində su nasosunu, cəmi 100 manat dəyərində 4 ədəd divar rəsmlərini, 350 manat dəyərində süni yolka ağacını, 1200 manat dəyrində 1 ədəd 100 kv-lıq «Supermax» markalı kondinsioneri, 500 manat dəyrində 1 ədəd 80 kv-lıq «Supermax» markalı kondinsioneri, 80 manat dəyərində 1 ədəd avtomobil soyuducusunu, 110 manat dəyərində çinar yarpaqlı güldanı ümumilikdə 71319 manat dəyərində külli miqdarda olan ev və məişət əşyalarının bir hissəsini müxtəlif şəxslərə satmaqla, bir hissəsini isə bacısı X5 və qeyri-rəsmi ər-arvad münasibətində olduğu X1 üçün verməklə talayaraq mənimsəmişdir. Həmin hökmdə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikasının CM-nin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə atası Mübariz vəfat etdikdən sonra anası Sevda, qardaşları Elnur, Səməd və bacısı Kübra ilə birlikdə Gəncə şəhərinin mərkəzində «Uni Bank»ın binasının arxa tərəfində yerləşən binada kirayə mənzil tutaraq həmin mənzildə yaşamışlar. Həmin vaxtlardan Gəncə şəhəri 6 saylı orta məktəbin yaxınlığında olan bir mağazanı kirayə götürüb həmin mağazada gül alveri ilə məşğul olmağa başlamışdır. 2022-ci ilin yanvar-fevral aylarında bir neçə dəfə onun həmin vaxtlar işlədiyi gül mağazasına gül almaq üçün gəlmiş Təhminə Məmmədova ilə tanış olmuş və bir neçə dəfə Təhminə ilə sonuncunun kirayə yaşadığı evdə görüşdükdən sonra Təhminənin ərinin şəhid olduğunu bilmiş və sonra onunla evlənəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə tanışı Təhminə Məmmədova ilə toyu olmuş, Təhminəyə rəsmi nikah bağlamasını təklif etsə də Təhminə onunla rəsmi evlənəcəyi təqdirdə ərinin valideynlərinin uşaqlarını ondan alacağını deyib rəsmi nikaha daxil olmaqdan imtina etmişdir. Toydan sonra o, Təhminənin 2 azyaşlı uşaqları ilə birlikdə kirayə tutduğu Gəncə şəhəri, Mahrasa Bağı qəsəbəsindəki mənzildə yaşamışdır. 2022-ci ilin aprel ayından telefonla «Pin-Up» mobil tətbiqi vasitəsilə oynadığı qumar oyunlarının aludəçisi olduğundan işlədiyi mağazadakı gülləri dəyərindən aşağı qiymətə sataraq qumarda uduzmuşdur. 2022-ci ilin mart ayının axırlarında ev alması üçün Təhminənin «Kapital Bank»ın Gəncə filialından götürüb ona verdiyi 19500 manatı da qumarda uduzmuşdur. 2022-ci ili aprel ayının sonlarında Təhminədən aldığı pulları qumarda uduzmasının bilinməsini istəmədiyi üçün yeni kirayə ev axtardığı vaxt adını xatırlamadığı maklerin vasitəsi ilə İddiaçı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evini ayda 500 manata kirayə verdiyini bilib İddiaçı ilə görüşüb evə baxıb həmin evi kirayəyə götürmüşdür. İddiaçı ilə razılaşdığı vaxt sonuncu evin bir otağında ona məxsus ev əşyalarının olduğunu deyib həmin otağın qapısını bağlayaraq açarı özündə saxlamışdır. Evi kirayə götürdükdən sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində Təhminəyə 30000 manat ödəniş etməklə ipoteka ilə ev aldığını deyib Təhminəni uşaqları ilə birlikdə həmin evə gətirmişdir. 3-4 gün sonra isə o, anası Sevdaya, qardaşları Elnur və Səmədə, bacısı Kübraya həmin evi ipoteka ilə aldığını deyib onları da həmin evdə yaşamaq üçün dəvət etmişdir. 3-4 gün sonra anası, qardaşları və bacısı gəlib evə baxdıqda evin otaqlarından birinin bağlı olduğunu görmüş və ondan otağın qapısının bağlı olduğunu görüb nə səbəbə bağlı olduğunu soruşduqda o, həmin otaqda ev sahibinin əşyalarının olduğunu, əşyalarını götürənə kimi otağın bağlı olacağını demişdir. Evi kirayə götürdükdən sonra İddiaçı ilə görüşüb anasını da həmin evə gətirəcəyini deyib əlavə 200 manat da kirayə pulu ödəməyə razılaşaraq bağlı otağında açarını almışdır. 2022-ci ilin may ayının axırlarında özünə məxsus olan lizinqlə aldığı «Kia Optima» markalı avtomobilini də 10 000 manata satıb pulunu qumarda uduzmuşdur. 2022ci ilin iyun ayının əvvəllərindən anası da onun olduğu evə köçüb onlarla birlikdə yaşamağa başlamış, qardaşı Elnurla Səməd, eləcə də bacısı Kübra isə hərdən bir orada qalmışdır. 2022-ci ilin iyun ayının axırlarında İddiaçı evinin əşyalarını satıb pulun bir hissəsini banka olan borcunu verməyi, bir hissəsini isə qumar oyununa qoymaq qərarına gəlmiş və bu məqsədlə Təhminəyə, anası, qardaşları və bacısına borcu olduğu üçün ev sahibindən pulunu geri istədiyini, ev sahibinin isə pulun əvəzində ev əşyalarını satması barədə razılığa gəldiklərini, bu məqsədlə evin əşyalarını satacağını, sonra isə Bakıya, oradan da Türkiyəyə işləməyə gedəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra bacısı Kübranin vasitəsilə tapdığı Orxan Məmmədov adlı müştəriyə 430 manat dəyərində qabqacaq satmışdır. 2022-ci ilin iyul ayının 3-də evdəki mebelləri satmaq üçün “instagram” sosial şəbəkəsi vasitəsi ilə tapdığı Tərtər rayon sakini Fərrux adlı müştəriyə evdə olan ağkrem rəngli qonaq dəsti mebelini, bütün radiatorları və kombini, eləcə də 3 kondisioneri cəmi 5800 manata satmış, sonuncu isə həmin əşyaları özü ilə gətirdiyi 2 nəfər fəhlə ilə nömrəsini bilmədiyi «Ateko» və «Qazel» markalı yük avtomaşınlara yükləyib aparmışdır. Fərruxa mebelləri satdıqdan bir neçə gün sonra isə evdə olan tünd qəhvəyi rəngli qonaq dəsti mebelini, göy-rəngli divan-kreslo dəstini, gümüşü rəngli divan-kreslo dəstini tanışı Aqil Hacıyev vasitəsi ilə tanıdığı Arzu Hacıyevə 3000 manata satmışdır. 2022-ci ilin iyul ayının ortalarında evdə olan sata bilmədiyi əşyalarla birlikdə arvadı Təhminəni və uşaqlarını Şəmkir rayonu, Dəllər Cəyir kəndinə Təhminənin valideynlərinin yaşadığı evə göndərmişdir. Evdə olmuş sata bilmədiyi əşyaların bir hissəsini isə bacısı Kübranin evinə yerləşdirmişdir. 2022-ci ilin iyul ayının ortalarında evdə qalan 3 dəst yataq mebelini, 1 dəst mətbəx mebelini və soyuducu, qabyuyan, paltaryuyan kimi məişət əşyalarını və bəzi ev əşyalarını tanışı Araza 4700 manata satmışdır. Evin əşyalarını satdıqdan 2-3 gün sonra Bakı şəhərinə getmiş, İddiaçı şübhələnməməsi üçün evin həmin aylıq kirayə pulunu sonuncunun «Kapital bank» hesabına yükləmişdir. xx.xx.2022-ci il tarixdə anasının Göygöl RPŞ-də olduğunu bildirməsi ilə əlaqədar Göygöl rayonuna gedən zaman yolda polis əməkdaşları tərəfindən saxlanılaraq Göygöl RPŞ-nə gətirilmişdir. Cəza təyin edilərkən ziyanın əsas hissəsinin geri qaytarılmasının nəzərə alınmasını xahiş etmişdir. Sözügedən hökmdə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evini kirayə vermək üçün məlumat verdikdən sonra makler vasitəsi ilə tanış olduğu Cavabdeh onunla görüşüb evinə baxdıqdan sonra Yusif gül alveri ilə məşğul olduğunu, Gəncə şəhəri 6 saylı orta məktəbin yaxınlığında yerləşən gül mağazasında işlədiyini, özünə məxsus olan evdə təmir işləri aparıldığı üçün həmin evdə ailə üzvləri ilə birlikdə təxminən bir il müddətində yaşayacağını deyib onun hər ay 500 manat kirayə pulu istəməsi ilə razılaşaraq, xx.xx.2022-ci il tarixdə içərisində müxtəlif ev əşyaları olan qonaq otağından və girişi həmin qonaq otağından olan yataq otağından başqa digər otaqlarını əşyalarından istifadə etmək şərti ilə birlikdə ondan təhvil almışdır. Bir ay sonra xx.xx.2022ci il tarixdə Yusif onunla Gəncə şəhərində görüşüb razılaşdıqları 500 manat evin kirayə pulunu ona vermiş və anasını da həmin evə gətirmək istədiyini deyib qapıları bağlı olan qonaq və yataq otağının da açarlarını ondan istəmişdir. O, həmin otaqlara görə əlavə 200 manat istədikdə Yusif onunla razılaşmış və o, həmin otaqlarında açarlarını Yusifə vermişdir. xx.xx.2022-ci il tarixdə müəyyən geyim paltarlarını götürməsi ilə əlaqədar yaşadığı evə gedərkən evdə bütün əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Rəna adlı qonşusu ona zəng edərək evinin həyətinə «Qazel» markalı avtomaşının daxil olduğunu gördüyünü demişdir. Həmin gün səhər saat 11 radələrində o, Yusifə zəng edərək «Qazel» markalı avtomaşının onun həyətinə daxil olmasının səbəbini soruşduqda, Yusif gül alveri ilə məşğul olması ilə bağlı avtomaşını həyətə saldığını demişdir. xx.xx.2022-ci il tarixdə Yusif onun «Kapital Bank» hesabına 700 manat kirayə pulunu ödəmişdir. O, evdən özünəməxsus bəzi əşyalar götürməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə qonşusu Rəna ilə telefonla danışıb Yusifin evdə olub-olmaması barədə məlumat alan zaman sonuncu onun evində son vaxtlar kimisə görmədiyi dediyinə görə narahat olub həmin gün yaşadığı evə gələrkən evin giriş qapısının kilidinin dəyişdirildiyini görmüş, bundan sonra oğlu Ağası hasardan aşıb həyətə daxil olaraq qapını arxa tərəfdən açdıqda evin pəncərəsindən içəri baxan zaman evdə olmuş mebel dəstlərinin, stol-stulların, qab-qacaqların, digər ev əşyalarının yerində olmadığını görmüş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Məlumat Mərkəzinə zəng edərək, sonra isə ərizə ilə Göygöl RPŞ-nə müraciət edərək məlumat vermiş, Cavabdeh tərəfindən ümumilikdə 72979 manat dəyərində əmlakının mənimsənildiyini bildirmişdir.O,Cavabdeh onun evində olmuş əşyaları satdığı şəxsləri müəyyən etmək məqsədilə «instagram» sosial şəbəkəsi vasitəsilə axtarış aparmış və xx.xx.2022-ci il tarixdə ona məxsus ev əşyalarının fotoşəkillərini «Bogema qab alıram Gəncə» adlı istifadəçinin səhifəsində görmüşdür. O,Cavabdeh evində olmuş əşyaları yaxın qohumlarının evində gizlətməsindən şübhələndiyi üçün xx.xx.2022-ci il tarixdə Yusifin qeyri-rəsmi arvadı Təhminənin valideynləri ilə birlikdə yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində gedib onunla görüşüb söhbət edərkən Təhminənin ona Yusifin evdə olmuş əşyalardan bəzilərini onunla birlikdə göndərdiyini deyib həmin əşyaları göstərmiş, həmin ev əşyalarının bir çoxunun ona aid olduğunu görmüşdür. Daha sonra Gəncə-Şəmkir avtomobil yolunun kənarındakı «Arzu» mebel mağazasında ona məxsus olan, Cavabdeh kirayə verdiyi evdə olmuş tünd qəhvəyi rəngli qonaq mebeli dəstini və göy rəngli divan-kreslo dəstini görmüş, mağazada işləyən Arzu adlı satıcı həmin mebel dəstini 2000 manata, divan-kreslo dəstinin isə 800 manata satdığını demiş, Arzu ilə söhbət edərkən sonuncunun həmin mebel dəstini Aqil adlı tanışı vasitəsi ilə tanış olduğu Yusif adlı şəxsdən aldığını bilmişdir. Həmin hökmdə X2 ərizəsindən görünür ki, Cavabdeh tərəfindən onun evindən oğurlanmış əşyaların bir qismi, yəni “Türkiyə istehsalı olan 01 (ədəd) divan, 02 (iki) ədəd kreslodan ibarət ağ rəngli mebel dəsti (qiymət 3500 manat), 08 nəfərlik Malaziya istehsalı olan stol, stul kamod və termo (qiymət 4800 manat), yataq dəsti mebeli (dolab, 02 ədəd tumba və termo qiymət 5000 manat), yataq dəsti mebeli (qiymət 2200 manat), yataq dəsti mebeli Türkiyə istehsalı ağ rəngli (qiymət 3700 manat), Samsung markalı paltaryuyan (600 manat), mikrodalğalı soba (240 manat), ayaqqabı dolabı (400 manat), stol-stol dəsti (260 manat), soyuducu 01 ədəd (qiymət 1700 manat), ventilyator 01 ədəd (80 manat), ot bicən maşın (220 manat), mətbəx stol stul dəsti (400 manat), sunii şam ağacı (350 manat), xalça 01 ədəd 3x5 (280 manat) qaytarılmışdır. Məhkəmədən Cavabdeh ən ağır cəza verilməsini xahiş edir. Eyni zamanda həmin hökmdə məhkəmədə tədqiq edilmiş X2 istintaq zamanı verdiyi xx.xx.2022–ci il tarixli ifadəsində göstərmişdir ki, «evindən Cavabdeh tərəfindən mənimsənilmiş, 10000 manat dəyərində Dubay istehsalı olan ağ rəngli qonaq otağındakı mebel dəstinin, 2010-cu il tarixdə 1200 manat dəyərində qara rəngli divan-kreslo dəstinin, 2007-ci il tarixdə 2200 (iki min iki yüz) manata aldığı, 4279 manat dəyərində 12 radiatorluq türkiyə istehsalı olan “Demirdöküm” markalı kombi aparatının, 1300 manat dəyərində «Samsung» markalı 100 kv-lıq kondisionerin, 1200 manat dəyərində «Samsung» markalı televizorun, cəmi 460 manat olan 2 ədəd Gəncə istehsalı olan xalçaların, cəmi 360 manat dəyərində hər dəstində 12 ədəd olmaqla 2 göy rəngli bakal dəstlərinin, cəmisi 180 manat dəyərində 6 ədəd çəhrayı bakal dəstinin, cəmi 360 manat tolan 3 rəngli bakal dəstinin, cəmi 310 manat olan 3 xrustal bakal dəstinin, cəmi 220 olan 2 xrustal bakal dəstinin, cəmi 80 manat olan qəhvəyi rəngli şampan bakal dəstinin, cəmi 110 manata olan qəhvəyi rəngli bakal dəstinin, cəmi 200 manat olan «Mondo» markalı 2 bakal dəstinin, cəmi 400 manat olan 6 ədəd çəhrayı rəngli Çex istehsalı çay lepka dəstinin, cəmi 550 manat olan 2 ədəd 3 hissəli ləpə qablarının, cəmi 550 manat olan 2 ədəd çəhrayı rəngli İtaliya istehsalı meyvə qabının, cəmi 220 manat olan İtaliya istehsalı 2 ədəd ləpə qabının, cəmi 440 manat olan 2 ədəd üç künc “tom” meyvə qabının, 200 manat dəyərində 1 ədəd “tom” Gül qabının, 1100 dəyərində 12 nəfərlik «Madonna» boşqab serviz dəstinin, 150 manat dəyərində “moruq” formalı çay servis dəstinin, cəmi 320 manat dəyərində 4 ədəd Dubay istehsalı qızılı rəngli tutacaqlı ağ rəngli buludların, cəmi 80 manat dəyərində 2 ədəd «Meduza» gül qablarının, 40 manat dəyərində 1 ədəd «Meduza» meyvə qabının, 300 manat dəyərində 1 ədəd “Geraskuter”in, 500 manat dəyərində 1 ədəd qızılı rəngli Ukrayna istehsalı 5 litrlik samovarın, cəmi 600 manat dəyərində yaşıl rəngli Çexoslovakiya istehsalı 2 yemək boşqab dəstlərinin, cəmi 300 manat dəyərində 5 ədəd mürəbbə qablarının, 220 manat dəyərində 12 ədədli k 1 dəst Çexoslovakiya istehsalı göy rəngli nəlbəkilərin, 220 manat dəyərində 12 ədədlik 1 dəst Çexoslovakiya istehsalı ağ rəngli nəlbəkilərin, 220 manat dəyərində 12 ədədlik 1 dəst Çexoslovakiya istehsalı qırmızı rəngli nəlbəkilərin, cəmi 36 manat dəyərində 2 ədəd şüşədən şirniyyat qablarının, cəmi 130 manat dəyərində 2 ədəd 5 metrlik pərdələrin, cəmi 130 manat dəyərində 2 ədəd elektrik çayniklərinin, 130 manat dəyərində 1 ədəd qəhvəyi rəngli böyük adyalın, 50 manat dəyərində 1 ədəd uşaq üçün adyalın, 140 manat dəyərində İtaliya istehsalı 1 yataq dəstinin, cəmi 360 manat dəyərində 6 ədəd yataq dəstinin, 120 manat dəyərində 1 ədəd 3 metrlik süfrənin, cəmi 300 manat dəyərində 5 ədəd süfrələrin, 100 manat dəyərində 1 ədəd döşəkağının (pokrıval), cəmi 50 manat dəyərində 2 ədəd “tom” şirniyyat qablarının, 50 manat dəyərində 1 ədəd qaşlı gecə lampasının (svetilnik), cəmi 100 manat dəyərində 4 ədəd əl-üz dəsmalının, cəmi 150 manat dəyərində 2 ədəd “tom” konfet qabının, cəmi 140 manat dəyərində 2 ədəd gəmi formalı konfet qablarının, cəmi 120 manat dəyərində 3 ədəd birləşdiricilərin (smistitel), 150 manat dəyərində Türkiyə istehsalı olan 1 ədəd böyük çətirin, 220 manat dəyərində 1 ədəd çadırın, 300 manat dəyərində 4 ədəd taxta qapıların, 170 manat dəyərində manqalın, 1200 manat dəyərində 1 ədəd “Supermax” markalı 100 kv-lıq kondisionerin, 500 manat dəyərində 1 ədəd 80 kv-lıq “Supermax” markalı kondisionerin, 80 manat dəyərində 1 ədəd avtomobil soyuducusunun, 700 manat dəyərində 1 ədəd yelləncəyin, 1 ədəd 110 manat dəyərində güldanın-cəmi 32405 manat dəyərində əmlakının istintaq zamanı tapılmadığını, əvvəl verdiyi ifadəsində Cavabdeh tərəfindən mənimsənildiyini bildirdiyi «Samsung» markalı əyri ekranlı, 1500 manat dəyərində televizorun Bakı şəhərindəki qohumuna hədiyyə verdiyini xatırlayaraq mənimsənilmədiyini, Cavabdeh tərəfindən mənimsənilmiş əmlakının ümumi dəyərinin 72979 manat deyil 71319 manat təşkil etdiyini, istintaq zamanı 38914 manat dəyərində əşyalarının aşkar olunaraq ona qaytarılmışdır» Məhkəmə iclasında müəyyən edilən hallar: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-35/2024 nömrəli, 17 may 2024-cü il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə Cavabdeh İddiaçı əmlakını talama yolu ilə külli miqdarda yəni, 71319 manat dəyərində ziyan vurması müəyyən edilmiş, İddiaçı dəyən zərərin bir qisminin qaytarıldıqdan sonra 34405 manat qalıq qalmışdır. Ona görə də həmin hökmlə müəyyən olunan hallar (hadisənin (münasibətin-faktın) olub-olmaması) hissəsində hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçını dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya cinayət nəticəsində 71319 manat zərər vurmuş, hazırda həmin zərərdən 34405 manat ödənilməmişdir. Belə olan halda Cavabdeh vurduğu ziyana görə İddiaçı 34405 (otuz dörd min dörd yüz beş) manat ödəməlidir. Başqa sözlə, iddiaçı cavabdehə qarşı mövcud iddia ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2-ci maddəsinə əsasən Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin olunmalı, Cavabdeh 34405 (otuz dörd min dörd yüz beş) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 (bir yüz doxsan dörd) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 34405 (otuz dörd min dörd yüz beş) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 (bir yüz doxsan dörd) manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar